Icma.az
close
up
RU
Mourinyonun penalti lənəti var imiş

Mourinyonun penalti lənəti var imiş

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Məlum olduğu kimi ''Fənərbaxça''nın bu mövsüm avrokubok macərası şanssız şəkildə başa çatdı.
İstanbul nəhəngi Avropa Liqasının 1/8 finalında evdə ''Reyncers''ə 1:3 uduzduqdan sonra səfərdə 2:0 qalib gəldi. Amma komanda penaltilər seriyasında uduzaraq mübarizəni dayandırmalı oldu. Tadiç, Fred və Mərt Hakan Yandaş zərbələri qola çevirə bilmədilər.
Bu arada ''Fənərbaxça''nın baş məşqçisi Joze Mourinyonun ciddi bir penalti sindromu olduğu üzə çıxıb. Sən demə ünlü portuqaliyalı mütəxəssis 25 illik məşqçi karyerasında 12 dəfə penaltilər seriyasında iştirak etməli olub və onun komandaları bunların 10-dan (!) məğlub ayrılıb. Onun iki qələbəsindən biri 2008-də İtaliya superkuboku uğrunda görüşdə ''İnter''in başında ''Roma''ya qarşı, digəri isə 2020-də İngiltərə liqa kubokunun 1/8 finalında ''Tottenhem''in başında ''Çelsi''yə qarşı əldə olunub.
Mourinyo hər nə qədər futbol tarixinin ən uğurlu məşqçilərindən sayılsa da, həqiqətən də penaltilər seriyası üzündən bir çox önəmli titullardan məhrum olub. Mourinyonun bu lənəti hələ 2005-in oktyabrında başlayıb. Həmin vaxt onun əzəmətli ''Çelsi''si liqa kubokunda penaltilər seriyasında ''Çarlton''a boyun əymişdi. Bu uğursuzluq daha sonra iki dəfə ''Bavariya''ya qarşı da yaşandı. 2011/12-də ÇL-in yarımfinalında ''Real''ın və 2013-də Avropa superkuboku uğrunda oyunda ''Çelsi''nin başında. 62 yaşlı mütəxəssis illər öncə penalti şanssızlığı ilə bağlı verdiyi açıqlamada bunları demişdi:

''Hər şeyi sınaqdan keçirdim. Hətta idman psixoloqları ilə də çalışdım. Səhnə qorxusu yaşamayan futbolçuları seçməyə çalışdım və yenə də işə yaramadı. ''Real''da işlədiyim dönəmdə ÇL-in yarımfinalında öz meydanımızda ''Bavariya''ya penaltilər seriyasında uduzduq. Təsəvvür edin, əvvəlcə Ronaldo, sonra Kaka, sonda da Ramos penaltini qaçırdı. 2007-də ''Çelsi''də işlədiyim dönəmdə az qala 3 ay penaltilər seriyasının üzərində çalışdıq. Amma ÇL-in yarımfinalında ''Liverpul''a penaltilər seriyasında uduzduq. Həmin vaxt bizim komandada Jeremi Ncitap var idi. Penalti vurmaq üzrə mütəxəssis idi. Səhv etmirəmsə, həmin ana qədər karyerasında heç vaxt penalti qaçırmamışdı. Əlavə vaxtın bitməsinə 2-3 dəqiqə qalmış məhz penaltilər seriyasını düşünərək onu meydana buraxdım. Amma o da vura bilmədi! 2008-də ''Inter'' ilə İtaliya superkubokunda penaltilər seriyasında ''Roma''nı məğlub etdik. Onların heyətində penalti vura bilməyən yeganə futbolçu Françesko Totti oldu. Halbuki ona qədər bəlkə də karyerasında penaltidən 500 dənə qol vurmuşdu. Məhz o vaxt anladım ki, penaltilər seriyasında qalib gəlməyin yolları yoxdu. Məşqçi nə edirsə etsin, buna təsir edəcək gücə malik deyil. Bu qədər etdiyim şeylərin hamısının boşuna olduğunun fərqinə vardım. Penaltilərdə qalib gəlmək üçün nələr etdiyimi sadalasam, bir kitab yazmaq olar. Amma nə etsəm də, yenə də məğlub oldum''.


ƏLİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri