Icma.az
close
up
RU
Mövcud dəyişikliklər fonunda Azərbaycanın Yaxın Şərq siyasəti daha da güclənəcək

Mövcud dəyişikliklər fonunda Azərbaycanın Yaxın Şərq siyasəti daha da güclənəcək

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriya Prezidentinin Azərbaycana bugünkü səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından olduqca önəmlidir.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.

Ekspert qeyd edib ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın Azərbaycana səfəri hələ aprelin 11-13-də keçirilən dördüncü Antalya Diplomatiya Forumu zamanı planlaşdırılmışdı:

"Ümumiyyətlə, Suriyada Əsəd rejimi devrildikdən sonra yeni hökumətlə əlaqə quran ilk dövlətlərdən biri Azərbaycan olub. Prezident İlham Əliyev açıq şəkildə bildirmişdi ki, biz Suriyanın yenidən qurulması üçün əlimizdəki bütün imkan və potensialdan istifadə edəcəyik. Burada yenidənqurma dedikdə Suriya iqtisadiyyatına investisiyanın qoyulması, idarəetmə sisteminə dəstəyin verilməsi, yeni maliyyə sisteminin təsisi nəzərdə tutulur. Çünki bütün bunlara Azərbaycan ciddi dəstək göstərə bilər".

Müsahib xatırladıb ki, "Ərəb baharı"ndan sonrakı mərhələdə Azərbaycanla Suriyanın diplomatik əlaqələri kəsildi:

"Ata Əsədin (Hafiz Əsəd – müəl.) dövründə, həmçinin yaxın keçmişdə - İkinci Qarabağ müharibəsi zamanı Suriya Ermənistana dəstək göstərib. İndi isə vəziyyət dəyişib, münasibətlərdə yeni səhifə açılıb. Şaara hökuməti Azərbaycanla bağlı isti mesajlar ötürür".

S.Hümbətovun sözlərinə görə, mövcud dəyişikliklər fonunda Azərbaycanın Yaxın Şərq siyasəti daha da güclənəcək:

"Təxminən iki ay əvvəl Azərbaycan xarici işlər nazirinin müavinin Yalçın Rəfiyev Suriyaya səfər edərək orada görüşlər keçirdi. İndi isə Suriya Prezidenti Azərbaycanda səfərdədir. Fikrimcə, bu təmaslar tərəflər arasında siyasi, iqtisadi, mədəni, turizm və digər sahələrdə əlaqələrin qurulmasına töhfə verəcək. Baş tutacaq görüşlər çərçivəsində sözügedən istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə oluna və müəyyən sənədlər imzalana bilər. Çünki Suriya keçmişi zəngin bir ölkədir və onunla əməkdaşlığın böyük perspektivi var".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 İyul 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri