Icma.az
close
up
RU
Mövqelərimiz atəşə tutuldu, ermənilər təlimlərə cəlb edildi Nə baş verir? AÇIQLAMA

Mövqelərimiz atəşə tutuldu, ermənilər təlimlərə cəlb edildi Nə baş verir? AÇIQLAMA

Icma.az bildirir, Olke.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Ermənistan ehtiyatda olan hərbçiləri təlimlərə cəlb edir. Aprelin 1-dən iyunun 13-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək. Ehtiyatda olan hərbçilərin hansı məqsədlə təlimlərə cəlb olunmaları barədə məlumat verilmir.

Maraqlıdır, Ermənistan yeni bir müharibəyə, təxribata hazırlaşırmı?

Mövzu ilə bağlı Ölkə.az-a danışan hərbi ekspert Ramiz Şərifovun fikrincə, bu, onu göstərir ki, Ermənistan rəhbərliyində hələ də revanşist qüvvələr nəsə etmək fikrinə düşürlər.

Onun sözlərinə görə, ermənilər kənar qüvvələrin, Avropa İttifaqının bəzi ölkələrinin sözlərinə inanaraq öz hərbi gücünü qaldırmaq fikrindədirlər:

"Amma 44 günlük müharibə onu göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri, onun Ali Baş Komandanı Silahlı Qüvvələrimizi daima döyüşə hazır saxlayır. Ermənistan silahlı qüvvələri ordumuzun qarşısında 44 gün tab gətirdi. Ali Baş komandanımıza lazım olsa idi, biz hətta Zəngəzur istiqamətinə də keçə bilərdik. Ona görə ki, ermənilər hələ özlərini toparlamamışdılar. Ermənistan silahlı, revanşist qüvvələri 44 günlük müharibədən dərs çıxartmalıdırlar. Onlar elə düşünməsinlər ki, guya orada təlim-toplanışı keçirirlər, amma Azərbaycan Silahlı Qüvvələri burada yatıb baxırlar? Xeyr. Bizim Silahlı Qüvvələrimiz sistematik olaraq öz bilik-bacarıq səviyyəsini qaldırır. Təlim-toplanış keçirirlər. Amma ermənilər hazırda nə məqsədlə onu keçirirlər, heç bir məlumat vermirlər. 

Atəşkəsi sistematik olaraq pozurlar. Amma bu, davamlı olsa, ordumuz nöqtəvi atəşlə həmin yeri məhv etməyə qadirdir. İstənilən təxribatlara layiqli cavab veriləcək. Bu 1992-1993-cü  illər deyil. Qafqaz regionunda həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən, həm də hərbi cəhətdən ən güclü dövlət  Azərbaycandır. Onun Silahlı Qüvvələridir. 

Əgər hər hansısa təxribatlara yol verilsə, Ermənistan Respublikasının mövcudluğu sual altına düşə bilər. İrəvanın bizim səviyyəmizə çatması üçün 30-40 il vaxt lazımdır. Biz də yerimizdə durmuruq. Daim irəli gedir, inkişaf edirik. Bütün bu təxribatlar da Silahlı Qüvvələrimiz tərəfindən izlənilir. Heç bir narahatlığa əsas yoxdur". 

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Mart 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri