Mövsümün ən yaxşıları mükafatlandırıldı FOTOLAR
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sports.az” saytının təşkilatçılığı və ETOPAZ-ın baş sponsorluğu ilə Sports.az Awards – 2024/2025 futbol mövsümünün ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, “Sherathon Baku İntourist Hotel”də baş tutan tədbirdə “Ən yaxşı futbolçu”, “Ən yaxşı baş məşqçi”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı komanda”, “Ən yaxşı gənc futbolçu” və digər nominasiyalar üzrə qaliblər müəyyənləşib.
“Qəbələ” İK “Bölgə futbolunun inkişafındakı roluna görə”, “Sabah” Futbol Klubu “Uşaq futbolunun inkişafındakı roluna görə”, “Huner Group” “Futbol infrastrukturuna yatırımına görə” xüsusi mükafatlarına layiq görülüb.
“Zirə” FK “Mövsümün ən böyük tərəqqiyə nail olmuş klubu” nominasiyasında qalib gəlib.
ASTA “Ən uğurlu layihə” seçilib.
Sports.az saytının versiyasına görə “Mövsümün ən yaxşı baş məşqçisi” Qurban Qurbanov (“Qarabağ” FK),
“Mövsümün ən yaxşı futbolçusu” Mahir Emreli (“Nürnberq”), “Mövsümün ən yaxşı gənc futbolçusu” Xəyal Əliyev (“Sabah” FK), “Mövsümün ən yaxşı qapıçısı” Aydın Bayramov (“Zirə” FK), “Mövsümün ən yaxşı komandası” “Qarabağ” Futbol Klubu olub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 08 Avqust 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















