Icma.az
close
up
RU
MRT və KT də dövlət günlərlə gözlədir Səbəb nədir? Rəsmi AÇIQLAMA

MRT və KT də dövlət günlərlə gözlədir Səbəb nədir? Rəsmi AÇIQLAMA

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda icbari tibbi sığorta sistemi ölkə üzrə uğurla tətbiq olunsa da, bəzən vətəndaşlar bir sıra xidmətlər üçün, xüsusilə MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiya) kimi diaqnostik müayinələrə görə uzun gözləmə müddəti ilə üzləşirlər. Vətəndaşların sözlərinə görə, bu cür müayinələr üçün dövlət xəstəxanalarında bəzən aylarla növbə gözləmək lazım gəlir. 


Bu vəziyyət adıçəkilən müayinələrdən istifadə etmək istəyən insanlarda narazılığa səbəb olmaqla yanaşı, sığorta sisteminin təcili ehtiyacları qarşılamadığı qənaətini də yaradır.


Mövzu ilə bağlı Sfera.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu göndərib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələyə belə aydınlıq gətirib:


“Vətəndaşlara instrumental diaqnostik müayinələr (MRT, KT) göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq gözləmə müddəti ərzində həyata keçirilir. Vətəndaşa həmin müddət ərzində dövlət xəstəxanalarında tibbi xidmətin göstərilməsi mümkün olmadıqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə, yəni özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki xəstəxanalara göndəriş verilir”.


Agentlikdən bildirildi ki, bununla yanaşı, tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaq üçün yeni maliyyə mexanizmi də tətbiq olunub:


“Xidmətin keyfiyyətini və əlçatanlığını artırmaq məqsədilə cari ilin aprel ayının sonunda Nazirlər Kabinetinin müvafiq qərarı ilə ixtisaslı həkim göstərişi əsasında ambulator şəraitdə göstərilən MRT və KT müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq edilib. Yəni, həkim göstərişi ilə MRT və ya KT müayinəsinə yönləndirilən vətəndaş tibbi xidmət üzrə Xidmətlər Zərfindəki tarifin 20%-i həcmində müştərək maliyyələşmə məbləği ödəyir, qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır”.


Agentlik bildirir ki, bu yanaşma tibbi xidmətlərin davamlı və effektiv şəkildə təşkilinə yönəlib. Lakin real təcrübə göstərir ki, nəzəri qaydalar praktikada istənilən nəticəni vermir.


Problemlə üzləşən vətəndaşlara tövsiyə edilir ki, ilk növbədə tibb müəssisəsinin məsul şəxslərinə və ya rəhbərliyinə müraciət etsinlər. 


Agentlik açıqlamasında qeyd edib ki, vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa TƏBİB-in 815 Çağrı mərkəzinə zəng edə, [email protected] elektron poçt ünvanına müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər. Bunun üçün vətəndaşlar Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya ttps://its.gov.az/page/elektron-muraciət linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər.


Ekspertlər isə hesab edir ki, sistemin effektivliyi üçün cihaz sayının artırılması və tibb müəssisələrinin resurslarının gücləndirilməsi vacibdir. Əks halda, icbari tibbi sığortanın əsas məqsədi olan hamı üçün bərabər tibbi xidmət yalnız kağız üzərində qalacaq.


Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri