Icma.az
close
up
RU
Kontrast mayeli MRT və KT nədir? Radioloq açıqladı

Kontrast mayeli MRT və KT nədir? Radioloq açıqladı

Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.



Kontrastlı maye (Rentgen, KT və ya MRT zamanı istifadə olunan maddə) bədənin müəyyən hissələrini daha aydın göstərmək üçün istifadə olunur.

Kontrastlı mayenin istifadə olunmasında məqsəd:

• Damarların və qan axınının qiymətləndirilməsi

• Şiş, iltihab, kist, damar daralması və qanaxma kimi halların aşkarlanması

• Beyin, ürək, qaraciyər, böyrək və digər orqanların struktur dəyişikliyini göstərmək

Kontrastlı maye sağlamlıq üçün təhlükəlidirmi?

"Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin müdiri, həkim-radioloq Züleyxa Rzayeva qeyd edib ki, bu maddələr təhlükəsiz hesab olunsa da, müəyyən yan təsirləri ola bilər:

“MRT və ya kompüter tomoqrafiyası zamanı istifadə olunan kontrast mayelər orqanizmdəki strukturları daha aydın göstərmək üçün tətbiq olunur.

Bu maddələr adətən təhlükəsizdir, lakin bəzi hallarda müəyyən yan təsirlər yarada bilər. Məsələn, bəzi insanlarda müvəqqəti ürəkbulanma, başgicəllənmə və ya bədəndə istilik hissi ola bilər.

Nadir hallarda allergik reaksiyalar, səpgi, qaşınma və ya nəfəs darlığı kimi hallar da müşahidə oluna bilər.

Böyrək problemi olan şəxslərdə isə kontrast maddə böyrəklərə əlavə yük sala bilər.

Bu səbəbdəndə də biz həkimlər, belə müayinələrdən əvvəl xəstənin böyrək funksiyasını mütləq qiymətləndiririk”.


Bəs kontrastlı mayenin yan təsirlərini necə aradan qaldırmaq olar?

Z.Rzayeva qeyd edib ki, bu maddənin bədəndən çıxarılması adətən təbii yolla aparılır:

“MRT və ya KT zamanı istifadə olunan kontrast mayenin bədəndən çıxarılması adətən təbii yolla, yəni böyrəklər vasitəsilə baş verir. Bu maddə orqanizmdə uzun müddət qalmır, lakin bəzi hallarda yan təsirləri minimuma endirmək üçün müəyyən tədbirlər görmək lazımdır.

Əvvəla, müayinədən sonra bol su içmək çox vacibdir. Gündə ən azı 1,5–2 litr maye qəbul etmək kontrastın bədəndən daha sürətli xaric olmasına kömək edir. Əgər xəstədə böyrək zəifliyi varsa, həkim bu prosesi diqqətlə izləməli və lazım gələrsə, damar daxili maye müalicəsi tətbiq edə bilər.

Allergik reaksiya baş verərsə, məsələn, səpgi, qaşınma və ya nəfəs darlığı yaranarsa, dərhal həmin şəxsə tibbi yardım göstərilməli, antihistamin və ya digər müvafiq dərmanlar verilməlidir”.

MEDİCİNA.AZ


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:385
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 09 Oktyabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri