Icma.az
close
up
RU
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatıb

MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatıb

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bakıda Harvard Universitetinin professoru Endryu Storinin rəhbərliyi ilə 100-dən çox dövlət qurumu rəhbərinin iştirak etdiyi süni intellekt üzrə beynəlxalq təlim proqramı başa çatıb.

XQ xəbər verir ki, proqram AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil olunub.

16–19 noyabr 2026-cı il tarixlərində iki qrup üzrə keçirilən “Süni intellekt agentləri dövründə dövlət idarəçiliyində liderlik” (Public Leadership in the Age of Agentic AI) proqramı müxtəlif nazirlik və dövlət qurumlarının rəhbər heyətini bir araya gətirib.

Təlimlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası çərçivəsində, Tədbirlər Planının 8.3.1-ci bəndinə uyğun olaraq həyata keçirilib.

Proqramda əsas diqqət süni intellektin dövlət idarəçiliyində tətbiqi üçün zəruri olan strateji və praktiki idarəetmə bacarıqlarına yönəldilib. İştirakçılar real idarəetmə ssenariləri və praktiki tapşırıqlar əsasında təmsil etdikləri qurumların süni intellektə hazırlığının qiymətləndirilməsi, tətbiq imkanlarının müəyyənləşdirilməsi və müvafiq yol xəritələrinin hazırlanması üzrə yanaşmaları nəzərdən keçiriblər.

Təlimlərdə süni intellekt agentləri vasitəsilə iş proseslərinin avtomatlaşdırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və texnoloji həllərin effektivliyinin ölçülməsi məsələləri əhatə olunub. İştirakçılar süni intellekt layihələrinin nəticələrinin və ictimai faydasının qiymətləndirilməsi, eləcə də texnologiyaların təhlükəsiz və məsuliyyətli tətbiqinə dair beynəlxalq təcrübə ilə tanış olublar.

Harvard Universitetinin akademik təcrübəsinə əsaslanan proqram rəhbər heyətin texnoloji transformasiyaya liderlik etmək, təşkilati dəyişiklikləri idarə etmək və süni intellekt üzrə qərarları institusional prioritetlərlə əlaqələndirmək bacarıqlarının inkişafına yönəlib. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

MSİM-in növbəti prioriteti dövlət qurumlarında süni intellektin tətbiqinə hazırlığı gücləndirmək və əldə olunan biliklərin konkret idarəetmə təşəbbüslərinə çevrilməsini dəstəkləməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Noyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see438

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see324

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see320

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see317

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see313

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see306

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see275

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see274

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see269

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see268

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see262

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see262

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see261

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see261

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see257

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see236

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see236

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see227

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see208

Yemək saatlarına DİQQƏT: Ömrünüzü qısaldır ARAŞDIRMA

21 Noyabr 2026 16:47see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri