Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

MSK bu seçki dairəsinə aid protokolları Baş Prokurorluğa göndərdi

MSK bu seçki dairəsinə aid protokolları Baş Prokurorluğa göndərdi

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Mərkəzi Seçki Komissiyası  56 saylı Şabran–Xaçmaz seçki dairəsinin  3 seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların təsdiq edilmiş surətləri araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

AzPost bildirir ki, bu barədə MSK-nın dünən keçirilən iclasının nəticələrində qeyd edilib.

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Muradov Rafiq Tofiq oğlu, Soltanov Heybət Bağır oğlu, Eminov İntiqam Xanbala oğlu, Rəhimli kənd sakini Meşəbəyov Ramiz Rza oğlu və digərləri 2025-ci il fevralın 5-də MSK-ya müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyası sədrinin hərəkətlərini mübahisələndirmiş, 19, 24, 52 və 53 saylı seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı müraciət etmiş şəxslərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, qeydə alınmış namizədlər R.T.Muradov və H.B.Soltanovun araşdırmada iştirakı təmin olunmuşdur. Müvafiq qaydada xəbərdar edilsələr də, Komissiyanın iclasına gəlməmişlər.

R.T.Muradov, H.B.Soltanov, İ.X.Eminov və digərləri müraciətlərində 56 saylı Şabran–Xaçmaz seçki dairəsi dairə seçki komissiyası sədrinin həmin seçki dairəsi üzrə Rəhimli bələdiyyəsinə seçki keçirən məntəqə seçki komissiyalarının formalaşdırılması zamanı qanun pozuntularına və digər qanunazidd hərəkətlərə yol verdiyini, eləcə də seçki günü seçki məntəqələrində müşahidə aparılması zamanı onlara maneələr yaradıldığını, səsvermə günü bir şəxsin iki seçki məntəqəsində səs verdiyini, seçki qutularına birdən artıq bülleten atıldığını, səslər sayılan və protokol tərtib edilən zaman onların müşahidə aparmasına imkan verilmədiyini, tələb etsələr də tərtib olunmuş protokolların təsdiq olunmuş surətinin onlara təqdim edilmədiyini və digər qanun pozuntularının olduğunu iddia ediblər. Buna görə, 19, 24, 52 və 53 saylı seçki məntəqələri üzrə seçkilərin nəticələrini mübahisələndirmiş və həmin seçki dairəsi üzrə Rəhimli bələdiyyəsinə seçki keçirilən 19, 52 və 53 saylı seçki məntəqələri üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını tələb ediblər.

Aparılmış araşdırma ilə həmin seçki məntəqələri məntəqə seçki komissiyalarının formalaşdırılması prosesində qeyd edilən seçki dairəsinin dairə seçki komissiyası tərəfindən seçki qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Belə ki, 56 saylı Şabran–Xaçmaz seçki dairəsi üzrə 65 məntəqə seçki komissiyasının, o cümlədən göstərilən bələdiyyəyə seçki keçirilən 4 məntəqə seçki komissiyasının seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq formalaşdırılması müraciətin həmin hissədə əsassız olmasını göstərən hal kimi qiymətləndirilməlidir.

Araşdırmada iştirak edən namizədlər R.T.Muradov və H.B.Soltanov səsvermə günü 56 saylı Şabran–Xaçmaz seçki dairəsinin Rəhimli bələdiyyəsinə seçki keçirilən seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları ilə əlaqədar bir ədəd DVD disk, həmçinin 19, 24, 52 və 53 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokollarının surətlərini araşdırmaya təqdim etmişlər.

Təqdim edilmiş DVD diskdə olan 5 videogörüntüyə namizədlərin iştirakı ilə baxış keçirilmiş və 24 saylı seçki məntəqəsində çəkilməsi iddia olunan həmin videogörüntülərdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müşahidə olunmamışdır.

Müraciətə əlavə olunmuş 4 ədəd protokol surətinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 24, 52 və 53 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının səsvermənin nəticələri haqqında protokollarının surətləri seçki qanunvericiliyinə uyğun olaraq tərtib edilib, müvafiq məntəqə seçki komissiyasının möhürü ilə təsdiq olunsa da, 19 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunun surəti seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təsdiq olunmadığından araşdırma obyekti olmamışdır.

Dairə seçki komissiyasından Rəhimli bələdiyyəsinə səsvermə keçirilən seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında 24, 52 və 53 saylı məntəqə seçki komissiyalarının rəsmi protokolları alınaraq həmin seçki məntəqələrində təsdiq edilərək müraciət etmiş namizədlərə və seçilməyən digər namizədlərə təqdim edilmiş protokolların surətləri ilə müqayisəli şəkildə araşdırılıb.

Müqayisəli təhlil zamanı seçilməyən digər namizədlər tərəfindən araşdırmaya təqdim edilmiş protokol surətlərindəki məlumatlar məntəqə seçki komissiyalarının rəsmi protokollarındakı məlumatlarla tam eynilik təşkil etsə də, müraciət etmiş namizədlər tərəfindən araşdırmaya təqdim edilmiş protokollarda bəzi namizədlərə verilən səslərdə uyğunsuzluqlar müəyyən edilmişdir.

Belə ki, müraciət etmiş namizədlər tərəfindən təqdim edilmiş 24, 52 və 53 saylı məntəqə seçki komissiyalarının protokollarının surətlərində bəzi namizədlərin topladığı səsləri əks etdirən rəqəmlərin sonradan dəyişdirilərək artırılması ehtimalı yaranmışdır.

Araşdırma zamanı səsvermənin nəticələri mübahisələndirilən seçki komissiyalarının sədrləri və üzvləri, həmçinin həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, seçilməyən digər qeydə alınmış namizədlər tərəfindən verilmiş izahatlarla səsvermə günü mübahisələndirilən seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntularının baş verməsi öz təsdiqini tapmamışdır. Buna görə də 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsinə səsvermə keçirilən seçki məntəqələrinə münasibətdə müraciətin təmin edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Şikayətçilər tərəfindən araşdırmaya təqdim edilmiş Seçki Məcəlləsinin 100.11-ci maddəsində nəzərdə tutulmuş qaydada məntəqə seçki komissiyası tərəfindən seçki subyektlərinə təqdim olunmuş səsvermənin nəticələri haqqında protokolun təsdiq olunmuş surətlərində bəzi namizədlərin topladığı səsləri əks etdirən rəqəmlərin dəyişdirilərək artırılması hallarının mövcud olmasına əsaslı ehtimallar yarandığından, Seçki Məcəlləsinin 112-1.6.4-cü və 112-1.6.5-ci maddələrinə əsasən, ehtimal olunan qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün şikayətə əlavə edilmiş protokol surətlərinin Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq prokurorluq orqanına göndərilməsinə zərurət yarandığından həmin protokol surətləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir.

Aparılmış araşdırma ilə 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsinə qeydə alınmış namizədlər R.T.Muradov, H.B.Soltanov, İ.X.Eminov və digərlərinin 5 fevral 2025-ci il tarixli 32 saylı müraciəti əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Muradov Rafiq Tofiq oğlu, Soltanov Heybət Bağır oğlu, Eminov İntiqam Xanbala oğlu və digərlərinin 5 fevral 2025-ci il tarixli 32 saylı müraciəti əsassız sayıb.

Müraciət etmiş şəxslər tərəfindən araşdırmaya təqdim edilmiş 56 saylı Şabran–Xaçmaz seçki dairəsinin Rəhimli bələdiyyəsinə seçkilər keçirilən 24, 52 və 53 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların təsdiq edilmiş surətləri araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Fevral 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri