Icma.az
close
up
RU
MSK üzvlərinin 5 illik müddəti bitir

MSK üzvlərinin 5 illik müddəti bitir

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Aprel 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) hazırkı üzvlərinin beş illik səlahiyyət müddəti bitir.

Milli.Az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri sonuncu dəfə Milli Məclisin 2021-ci il aprelin 27-də keçirilən plenar iclasında seçiliblər.

Aprelin sonunadək Milli Məclisdə MSK-nın tərkibinin yenidən formalaşdırılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir və onlar Milli Məclis tərəfindən seçilir.

MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir.

Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq hüquqşünaslar təmsil edirlər.

2 namizəd maraqlı tərəflərlə - bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılır.

MSK onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən ən geci 5 gün ərzində birinci iclasına toplaşır.

MSK-nın sədr, sədr müavini və iki katibi seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.

Qeyd edək ki, hazırkı tərkibdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədrin müavini Rövzət Qasımov, katibləri isə Mikayıl Rəhimov və Arifə Muxtarovadır./Trend.Az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Aprel 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see330

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see266

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see262

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see255

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see255

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see253

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see238

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see202

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see201

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see178

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see173

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see169

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see168

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see166

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see165

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see164

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see160

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see153

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see150

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri