Müalicə üçün Azərbaycana gələn israillilərin sayı kəskin artıb Rəsmi
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin ilk 9 ayı ərzində turizm məqsədilə İsraildən Azərbaycana 36 min 37 nəfər səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onların 23 min 948 nəfəri və ya 66,4%-i ölkəyə istirahət və əyləncə məqsədilə gəlib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında İsraildən Azərbaycana gələn turistlərin sayı 13 min 619 nəfər və ya 60,7%, istirahət və əyləncə məqsədilə gələnlərin sayı isə 7 min 673 nəfər və ya 47% artıb.
Ən kəskin artım isə müalicə məqsədilə Azərbaycana gələn israilli turistlərin sayında qeydə alınıb. Müalicə üçün Azərbaycana gələn israilli turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında 7,2 dəfə artaraq 159 nəfərə çatıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Müalicə üçün Azərbaycana gələnlərin sayı...
10 Mart 2025 00:20
Müalicə turizmi üçün Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb
24 İyul 2025 21:48
Müalicə məqsədilə Azərbaycana gələn turistlər ARTIB
15 Oktyabr 2025 12:53
Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? Siyahı
30 Avqust 2025 17:43
İsraildən müalicə üçün Azərbaycana üz tutanlar kimlərdir? Tibbi ekspert
05 Noyabr 2025 16:23
Baxış sayı:67
Bu xəbər 31 Oktyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















