Icma.az
close
up
RU
Müalicəsi yoxdur, dərhal peyvənd vurulmalıdır Həkimdən XƏBƏRDARLIQ

Müalicəsi yoxdur, dərhal peyvənd vurulmalıdır Həkimdən XƏBƏRDARLIQ

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ötən gün Tovuzda it dişləyən uşaq quduzluqdan ölüb. Quduzluğun qarşısını almaq mümkündür, lakin bu, yalnız ilk saatlarda və düzgün tədbirlərlə həyata keçirilə bilər.

Bəs belə faciəvi halın qarşısını almaq üçün nə edilməlidir? 

İnfeksionist Etibar Süleymanov Ölkə.az-a açıqlamasında bildirib ki, it dişləməsi və ümumiyyətlə, vəhşi heyvanların dişlədiyi hallarda insanlarda quduzluq xəstəliyi yarana bilər.

Onun sözlərinə görə, quduzluq çox ağır xəstəliklərdən biridir və hazırda müalicəsi olmayan xəstəliklərdən sayılır:

"Ölüm faizi çox yüksəkdir, hətta 99 faizə qədər hallarda müşahidə oluna bilər. Qarşısını almağın ən real yolu əgər it dişləyibsə, ilk üç gün ərzində quduzluq əleyhinə antirabik peyvəndin vurulmasıdır. Peyvənd sxem üzrə aparılmalıdır, itin xəstə olub-olmamasından və ya hər hansı əlamətin görünməsindən asılı olmayaraq. Çünki nə qədər tez peyvənd aparılsa, xəstəliyin qarşısını alma ehtimalı bir o qədər yüksək olur. Əlamətlər başladıqdan sonra peyvəndləmənin faydası olmur. Buna görə də, belə bir hadisə baş verərsə, təcili şəkildə ən yaxın tibb müəssisəsində peyvənd olunması məsləhət görülür.

Əgər ev heyvanları saxlanılırsa, onlar da mütləq vaxtında iynə və peyvəndlər edilməlidir. Hər hansı xəstəlik əlamətləri aşkar olunarsa, baytar həkimlə məsləhətləşmək lazımdır ki, quduzluq əlamətləri olub-olmaması müəyyənləşdirilsin".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Oktyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri