Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Müasir ailə modelləri

Müasir ailə modelləri

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ailə cəmiyyətin mənbəyi və ən kiçik nüvəsidir. Bu kiçik cəmiyyətdə müxtəlif ailə modelləri mövcuddur: avtoritar, demokratik, liberal, xaotik və qoruyucu. Cəmiyyətlərin sosial, iqtisadi və mədəni inkişafı ailə institutunda da ciddi dəyişikliklərə yol açıb.

XX əsrin sonlarından etibarən ənənəvi modeldən kənara çıxan, daha çevik və müxtəlif formalar alan müasir ailə modelləri meydana gəlib. Bu modellər həm həyat tərzinin dəyişməsi, həm qadınların əmək bazarında aktiv rol alması, həm də fərdlərin fərqli seçimlərinin qəbul olunması ilə formalaşır. Ənənəvi ailə forması olan nüvə ailə bu gün də geniş yayılmışdır.

Lakin müasir şərait bu modelin strukturunda dəyişikliklər yaradıb. Artıq ailədə rollar daha bərabər bölünür, hər iki valideynin işləməsi normaya çevrilir və uşaqların tərbiyəsində daha demokratik, individual yanaşmalar üstünlük qazanır. Bu, nüvə ailənin ənənəvi funksiyalarını qorumaqla yanaşı ona modern xarakter bəxş edir. Boşanmaların çoxalması, valideynlərdən birinin itirilməsi və ya şəxsi seçim nəticəsində tək valideynli ailələrin sayı müasir dövrdə xeyli artıb.

Bu modeldə tərbiyə və maddi yükün bir şəxsin üzərinə düşməsi sosial dəstək mexanizmlərinin əhəmiyyətini artırır. Müasir cəmiyyətlərdə tək valideynli ailələrə yönəlik sosial proqramlar və hüquqi təminatlar getdikcə genişlənir.

Dinlərə görə ailə institutunun fərqləri

Ailə institutu hər bir dinin sosial və mənəvi sistemində xüsusi yer tutur. Həm İslam, həm də Xristianlıq ailəni müqəddəs və qorunmalı bir dəyər kimi təqdim edir. Buna baxmayaraq, bu iki dinin ailəyə yanaşması, nikahın mənası, gender rolları, uşaqların tərbiyəsi və boşanmaya münasibəti kimi məsələlərdə müəyyən fərqlər mövcuddur. Bu fərqlər həm dini mənbələrdən, həm də həmin dinlərin formalaşdığı sosial-mədəni mühitdən qaynaqlanır. İslamda nikah dini və hüquqi bir müqavilə hesab olunur.

Nikahın qüvvəyə minməsi üçün şahidlərin iştirakı, mehrin müəyyən edilməsi və tərəflərin razılığı əsas şərtlərdir. Nikah yalnız iki nəfərin hissi bağlılığı deyil, həm də sosial və hüquqi məsuliyyətdir. İslam hüququnda kişiyə müəyyən şərtlərlə çoxarvadlılıq hüququ verilməsi də ailə modelinin xüsusiyyətlərindən biridir. Xristianlıqda isə nikah daha çox müqəddəs bir bağ kimi qəbul edilir. Burada nikah sevgiyə, sədaqətə və ömürlük birliyə əsaslanır. Xristian təliminə görə evlilik iki insanın Allah qarşısında verdiyi əhd olaraq qiymətləndirilir. Xüsusən Katolik kilsəsində nikahın qırılmazlığı prinsipinə ciddi riayət olunur və boşanmaya rəsmi şəkildə icazə verilmir.

Müasir cəmiyyətlərdə müşahidə olunan ailə modelləri

Avtoritar ailə modeli

Bütün qərarları valideynlər, ilk növbədə, ata qəbul edir. Onlar belə hesab edirlər ki, uşaqlar valideynlərinin iradəsinə tabe olmalıdırlar. Buna görə də ailədə uşaqların azadlıqları məhdudlaşdırılır.

Demokratik ailə modeli

Valideynlər öz övladlarının şəxsi məsuliyyətini, sərbəstliyini təmin edir və bunu rəğbətləndirir. Demokratik tərbiyə üslubu üstünlük təşkil edən ailələrdə uşaqlar ailə problemlərinin müzakirəsində də iştirak edirlər.

Liberal ailə modeli

Uşaqlar valideynlər tərəfindən istiqamətləndirilmir. Onların praktiki olaraq ya valideynləri tərəfindən qadağaları, məhdudluqları olmur, yaxud da valideynlərin tapşırıqlarını yerinə yetirmirlər.

Xaotik ailə modeli

Uşağa yanaşmada aydın və konkret tələblərin olmaması ilə səciyyələnir. Belə tərbiyə tərzində özünə nəzarət və məsuliyyət hissi formalaşmır, özünü aşağı qiymətləndirmə, mühakimələrində yetkinliyin olmaması müşahidə olunur.

Qoruyucu ailə modeli

Daim uşağın yanında olma meylinin mövcudluğu və yaranan problemləri uşağın əvəzinə valideynin həll etməsi deməkdir.

Müasir ailə modelləri cəmiyyətin dəyişən dəyərlərini və insan həyatının yeni prioritetlərini əks etdirir. Ailə anlayışı daha çevik, daha individual və daha pluralist xarakter alıb. Bu dəyişikliklər ailə institutunun zəifləməsi kimi deyil, əksinə, onun yeni həyat tərzlərinə uyğunlaşaraq davamlılığını qoruması kimi qiymətləndirilə bilər.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri