Icma.az
close
up
RU
Müasir bəla: Yaddaş problemləri, yuxu pozğunluğu...

Müasir bəla: Yaddaş problemləri, yuxu pozğunluğu...

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

"Asılılıq dedikdə hər hansısa bir şəxsin müəyyən bir davranışa, maddəyə, fəaliyyətə qarşı inkişaf etmiş həddindən artıq bağlılığı nəzərdə tutulur. Yəni, bağlılıq o qədər yüksəkdir ki, həmin şəxs bu prosses üzərində nəzarətini itirir. Asılılıq həm fiziki, həm psixolojidir və ona görə də vəziyyət fərdin həyatını, adətən, mənfiyə doğru dəyişmiş olur. Asılılıqların müxtəlif növləri olur, əsasən isə iki növ asılılıqdan danışırıq: maddə və davranış".

Bu sözləri News24.az-a açıqlamasında psixoloq Elşən Ələsgərli deyib.

Psixoloqun sözlərinə görə, maddə asılılığı dedikdə insanların alkoqoldan, n*rkotikdən və digər zərərli maddələrdən asılılığı nəzərdə tutulur. Bu, onların həyat keyfiyyətini aşağı salır, sağlamlığını təhlükə altına alır. Davranış asılılığı isə adətən, müəyyən fəaliyyətlər - internet, video oyunlar, sosial mediadan asılılıq və sairdir. Hazırda isə son dövrlərin müasir bəlasına çevirilən qısa video asılılığı da bu növ asılılıqlardan sayılır.

"Qısa video asılılığının təsirləri iki qrupa bölünür: fiziki və psixoloji. Fiziki təsir olaraq yuxu pozğunluğu, görmə problemləri, boyun və bel ağrılarını görürük.

Psixoloji təsirlər isə diqqət dağınıqlığı, davranış fokuslanması qabiliyyətinin azalması, yaddaş problemləri, həmçinin sosial qabiliyyətlərin və iş qabiliyyətinin itirilməsi ilə özünü göstərir.

Bütün bunlarla yanaşı, qısa video asılılığı konsentrasiya və düşüncə qabiliyyətini də azaldır. Beyin o qədər qısa videoya yüklənir ki, uzun və ya davamlı bir prosesin gedişini apara bilmir. Nəticədə isə insanlar dərin məlumatlar əvəzinə, çox səthi məlumatları qəbul etməyə başlayırlar. Bu da analitik düşüncəni zəiflədir, uzunmüddətli məlumatı qavramaq çətinliyi yaradır. Məsələn, tələbə və ya şagirdlər tədris prosseslərinə diqqət yetirə, dərslərini oxuya bilmirlər. Oxuduqlarını da anlaya bilmirlər və s", - deyə o bildirib.

Günel Məlikzdə


Elşən Ələsgərli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Yanvar 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri