Icma.az
close
up
RU
Müasir etika nədir? MÜSAHİBƏ

Müasir etika nədir? MÜSAHİBƏ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Etika Akademiyasının direktoru Günel İbrahimin SİA-ya müsahibəsini təqdim edirik:

- Bu gün cəmiyyətdə etiket qaydalarını bilənlər çoxdur, yoxsa bundan anlayışı belə olmayanlar?

- Gəlin, etika və etiketi ayıraq. Çünki etika fəlsəfədir və əxlaqı, mədəniyyəti öyrənən bir elmdir. Böyük sahədir, danışsaq, saatlar, günlər bəs etməz. Etiket bizim daxili mədəniyyətimizi göstərə biləcək ən qısa yoldur. Yəni hərəkətlərimiz və üslubumuzdur. Etiket qaydaları bizim mədəni üslubumuzun nümayişidir. İllərdir çalışırıq ki, insanlar bir-biri ilə etik davranışlar üzrə daha da savadlansınlar. Başqasını səhvən belə incitməmək, başqasının önəmli olduğunu, vaciblik hissini ən gözəl şəkildə ötürə bilmək qabiliyyətinə sahib olsunlar.

- Rastlaşdığınız ən etikasız davranış, ifadə hansıdır?

- Yüksək ali mədəniyyətdən danışsaq, insanları qiymətləndirməyin özü bir mədəniyyətsizlikdir. Mədəni insan kiməsə nadir halda mədəniyyətsiz deyər. Üslublu, mədəni, savadlı, əxlaqlı insan başqasına göstəriş belə vermir. Sadəcə o məkandan uzaqlaşır. O mühitdə ki, ədəbsiz sözlər istifadə edilir, davranış qaydaları doğur deyil, həmin mühitə getmir. Lakin biz müəllim, tərbiyəçi olaraq müəyyən müdaxilələr edə bilirik. Ən vacib məqamlardan biri insanlarla davranış mədəniyyətində "özünə arzulamadığını başqasına etmə"dir. İnsanlarla salamlaşanda ürəklə salamlaşın. İnsanın adını tam çəkin, doğru ifadə edin. Vaciblik hissinin ödənilməsi var, təbii ehtiyacları kimi. Bunlar hava, su, yuxu, yeməkdir. Beşinci isə həyatda qalmağın ən vacib ünsürlərindən biri olan onun adıdır. Çünki ad insanın vaciblik hissini ödəyən bir məsələdir. Övladımıza belə əzizləyici söz demək istəyiriksə, adının yanına əzizim demək daha düzgündür, nəinki qısaldılmış adlarla müraciət etmək. Bu şəkildə övladımızın şəxsiyyətinin formalaşmasına dəstək oluruq. Çünki "İbo" dəcəllik edə bilir, amma "İbrahim" özünü fərqli aparır.

- Ümumiyyətlə, bəzən etika dedikdə sırf qadın-kişi arasında bir-birinə münasibətlərlə kifayətlənirik. Bu belədir, yoxsa necə?

- Etika fəlsəfənin bir qolu olaraq ətrafımıza və özümüzə qarşı davranış qaydasıdır. Buraya təbiətimiz, Vətənimiz, məktəbimiz, təhsilimiz, qonşumuz, nədən qidalanır, nəyə töhfə veririksə, onların hamısında harmoniya var. Mədəniyyətin ikinci adı da harmonik münasibətlərdir. Buna görə də ailədə qadın-kişi arasındakı münasibətlər daha çox marağa səbəb olduğuna görə cəmiyyətdə daha çox danışılır.

- Küçədə ucadan danışaraq gəzmək, masa arxasında ağzını marçıldadaraq yemək, insanın sərbəstliyidir, yoxsa qınanmalıdır?

- Adətən bərkdən və ucadan danışan insanların çox zaman evdə, ailədə, ətraflarında səsləri duyulmur. O insanı ki uşaqlıqdan eşitməyiblər, o böyüdükcə özünü qışqıraraq ifadə etməyən başlayır. Bizim üçün qışqıraraq danışan insan əzizləri tərəfindən eşidilməyən insan obrazı yaradır. Onu narahat etmirsə, danışa bilər. Lakin ətrafı narahat edə bilər. Sakitliyi sevən bir insan sakit bir mühit seçir, dincəlmək istəyir. Həmin insan sakit mühitə daxil olaraq ucadan danışırsa, sakitliyi sevən insanın azadlığını pozur. Burada artıq toqquşmalar baş verir. "Sizin azadlığınızın başladığı yerdə mənim azadlığım bitir". Bu münasibətləri etika tənzimləyir. Əgər qonşu övladını ucadan danlayaraq tərbiyə edirsə, bunu qonşu eşidirsə, qapını döyüb müdaxilə edə bilər. Səsi gəlmirsə, daxili proseslərə birdən-birə daxil olmaq olmaz.

- Siz hansı etik qaydaları pozan şəxslərə şəxsən müdaxilə edərək səhvini düzəltmisiniz? O şəxs də ibrət götürərək səhvini düzəldib?

- Əgər məni narahat edirsə, müdaxilə edə bilirəm. Əgər məni narahat etmirsə, istədiyi tərzdə yaşamağa davam edir. Narahat edirsə, xəbərdarlıq etmək lazımdır. Biz insanları qiymətləndirmirik.

- Bəzən deyirlər ki, xanımlar əl uzatmadan onlara əl uzadaraq salam vermək hörmətsizlikdir, bu belədirmi?

- Burada iş dünyası və həyat ayrılır. İş dünyasında qadın və kişi yoxdur. Hamı əməkdaşdır, yaxud da dostdur. Buna görə də, qəbul edən şəxs birinci əl uzada bilir. Qonaq olan şəxs isə birinci salam verir. Şəxsi həyatda isə birinci qadın əl uzadır. Həyatda tamamilə fərqlidir. Qadın əl uzatmırsa, hörmətlə yanaşmaq lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri