Icma.az
close
up
RU
Müasir mediada yeni trendlər nə olmalıdır?

Müasir mediada yeni trendlər nə olmalıdır?

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Politoloq Aytən Qurbanovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Yəqin ki siz gündəlik həyatınızda mütəmadi olaraq saxta, dezinformasiya xarakterli məlumatlarla rastlaşırsınız. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda olsun xəbərlərin doğru-düzgün olduğunu necə ayırd edirsiniz? Sizcə, yayılan bu dezinformasiyalardan çıxış yolunu nədə görmək olar?

- Düşünürəm ki, bütün istiqamətlər üzrə informasiyanın etibarlılığını yoxlamağın ilkin ən əsas şərti onun rəsmi mənbələrdə paylaşılıb-paylaşılmamasının yoxlanılması ilə bağlıdır. Yəni, hər hansısa etibarlılığı olmayan bir saytda, ya da başqa xarici seqmentlərdə paylaşılan informasiyalara istinad edərək bu informasiyanın daxili auditoriyada, Azərbaycan seqmentində sosial şəbəkələrdə paylaşılması və geniş müzakirəyə çevrilməsi onsuz birmənalı şəkildə ən ciddi problem yaradan məqamlardan biridir və bunun yoxlanılmasının ilkin şərti rəsmi olaraq bəyanatların gözlənilməsi ilə bağlıdır.

Çox təəssüflər olsun ki, biz son dövrlərdə həm siyasi proseslərlə, həm də bir çox istiqamətdə ictimai müzakirələrlə bağlı olan məlumatların yoxlanılmadan artıq ictimai müzakirəyə çıxarıldığını da aydın şəkildə görə bilirik. Təəssüflər olsun ki, qismən müəyyən jurnalistlər və media qurumları da bilərəkdən və ya bilməyərəkdən burada iştirak edə bilirlər. Məlumatın ilkin paylaşılması, ilkin olaraq məlumatın cəmiyyətə ötürülməsi ilə bağlı yarış prosesinin çərçivəsində "kim önə düşdü" və informasiyanı paylaşdı prizmasından yanaşaraq informasiyanın dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad edilmədən paylaşılması çox ciddi problemlərə gətirib çıxara bilir ki, bu istər müharibə dövründə, istər ondan sonrakı dövrdə paylaşılan dezinformasiyaların ayırd edilməsində aydın şəkildə görə bilirik.

Siyasi proseslərlə bağlı olan məlumatların aydınlaşdırılmasında ən ciddi problemli məsələlərdən biri erməni seqmentində paylaşılan məlumatların müzakirəyə və istinad nöqtəsinə çevrilməsi ilə bağlıdır. Mən düşünürəm ki, hər hansı istiqamətdə rəsmi bəyanat olmadan dövlət başçımızın ya da müvafiq dövlət qurumlarının dili ilə hər hansısa bir ifadələr işlədilmədən bu istiqamətdə Azərbaycanlıların mövqeyini əks etdirməyən hər hansı bir mövzuların müzakirəyə çevrilməsi ciddi ölçüdə informasiya təhlükəsizliyinə təhdid yaradan əsas məqamlardan biridir.

- Sosial şəbəkələrin ən təhlükəli tərəflərindən biri də insanların mənəvi terrora məruz qalmasıdır, yəni adından olmadığı xəbərlərin paylaşılmasıdır. Bununla bağlı siz hansı fikirdəsiniz? Belə hallar yaşanmaması üçün nə etməliyik?

- Təəssüflər olsun ki, sosial şəbəkələrdə kiminsə adından səhifə açılması, hər hansısa bir məlumatın paylaşılması istiqamətində tənzimlənmə mexanizmi yoxdur.

- Bir də görürsünüz ki, hər hansı bir tanınmış şəxsdir, istər siyasətçi olsun adından xəbərlər paylaşılır və insanlar buna inanır. Bu məlumat boşluğundan da irəli gələn əsas problemlərdən biridir?

- Kiminsə şəkli paylaşılır altından informasiya paylaşılır ki, o filan ifadəni işlətdi, ya da hər hansı biri mövzu ilə bağlı bu bəyanatı səsləndirdi. Amma bəyanatla bağlı videogörüntü yoxdur, hər hansısa bir formada o şəxsin dilindən rəsmi olaraq verilmiş bir bəyanat yoxdur. Ona görə də insanların sürətli şəkildə inanmasına gətirib çıxaran ən əsas amillərdən biri də məlumat boşluğunun ya da ona operativ şəkildə reaksiya vermənin mümkünsüzlüyü ilə bağlıdır. Çünki insanlar onlar haqqında paylaşılan bütün informasiyalara anında operativ məlumat paylaşa bilməzlər. Sadəcə olaraq sosial şəbəkələrdə paylaşılan informasiyaların yoxlama mexanizmi də çox təəssüflər olsun ki, maraqlara uyğun şəkildə tənzimlənir.

Son dövrlərdə, biz bir çox sosial şəbəkələrdə xüsusilə "Facebook" və "İnstaqram"da paylaşılan informasiyalarda tarixdə adı kifayət qədər mötəbər şəkildə daxil olmuş şəxslərlə bağlı fikirlər paylaşanda onların yalan informasiya olması ilə bağlı xəbərdarlığa rast gələ bilirik, ya paylaşılan şəkil, ya da informasiya örtülür, ya da onunla bağlı olan məlumat birbaşa silinir. Amma bu nə siyasi proseslərlə, nə də ki bugün dövrümüzdə yaşayan insanların paylaşdığı informasiyalarla bağlı eyni tənzimləmə mexanizmi çox təəssüflər olsun ki, tətbiq olunmur.

- Bugün mühacir adı altında digər ölkələrdə mövcud olan şəxslər mütəmadi canlı yayım açaraq sosial şəbəkələrdə insanları çaşdırırlar, müxtəlif pafoslu çıxışlar edirlər. Sizcə belə hallara QHT-lər birlik nümayiş etdirməlidir, ya hansı digər qurumlar birlik nümayiş etdirib həmrəy olmalıdırlar? Yəni burada əsasən QHT-lərin rolu, yoxsa digər qurumlar önə çəkilməlidir?

- Yəni, qurumlardan daha çox bir vətəndaş olaraq biz onlarla münasibətdə məsuliyyətli mövqe nümayiş etdirməliyik. Kimlərsə gedib xaricdə kiminsə maliyyə dəstəyi ilə əyləşib Azərbaycanla, Azərbaycanın həqiqətləri ilə bağlı yalan informasiyaların yayılmasında bir alətə çevrilirsə, onlar qınaq obyektinə çevrilməlidir. Heç bir halda onların paylaşdığı informasiyalar izlənilməməlidir. Təbii ki vətəndaş cəmiyyətinin ən aktiv nümayəndələri olaraq burada ictimai birliklər rol oynayır. Dövlət qurumları ilə bu barədə sıx əməkdaşlıq olmalıdır. Məlumatların toplanılmasında, hər hansısa bir məlumatların ifşa olunmasında onların həqiqətən də reallığını əks etdirməyən informasiyaları paylaşanların doğru şəkildə çatdırılmasında və eyni zamanda onların arxasında dayanan maraqlarla bağlıdır. Çünki biz son baş verən proseslərdə də aydın şəkildə görürük ki, sadəcə xaricdə olan deyil, ölkədə də fəaliyyət göstərən müəyyən bir media qurumları var ki, onlar da xaricdən maliyyələşirlər.

- Mütəmadi media ilə işləyirsiniz və müsahibələriniz gedir, yazılarınız dərc olunur. Sizin fikrinizcə müasir mediada yeni trendlər nə olmalıdır?

- Konkret bir istiqamətdən daha çox düşünürəm ki, məlumatlandırma baxımından müzakirə olunan məsələlərlə paralel olaraq Azərbaycanın tarixi mədəniyyəti və eyni zamanda qlobal sistemdə baş verən hadisələrlə bağlıdır. Müəyyən bir subyektiv təşəbbüskarlıq media qurumları tərəfindən ortaya qoyulmalıdır. Cəmiyyəti maraqlandıran məsələlərdə maarifləndirməyə ehtiyac varsa, burada ən əsas missiya məhz elə medianın üzərinə düşür. Müəyyən media qrupları bu istiqamətdə olan müəyyən bir köşələr yaratmalıdır və peşəkar jurnalistlərin hər hansısa bir formada olan fikirləri, rəyləri, araşdırmaları paylaşılmalıdır.

Diqqət ediriksə, COP-29 ərəfəsində balinanın Xəzər sahillərində peyda olması məsələsi müzakirəyə çevrilmişdi. Çox təəssüf etdiyim məqam onunla bağlıdır ki, danışılan videogörüntülərdə ilkin reaksiyalarda Xəzərin okeanlara çıxışı yoxdur və balina orada ola bilməz reaksiyası yox idi. Buna inanırdılar, bununla bağlı fikirlərini paylaşırdılar. Bu sosial şəbəkələrdə geniş müzakirələrə çevrildi. Bu istiqamətdə operativlik deyəndə media qurumlarının da verəcəyi reaksiya və yanaşmalar kifayət qədər önəmlidir ki, bunu hər hansı bir formada reytinq xətrinə istifadə etmək yerinə yenə də dövlətçilik, milli maraqların qorunması, cəmiyyətin qorunması və dəyərlərin qorunması istiqamətində əslində məlumatların operativ paylaşılması kifayət qədər önəmlidir. Fərqli media qurumlarında biz çox təəssüflər olsun ki, eyni reaksiyanı görə bilmədik.

https://medialiteracy.media.gov.az/

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Dekabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri