Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Müasir sevgilər Şahanə Müşfiq yazır

Müasir sevgilər Şahanə Müşfiq yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şahanə MÜŞFİQ

İnsanlığın minilliklər boyu dəyişməyən bir ehtiyacı var: sevmək və sevilmək. Bu, nə tarixlərin, nə də siyasi sərhədlərin tanıdığı bir çağırışdır. Sevgi insanın içindəki ən köhnə səs, ən qədim instinkt, ən dərin reaksiyadır. İllər, əsrlər keçdikcə, zamanın ruhu, insanın kimliyi dəyişdikcə, bu səs də bulanır, getdikcə öləziyir, bəzən pıçıltıya çevrilir, bəzən isə tamamilə itir, sonsuz ənginliklərin ağuşunda yoxluğa qarışır.

Müasir dünyamız romantik sevgidən, əsl eşqdən o qədər uzaq, o qədər yaddır ki, hərdən düşünürsən, sanki bu gün o, bu səsi itirib, öz köhnə parıltısından ayrılıb və arxetipinin kölgəsinə çevrilib. Lakin bu məqamda kiçik də olsa, təsəlli çuğlayır qəlbimizi. Axı hər kölgənin arxasında işıq durur. Bəlkə də sevgi öz doğuluşunun yeni mərhələsinə hazırlaşır. Kim bilir?

lll

Biz, adətən, sevgi haqqında düşünəndə ənənəvi obrazları xatırlayırıq: Leyli və Məcnun, Xosrov və Şirin, Romeo və Cülyetta. Bütün bu hekayələrdə sevgi nədir? Ağırlıqdır, mübarizədir, inaddır, gözləməkdir, ölməyən ümiddir. İnadla, ürəyi yandıraraq, məhrumiyyət içində həsrət çəkməkdir. Çünki sevgi insana eşq bəxş edən qədər dərd də verirdi. Onda qovuşmaq asan deyildi, məhəbbət yolunda hər iztiraba qarşı dözümlü olmaq, əzabın içində belə gözəllik axtarmağı, daha doğrusu, tapmağı bacarmaq lazım idi.

Məcnun illərlə çöllərdə dolaşdı, Fərhad dağları çapdı, Cülyetta ölüm bahasına sevdiyini seçdi. Bugünün "aşiqi" isə bir mesaj gec gəldiyi üçün bezir. Bir zəngi cavabsız qalanda sevginin sonunu düşünür. Nizaminin "eşq yolunda baş qoymaq" dediyi fədakarlıq artıq bir "status" dəyişməsi qədərdir.

İndiki nəsil sevgidən çox, sevginin imitasiyalarını görür. Bunlar sosial şəbəkələrdə parıldayan, filtirlənmiş, romantik jestlərlə bəzədilmiş, gerçəklikdən uzaq vitrindəki hisslərdir. Yəqin ki, bundan sonra o dərin kökə qayıtmaq çətindir, çünki dünya öz-özlüyündə bizi yüngülləşdirir, yüklərdən azad edir, amma bununla yanaşı, hissləri də incəldir, yüngülləşdirir.

Əvvəllər sevgi ləng idi. Yollar uzun idi. Xəbərlər yubanırdı, məktublar günlərlə yol gedirdi. Bu uzun yollar, bu bitməz məsafələr insanı böyüdürdü, ona səbri, dözümü, eşqin aliliyini öyrədirdi, nəticədə sevgi də yoğrulurdu, bişirdi. Onda həsrət eşqin ən böyük tərkib hissəsi idi, gözləmək aşiqin ən gözəl peşəsi...

Gəl, gör ki, indi gözləmək nostalji duyğuya çevrilib. Avtobusun gəlməsini iki dəqiqə gözləməyə səbri çatmayan insan sevgilinin gəlməsini gözləyərmi? Gözləmir. Dəyişən, inkişaf edən texnologiya indi insanları da ovcumuz qədər yaxın etdiyi halda, qəlbləri minlərlə kilometr uzağa atır. Hər şeyin sürətləndiyi zamanda münasibətlər də, qovuşmaq da, ayrılmaq da sürətlənib. Bəzən bu sürət o qədər artır ki, hisslərin özü belə onun içərisində düşüb parçalanır, itib yoxluğa qarışır.

Biz indi bir insanı bir mesajla tanımağa çalışırıq, bir neçə fotoya baxaraq qərar veririk, bir dialoqu yarımçıq saxlayırıq və sonra hisslərimizə ad qoymağa çətinlik çəkirik. Halbuki sevgi bir anda anlaşılacaq qədər sadə deyil. O, insanın içində yavaş-yavaş açılır, tədricən çiçəkləyir. Yetər ki, bunun üçün insanın qəlbində münbit mühit olsun. Bəs müasir insanın içərisində o münbit mühit varmı? Çətin! Bu gün çiçəklər tez solur, çünki bu sürətli zamanın bizi məruz qoyduğu səbirsizliklə onları vaxtsız açmağa məcbur edirik.

lll

Bugünkü münasibətlərin ən böyük paradokslarından biri də budur ki, seçim çoxdur, yaxınlıq az. İnsanlar bir-birinə yaxınlaşmaq üçün onlarla sosial platformaya sahibdir. Amma həmin platformalar insanı başqalarına yaxınlaşdırmaq əvəzinə, daha da tənha edir. Bir fotoya gələn 300 "bəyənmə" səmimi, eşqlə toxunuşun yaşatdığı hissi vermir. Bir mesajın qarşılığında gələn yüzlərlə emoji sevdiyin insanın gözlərinə baxmağın həzzini yaşada bilmir. Bu gün texnologiya bizə sevginin estetik formasını verir, amma mahiyyətini yox.

Bir zamanlar ayrılığın səbəbi uzaqlıq, ailə və ya ictimai qadağa ola bilərdi, indi bir mesajın qarşı tərəfdə görünüb cavabsız qalması, ya da açılmayan zəng bütün tellərin qırılması üçün kifayətdir.

İnsanların bir-birini asanlıqla silməsi, dəyişməsi, əvəz etməsi sevginin arxetipini zəiflədib. Texnologiyanın verdiyi rahatlığı ilğıma da bənzədə bilərik - sevginin dərinliyini aparan, amma qısa həyəcanı saxlayan bir ilğım.

lll

Müasir insan sevgidən niyə qaçır?

Müasir psixologiya deyir ki, sevgini necə yaşamağımız uşaqlıqda formalaşır. Əgər uşaqlıqda sevgi sabit deyildisə, münasibətlərdə də insan sabit ola bilmir. Əgər böyüdüyün evdə sevgi möhkəm deyildisə, sonrakı həyatında da sevgidən qorxursan, onun varlığına, möhkəmliyinə, davamlılığına inamın olmur. Sevgi sənin üçün həm yarpaq kimi yüngül, həm də daş kimi ağır görünür. İnsanlar yaxınlıqdan çəkinir, çünki yaxınlıq yaralanmaq riskini artırır.

Bu səbəbdən bir çox müasir gənc sevgi arzulayır, amma sevgiyə yaxınlaşanda, onu həqiqətən tapdığını hiss edəndə qorxuya qapılır. Qorxu onları sosial şəbəkələrdə "gizlənməyə" məcbur edir. Beləcə, "virtual sevgilər" artır. Onlar toxunmaqdan qaçıb emoji göndərir, sevdiyinin gözlərinə baxmaqdan qaçıb mesajların içində görünməz olmağı seçir.

Hərçənd, məşhur filmdə deyilən "sevgi əməkdir" reprikasına əlavə olaraq, deyə bilərik ki, sevgi həm yaxınlıq tələb edir, həm də cəsarət. Amma təəssüf ki, indiki nəsil heç nəyə, xüsusən də sevgiyə əmək vermək istəmir, cəsarəti tükənib, yaxınlıq isə əlavə və lazımsız yük kimi görünür.

lll

Tənhalıq paradoksal şəkildə müasir dövrün özəl bir sığınacağına çevrilib. İnsanlar öz yaralarını başqalarından gizlətmək üçün tənhalığa çəkilirlər. Tənhalıq daha təhlükəsiz görünür, çünki orada heç kim sənə xəyanət edə bilməz, heç kim səni incitməz, heç kim səni yarıda qoymaz.

Lakin tənhalıq insanın ruhunu yavaş-yavaş yeyir. Tənhalığa öyrəşmiş insan sevginin səsinə kar, işığına kor olur. Yalnız qalmaq istəməsə də, birlikdə olmaq çətin gəlir. Bir tərəfdən sevgi axtarırıq, o biri tərəfdən sevgiyə sarılmağa gücümüz çatmır. Bu, müasir insanın ən böyük ziddiyyətidir.

lll

Gəlin etiraf edək ki, çağdaş insan hisslərini yaşamaqdan çox nümayiş etdirməklə məşğuldur. Romantik hədiyyə, eşq dolu fotolar, səyahət kadrları və sair bu kimi şeylər sevginin varlığını təsdiqləmək üçün bir növ göstərişə çevrilib. Əslində, bunlar sevginin görünüşüdür. Əsl eşq isə iki nəfərin arasındakı səssiz anlaşma, duyğu "alış-verişidir".

Müasir dövrdə bu mübhəmlik itir. Cütlüklər bir-birinin ruhunu deyil, fotolardakı görüntüsünü sevir. Bu da sevgini səthiləşdirir, kövrəkləşdirir və ilk zərbədə dağılıb yerlə bir olan münasibətə çevirir.

lll

İnsan dəyişir, dövr dəyişir, amma sevginin ehtiyacı dəyişmir. Bəlkə də arxetip dəyişir. Müasir insan sevginin həsrət, gözləmək, əzab-əziyyət kimi qaranlıq yanlarını qəbul etməkdə çətinlik çəkir. Amma unutmaq olmaz ki, sevgi heç də həmişə xoş hisslərdən ibarət olmayıb. Sevgi əzablarla, iztirablarla, sınaqlarla, göz yaşı ilə, sevinclə, qəlb çırpıntıları, səbr və ümidlə dolu dərin bir ümmandır.

Bugünkü nəsil o ümmana baş vurmaqdan qorxur, çəkinir, amma bununla belə, yenə də həqiqi sevgi axtarır, özünün sahib olmağa qorxduğu o eşqin varlığını sorğulayır. Uşaq vaxtı Xəstə Qasımın bir təcnisini əzbərləmişdim, onun ilk beytini o qədər sevmişdim ki, demək olar, çox tez-tez təkrarlayardım. Xəstə Qasım deyirdi ki:

Həqiqət bəhrində qəvvasam deyən,

Qəvvas isən, gir dəryaya üzhaüz.

Bəli, müasir insan da özünü eşq dəryasında qəvvas saysa da, ora baş vurmaqdan, orada üzməkdən çəkinir.

Amma bu sevginin axtarışı da ümidvericidir. Axı sevgi insanın ən köhnə yaddaşıdır. Dövr də dəyişsə, zaman da keçsə, insan ilk yaddaşını unuda bilmir.

lll

Romantik sevgi itmir. O, yalnız formasını dəyişir. Yeni dünyanın sevgisi daha şüurlu, daha cilalanmış, daha bərabər əsaslı olmalıdır. Fikrimcə, hisslərin təzədən doğuluşu üçün ehtiyacımız olan ilk növbədə, "yavaş sevgi"dir. Hər şeyin sürətləndiyi dövrdə hissləri yavaş yaşamaq insanı yenidən özünə qaytara bilər.

Həmçinin, dialoqlar virtualdan reallığa keçməli, maskasız, filtirsiz, ən təbii halı ilə sərgilənməlidir. Virtual yaxınlıq sevgi ilə toxunuşun yerini almır. Sevgini toxunmaq, dinləmək, hiss etmək bərpa edir.

Sevgili "alternativlərdən biri" yox, bənzərsiz bir hekayənin qəhrəmanı olmalıdır. Sevgi yalnız iki tamamlanmış insanı bir-birinə bağlaya bilər. Özünü tanımayan insan başqasını necə sevə bilər ki?!

lll

İnsan yenə də sevmək, sevilmək istəyir. Romantik sevgi hələ də insanın ruhunda yanan ən köhnə alovdur. O, bəzən közə dönür, bəzən külə qarışır, bəzən alovlanır. Amma heç vaxt tam sönmür.

Bu dövrdə sevgi öz köhnə qəlibindən çıxır, başqa biçim alır. Bəlkə də bu, yeni daha şüurlu, daha azad, daha həqiqi bir sevginin doğuluşunun başlanğıcıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri