Icma.az
close
up
RU
Mübahisələrin alternativ həlli: harmoniya və dialoq fəlsəfəsi

Mübahisələrin alternativ həlli: harmoniya və dialoq fəlsəfəsi

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə kafedrasının təşkilatçılığı ilə “Mübahisələrin alternativ həlli: harmoniya və dialoq fəlsəfəsi” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Fəlsəfə kafedrasının müdiri dosent Kəmalə Pənahova “Memarlıq və Şəhərsalma İli” çərçivəsində təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edib. O bildirib ki, müasir şəhərlər yalnız fiziki məkan deyil, müxtəlif sosial qrupların maraqlarının toqquşduğu kompleks sistemlərdir. Şəhərsalma prosesində bu maraqların uzlaşdırılması bəzən çətinlik yaradır və mübahisələrə səbəb olur. Bu baxımdan mediasiya sosial balansın və harmoniyanın qorunmasında mühüm rol oynayır. Qeyd olunub ki, davamlı və inklüziv şəhərin inkişafı üçün mediasiya mexanizmlərinin şəhərsalma proseslərinə inteqrasiyası vacibdir.

Daha sonra 20 saylı Mediasiya təşkilatının direktoru Nicat İsmayılov və mediator-psixoloq Səltənət Həsənova ölkəmizdə mediasiya institutunun formalaşması və mediasiya proseslərinin təşkili barədə məlumat veriblər. Çıxışlarda şəhərsalma mühitində yaranan əmlak mübahisələri, ailədaxili konfliktlər və onların mediatorların vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həlli yolları diqqətə çatdırılıb. Bildirilib ki, mediasiya məhkəmədənkənar alternativ həll üsulu kimi tərəflər arasında daha sağlam münasibətlərin qurulmasına şərait yaradır və əldə olunan razılaşmalar daha dayanıqlı olur.

Tədbir diskussiya şəraitində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda çıxış edən fakültə dekanı Rövşən Cavadov mediasiyanın münaqişələrin idarə olunmasında ən perspektivli mexanizmlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, beynəlxalq təcrübəyə əsaslanan mediasiya modeli tərəflər arasında qarşılıqlı razılığın əldə olunmasına xidmət edir və cəmiyyətdə harmoniya ilə dialoq mühitinin formalaşdırılmasında mühüm əhəmiyyətə malikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri