Mübahisənin məhkəməyə aidiyyəti olmadıqda hakimlər nə edəcəklər?
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Hakim mübahisənin məhkəməyə aidiyyəti olmamasını özü aşkar etdikdə hansı addımları atacağı müəyyənləşir.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Hakim mübahisənin məhkəməyə aid olmadığını aşkar etdikdə aşağıdakı addımlardan birini atacaq:
- iddia ərizəsini məhkəmənin icraatına qəbul edilməsi zamanı aşkar etdikdə onun (ərizənin) qəbulundan imtina edir və ya geri qaytarır;
- işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər aşkar etdikdə - işi aidiyyəti məhkəməyə göndərir və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan işlər üzrə icraata xitam verir.
Məhkəmə baxışı zamanı hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyətinin pozulması əsası ilə işi aidiyyəti üzrə göndərməsi və ya iş üzrə icraata xitam verməsi yolverilməzdir.
Məhkəmə baxışı zamanı məhkəmə aidiyyəti barədə ərizənin təqdim edilməsinə o halda yol verilir ki, işdə iştirak edən şəxs işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat zamanı bu məcəllənin 284-5.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə ərizənin təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
İşdə iştirak edən şəxsin məhkəmə aidiyyəti barədə ərizəsi olduqda və ya hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyəti haqqında məsələ qalxdıqda hakim iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edilməsi, iddia ərizəsinin (ərizənin) geri qaytarılması, iş üzrə icraata xitam verilməsi, işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında (aidiyyətlə əlaqədar xitam haqqında) ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 15 Sentyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















