AFFA Mübariz Mənsimovla əlaqəyə keçdi Cənubdakı bu iki stadion strategiyada yer aldı İdmanXəbər
Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.
AFFA yeni strategiya planını ən geci bu ay futbol ictimaiyyətinə açıqlaması gözlənilir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, strategiya planında yer alan məsələlərdən biri də ölkədə yeni stadionların tikilməsidi. Artıq qurum cənubda iki arenanı planın bir parçasına çevirmək üzrədi. Belə ki, Anatoli Banişevski adına Masallı şəhər stadionunda yenidənqurma işləri başlanılacaq.
Bundan başqa, qurum “Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi Lənkəran şəhər stadionunu da almaq fikrindədi. Bu baxımdan AFFA-nın səlahiyyətli şəxsləri qarşı tərəflə təmasa keçib və stadionu qurumun balansına keçirməkdə maraqlıdı. Əgər tərəflər maliyyə məsələlərində razılığa gələ bilsə, o zaman Lənkəran şəhər stadionunda əsaslı təmir-bərpa işlərinə start veriləcək.
Əgər işlər AFFA-nın planladığı kimi getsə, Masallıdakı stadionun 2028, Lənkəran şəhərindəki arenanın isə 2030-cu ilə kimi tam hazır vəziyyətə gətirilməsi gözlənilir.
Xatırladaq ki, “Palmali” şirkətlər qrupu tərəfindən inşa edilən stadionun tikintisinə 18 milyon dollara yaxın pul xərclənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 09 Yanvar 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















