Icma.az
close
up
RU
Mübarizəyə həsr olunmuş ömür Ələsgər Siyablının yeni kitabı haqqında

Mübarizəyə həsr olunmuş ömür Ələsgər Siyablının yeni kitabı haqqında

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

HƏCƏR
yazıçı-publisist

Yeniyetməlikdən kitabla zaman keçirməyi sevirəm. Beyin aclığını aradan qaldırmaq üçün oxuduğum əsərlər içərisində Azərbaycan, Avropa, Şərq, rus və başqa xalqlar ədəbiyyatından tarixə aid romanlar daha çox olurdu. Tarixi sevirəm və dünya tarixində ölkəmin mövqeyini, tariximizin öyrənilməsi prosesini daim izləmişəm. Dil və ədəbiyyat müəllimi kimi ixtisasım da birbaşa tarixlə bağlı olub.

Bu yaxınlarda tədbirlərin birində tanımadığım bir şəxs yaxınlaşıb:

–Müəllimə, yazılarıma o qədər maraqlı rəy yazırsınız ki, bu kitabları sizə hədiyyə gətirmişəm,–deyə sakit bir təvazö ilə dilləndi.

Alıb baxdım: “Dünya tarixinin Turan dövrü” və “Əfrasiyab və Oğuz xaqan” kitabları idi. Kitabların müəllifi Ələsər Siyablı ilə belə tanış olduq. Onu sosial şəbəkələrdən tanıyırdım. Ayaqüstü kitabları vərəqlədim. Adlarından göründüyü kimi tariximizin ən şərəfli dövrlərinə aid tədqiqat əsərləriydi. Zəngin tarixi faktlar, hadisələr, tarixi şəxslərlə bağlı məlumatlar səlis, axıcı dillə yazılıb. Bütün əsərlərdə–istər elmi, istər bədii– əsas önəm verdiyim dil faktorudur. Gözəl dillə yazmaq müəllifin ən yaxşı məziyyətidir və bu, hər adamda olmur.

Bu yaxınlarda isə Ələsgər müəllimdən belə bir sifariş aldım:

–Müəllimə, Əbülfəz Elçibəy haqda əsərim var, onu korrektə etmək lazımdır. Edərsinizmi?

–Əlbəttə, o böyük insanın ruhuna sayqı olaraq məmnuniyyətlə sizin əsəri korrektə edərəm,–dedim..

Göndərilən mətni evdə açıb baxdm. Beş yüz səhifəlik “Mübarizəyə həsr olunmuş ömür–Əbülfəz Elçibəy” adlı maraqlı bir əsərdi. Oxuduqca arada redaktə də edirdim. Həm oxuyur, həm də Əbülfəz Elçibəyin uşaqlıq və gəncliyi, ailəsi, universitetdə müəllimliyi, hakimiyyətə gəlməzdən əvvəlki və prezident olduğu zaman gərgin fəaliyyəti, həyatının son dövrləri film kimi gözlərim önündən keçirdi.

Axır ki, bir neçə gün əvvəl kitabı əldə edə bildim. Əsərin maraqlı qurluşu var: ayrı-ayrı başlıqlarda Elçibəyin həyatının müxtəlif dövrləri ardıcıl olaraq oxucuya çatdırılır. Bu cür əsərlər oxucunu yormamaq və maraq dairəsinə uyğun hissələri oxumaq imkanı verir. Bu çox önəmlidir. Əslində əsər elə yazılıb ki, bütün əsəri oxumaq, heç bir hissəni gözdən qoymaq istəmirsən. Üslubun axıcılığı, dilin ahəngdarlığı və hadisələrin təsvirindəki ən mühüm detalları gözəl bir dillə anlatmaq müəllifin tədqiqatçı və yazar kimi istedadından xəbər verirsə də, burda həm də Elçibəy şəxiyyətinə böyük sevginin, pərərəstişin də təsirini duymaq olur.

Ümumilikdə, yüz altmış səkiz başlıqla verilmiş əsər Elçibəyin doğulması, nəsil şəcərəsinin təsviri ilə başlayır. 1938-ci ilin 24 iyununda Naxçıvanın Kələki kəndində doğulan Əbülfəz Elçibəyin atası Qədirqulu əslən Güney Azərbaycanındandı. Müəllifin yazdığına görə, Qədirqulu əslən Şah İsmayıl Xətayinin sələflərindən olan Şeyx Sədrəddin Musanın uruqlarındandır. Nəslin davamçıları tarixən Təbrizdən tutmuş Qarabağ, Şuşa, Qafanın Pirdavdan kəndinəcən yayılmış, yaşamışlar. Bu nəsil düzlüyü sevən, əsarətə və rəzalətə boyun əyməyən, köməksizə arxa olan adamlar kimi tanınıblar. Əbülfəz bəyin anası Mehrinisə xanım Pirdavdanda doğulub. 1918-ci il ermənilərin kəndə basqını zamanı Kələkiyə gəlib və burda Qədirqulu ilə ailə qurub. Çətin həyat keçirən ailənin daha ağır günləri Qədirqulu kişi müharibədə həlak olandan sonra başlayıb. Mehrinisa xanım ağır zəhmətlə övladlarını birtəhər böyüdüb.

Orta təhsilini Ordubad şəhərində başa vuran Əbülfəz bəy 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin ərəb filologiyası şöbəsinə daxil olur. Unuiversitet illəri ilə bağlı maraqlı bir xatirəni qələmə alan müəllif göstərir ki, yataqxanada tələbə yoldaşları ilə qalan Əbülfəz bəy hər səhər saat 6-da Azərbaycan himni çalınanda yatağından qalxıb yoldaşlarıyla birgə sayğıya dayanırmış. Bu, onu gösərir ki, Əbülfəz bəydə hələ lap erkən gənclikdə doğma vətənə, dövlətimizə qarşı necə böyük sevgi varmış. Onun imperialist Rusiyasına qarşı mübarizəsi də elə bu illərdən başlayır. Gizli dərnəklər təşkil edərək tələbələr arasında yoldaşları ilə birgə təbliğat işi aparırlar. Kitabda Əbülfəz bəylə birgə müxtəlif ictimai-siyasi xadimlərin də fəaliyyəti, rus imperializminə qarşı mübarizəsi əksini tapmışdır.

Universiteti bitirdikdən sonra Əbülfəz bəy sovet hökumətinin köməyi ilə Misirdə inşa edilən Əsvan su bəndinin tikintisində tərcüməçi kimi işləməyə başlamışdır. Həmin illərdə Misir prezidenti Camal Əbdül Nasir və Nikita Xruşovun görüşündə tərcüməçi kimi iştirak etmişdir.

Kitabın müəllifi o zamanlar demokratik düşüncəli gənclərə qarşı sovet DTK-nın agentləri olan azərbaycanlıların da “fəaliyyəti”ni işıqlandırmışdır(Mübariz Əlizadə, Malik Mahmudov və s.). Həyatının sonrakı dövrü Azərbaycan Dövlət Universitetində müəllimliklə bağlı olan Əbülfəz bəyin anti-rus fəaliyyəti genişlənir, mübarizəyə tələbələri də cəlb edir. Onun haqqında sovet hüquq orqanlarına məlumat ötürülür və o, 1975-ci il yanvarın 17-də həbs edilir. Uzun sürən istintaq və dindirmələdən sonra ona mayın 15-də bir il altı ay həbs cəzası kəsilir. Xarakterindəki düzlük və səmimiliyə, qorxmazlığına görə həbsxana yoldaşları ona xüsusi qayğı göstərirlər.

Müəllif göstərir ki, həyatı mübarizələrdə keçən Əbülfəz bəy çox gec evlənmişdir. O, 1979-cu ilin sentyabrında Həlimə xanımla ailə qurur. Kələkidə iki gün davam edən toy çox təntənəli keçir. Azərbaycanın bir çox şair və yazıçıları, alimləri toyda iştirak edirlər.

Əsərin ən parlaq səhifələri Əbülfəz bəyin həyatının 1988-ci il meydan hərəkatı ilə bağlıdır. Xalq cəbhəsinin yaranması, 1990-cı il hadisələrini həyəcansız oxumaq olmur. 1991-ci ilin 18 oktyabrında məhz Əbülfəz Elçibəyin sədr olduğu AXC-nin gərgin mübarizəsi nəticəsində Azərbaycanın Dövlət Müstəqilliyi Aktı qəbul olunur. Yetmiş il rus imperializminin əsarətində qalan Azərbaycanın müstəqil elan olunması bütün dünyaya səs salır. Ölkə tarixinin, həyatının ən gərgin, müxtəlif taleyüklü hadisələrlə zəngin dövrü başlanır. Bir-birinin ardınca baş verən hadisələr ölkənin ictimai-siyasi həyatında böyük rezonans doğurur. 1992-ci il martın 5-də AXC-nin tələbi ilə Ali Sovetin fövqəladə sessiysı çağırılır. Artıq Elmira Qafarova sədr vəzifəsindən istefa vermiş, Yaqub Məmmədov onun yerinə sədr təyin olunmuş, martın 6-da isə Ayaz Mütəllibov istefa vermişdir. Xocalı qətliamı baş vermiş, sərhəd rayonlarında ermənilərin hərbi əməliyyatları fəallaşmışdır. Ölkənin ən ağır günləridir. Belə vəziyyətdə ölkəni idarə etmək xüsusi bacarıq, səriştə tələb edirdi. Həm dövləti idarə etmək, daxili sabitliyi qorumaq, həm də cəbhədə hərbi əməliyyatlara rəhbərlik etmək önəmli, preoritet məsələ idi. Azərbaycanın daxili sabitliyi pozulmuşdu. Nəhayət, iyunun 7-də seçkilər keçirilir, Əbülfəz Elçibəy 59.4 faizlə prezident seçilir.

Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu müddətdə rus orduları Azərbaycandan çıxarılır, milli ordunun qurulmasında mühüm qərarlar qəbl olunur, milli pul dövriyyəyə buraxılır, dövlət büdcəsi dəfələrlə artırılır, dövlət dilinin tük dili olması haqda qanun qəbul olunur. Dövlətin demokratik idarə olunmasında, təhsildə də yeni qanunlar qəbul edilir. “Elçibəy Azərbaycanda dağılmış sovet idarəçiliyinin xarabalıqları üzərində demokratik əsaslara söykənən yeni bir dövlət qura bilir”.

Kitabda Əbülfəz Elçibəy hakimiyyətinə xəyanət edən Surət Hüseynov və Rəhim Qazıyevin fəaliyyətlərı, hadisələrin gedişi, səbəbləri haqda da məlumatlar verilib. Həmçinin Gəncə qiyamı, Əlikram Hümbətovun Azərbaycanı parçalamaq cəhdləri haqda tarixi məlumatlar təfərrüatı ilə öz əksini tapıb.

Müəllif Əbülfəz Elçibəyin Kələkiyə geməsinin, bəlkə də, çoxumuza məlum olmayan səbəblərini, tarixi şəraiti əraflı izah edir. Kitabı oxuduqca bir-birinin ardınca baş verən hadisələrin Azərbaycan həyatına necə təsir etdiyinin şahidi olursan. 3 iyun 1993-c ildə Ə.Elçibəy siyasi böhranı aradan qaldrmaq məqsədilə öz səlahiyyətlərinin böyük bir qisminin(90 faizini) Ali Sovetin yeni seçilmiş sədri Heydər Əliyevə verilməsi ilə bağlı fərman imzalayr. Əsərin ən maraqlı hissələri elə bundan sonra başlayr. O gərgin zamanlarda xalqı, onun daxili sabitliyini və ərazi bütövlüyünü düşünən Ə.Elçibəy öz vəzifəsini, hakimiyyətini bunları idarə etməyi bacaran birinə güzəştə getməyə hazır idi. Təki torpaqlar əldən getməsin, daxili sabitlik yaransın.

Əblfəz Elçibəy Kələkiyə gedəndən sonra onun Bakıya gəlmək cəhdləri hər dəfə uğursuzluqla nəticələnir. Hətta buna görə Türkiyədən siyasi xadimlər (Özdəm Sanberq) işə qarışır, lakin Elçibəyin Bakıya gəlmək arzusu baş tutmur (sonrakı bölmələrdə Ə.Elçibəyin 30 oktyabr 1997-ci ildə Bakya gəlişindən bəhs olunur). Bununla paralel olaraq bir-birinin ardınca ermənilər tərəfindən altı rayonun işğal olunması ölkədə gərginliyi daha da çoxaldır. O unudulmaz dəhşətli günlər bu xalqın tarixinə qanla yazılımış səhifələrdir. Qaçqınların yerləşdirilməsi, ərzaqla, işlə təmin olunması, hərbi əməliyyatların aparılmasındakı çətinliklər – bütün bunlar dövlətin üz-üzə qaldığı çox çətin problemlərdi. Belə bir zamanda hakimiyyət uğrunda mübarizəyə qalxmaq ölkəni, dövləti daha çətin duruma salardı. Əbülfəz bəyi yalnız canından çox sevdiyi xalqın bu vəziyyətdən uğurla çıxması düşündürürdü. “Cəsurluq, qorxmazlıq, məsuliyyət hissi və risk liderin ən önəmli keyfiyyətlərindəndir” və bu xüsusiyyətlərinə görə, iki yüz ilə qədər əsarət zincirində inləyən xalqının əsarət buxovlarını qırıb atmasında böyük rolu olan unudulmaz, azadlıq mübarizəmizin ideoloqu və bayraqdarı Ə.Elçibəyə çox borcluyuq. O, bizə əsl azadlığın şərbətini daddırdı. M.Ə.Rəsulzadə tərəfindən əsası qoyulan milli azadlıq, demokratik qanunlarla idarə olunan dövlətçilik ideyalarını miras qoyub getdi. Bütün bu gərgin hadisələr bizim yaxın keşmişimizin hadisələridir və yaşıdlarımız bunu yaşamış, hər şey gözlərimiz önündə baş vermişdir.

Ələsgər Siyablı Ə.Elçibəyin yaxın silahdaşı olmaqla həmin hadisələrin mərkəzində olmuşdur və bu qiymətli kitabı hadisələrə birtərəfli yanaşmayaraq, həqiqətləri olduğu kimi yazmaqla bizə–tarizimizə çox qiymətli bir əsər yadigar qoymuşdur. Müəllif kitabda uzaq keçmişə müraciət edərək XI əsdə yaşamış Yusif xas Hacibin “Kutadqu bilik” əsərində əsl hökmdarı xarakterizə edən müddəaları Əbülfəz bəyin uyğun xarakteri ilə müqayisə edir. Əbülfəz Elçibəy bir Turançı olaraq sanki bu günləri görmüş, Azərbaycan və Türkiyə qardaşlığı başda olmaqla türk dövlətlərinin Turan birliyi yolunda atdığı möhtəşəm addımların ideoloqu olmuşdur.

Müəllif tarixi həqiqətlərə ədalətlə yanaşmış, milli liderimiz Heydər Əliyevin ölkənin daxili və xarici düşmənlərin fitvası ilə düşdüyü çətinliklərdən, odlar-alovlar içərisindən çıxmasında böyük rolundan bəhs edərək yazır: “Heydər Əliyev ...malik olduğu zəngin təcrübəyə uyğun olaraq Rusiya kəşfiyyat dairələrinin təşkilatçılığı ilə onun hakimiyyətinə qarşı Surət Hüseynov və digərlərinin ölkəmizdə həyata keçirmək istədikləri bir neçə dövlət çevrilişi cəhdlərinin qarşısını ala bildi”. Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi imkan verdi ki, onun ətrafını bürüyən, o hakimiyyətə gəldikdən sonra özlərinin bəhrələnəcəklərinə ümid bəsləyən bütün praqmatik texnokratların və demokrtiya düşmənlərinin tədricən axırına çıxa bilsin və o, bunu çox böyük müdrikliklə bacardı.

Kitabın sonrakı bölmələrində Azərbaycanın müxtəlif bölgələrində AXC məclislərinin toplantıları haqda da maraqlı məlumatlar var. Həmçinin Əbülfəz Elçibəyin ədəbiyyat, elm xadimləri, ictimai-siyasi xadimlərlə qarşlıqlı münasibəti, görüşləri haqda yazılanlar oxucular üçün maraqlı həqiqətlərdir.

Böyük türkçü, Turançı Ə.Elçibəyin xəstəliyi, oxucunu göz yaşlarına qərq edən ölümü, dəfni də ürək ağrısı ilə qələmə alınmışdır.

Həm yaxın, həm uzaq keçmişimiz, tariximiz keşməkeşli olmuşdur. Onun bütün səhifələri heç bir qondarma, yalan olmadan yazılmalı, xalqa çatdırılmlıdır. Biz bunlardan dərs götürməliyik–yaxşısından bəhrələnməli, pisini təkrar etməməliyik. 2020-ci ilin sentybrın 27-də başlayan II Qarabağ müharibəsində dövlət və xalq birliyinin təntənəsini, həmin günlərin möhtəşəm duyğularını tariximizin bu dərslərinin yekunu, dövlət başçımızın – Prezidentimizin bu yolda etdiyi böyük siyasi gedişlərin, Türkiyə dövləti ilə birgə addımlamağın nəticəsi kimi düşünürəm. Dörd tərəfimiz qatı düşmən olduğu halda bu nəhəng dünyanın çəkişmələri içərisində təklikdə yaşamaq bizə çətin olar. Tarixi şəxsiyyətlərimizdən – M.Ə.Rəsulzadə, Ə.Elçibəy və H.Əliyev kimi şəxsiyyətlərdən miras qalan dövlətçilik ənənələri, idarəetmə məktəbi bizim gələcək inkişafımızın mayakıdır və bu yolda Turan birliyi əsas amalımız olmalıdır.

Kitabın müəllifi Ələsgər Siyablıya uğurlar arzulayır, belə lazımlı bir kitabı oxumaq şansıma görə minnətdarlığımı bildirirəm.

Facebook WhatsApp Telegram Twitter Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see196

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri