Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

İslamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

İslamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

Icma.az bildirir, Sia Az portalına istinadən.

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfrans mayın 27-də başa çatıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, konfransın sonuncu sessiyası “EULEMA-nın xüsusi fokus mövzusu: Avropada İslamofobiya” mövzusuna həsr olunub.

COREIS-in vitse-prezidenti, EULEMA sədri Yahya Pallavicinin moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Avstriya Müsəlman Təşəbbüsünün sədri Tarafa Bağaçatı təəssüflə bildirib ki, bəzi siyasi partiyalar və qurumlar İslamı Avropa dəyərlərinə zidd göstərərək onu bu qitədən uzaqlaşdırmağa çalışırlar. Bu, yalnız İslamı deyil, bu dinə inanan milyonlarla avropalını da hədəfə alır. Halbuki İslamı və müsəlmanları Avropanın sosial və mədəni toxumasının bir hissəsi kimi görmək daha düzgün və ədalətlidir.

“Biz müsəlmanlar İslamın siyasətdə sui-istifadə edilməsinə qarşıyıq. Din heç zaman nifrət və parçalanma vasitəsi olmamalıdır. Biz Avstriyada və digər ölkələrdə hökumətin qoyduğu bərabərlik şərtlərinə hörmətlə yanaşırıq, lakin bu şərtlərin ədalətli və fərqlilikləri nəzərə alan şəkildə tətbiqini tələb edirik.

Etiraf etməliyik ki, Qərb cəmiyyətlərində baş verən bir çox mənfi hadisələrdə avtomatik olaraq müsəlmanlar günahlandırılır. Bu, bizə qarşı yalnız etibarsızlıq yaratmır, həm də inteqrasiyanı və sosial birliyi də ciddi şəkildə zədələyir”, - deyə Tarafa Bağaçatı bildirib.

Sarayevo İstiqlal Məscidinin imamı Edin Hamzakadiçin sözlərinə görə, Bosniya və Herseqovinada islamofobiya haqqında danışarkən, təcrübə göstərir ki, bu anlayış iki əsas sahəyə bölünür. Birincisi, zehni yanaşma, yəni insanlar arasında mövcud olan stereotiplər, ikincisi isə İslama münasibəti əks etdirən təqdimat və təbliğatdır. Ölkəmdə islamofobiya ilə bağlı əsas problem məhz bu anlayışın özü, onun təqdim olunma və anlaşılma formasıdır.

“İslamofobiyanın ilk və ən mühüm aspekti bosniyalılıqla əlaqələndirilir. Bu təqdimat vasitəsilə biz islamofobiya və digər ayrı-seçkilik formaları ilə qarşılaşmışıq”, - deyə E.Hamzakadiç qeyd edib.

Lissabon Mərkəzi Məscidinin imamı David Munir əvvəllər, xüsusən 1990-cı illərə qədər, Lissabonda islamofobiyanın demək olar ki, olmadığına diqqət çəkib. Onun sözlərinə görə, müsəlmanlar bu cəmiyyətin sakit, hörmətli və əməksevər üzvləri kimi tanınırdılar. Məscidlərə gələnlər az idi, ancaq insanlar arasında qarşılıqlı hörmət və anlayış daha güclü hiss olunurdu.

David Munir qeyd edib ki, müsəlmanları cəmiyyətin təhlükəli və yad elementi kimi göstərməyə çalışan siyasi qruplar var. Onlar sanki özlərinə olmayan düşmən yaratmaqla, insanların qorxularından siyasi qazanc əldə etməyə çalışırlar. İslamı və müsəlmanları terrorçu və təhlükəli kimi təqdim edən bu ritorika həm ədalətsizdir, həm də çox təhlükəlidir.

Rumıniya Müsəlman icması müftisinin müşaviri Geicun Mustafa vurğulayıb ki, dinlərarası dialoqun əsas məqsədi başa düşmək, dəyişmək, reallığı daha yaxşı dərk etmək və bu anlayışa uyğun şəkildə hərəkət etməkdir. Belə dialoqlar yalnız qarşılıqlı etimada əsaslanaraq həyata keçirilə bilər və bu, müxtəlif qanun layihələri çərçivəsində müsəlmanların ortodoks və katolik xristianlar, yəhudi icmaları ilə birgə yaşaması modelində özünü göstərir.

"Ölkəmiz tərəfindən rəsmi olaraq tanınmış digər dini konfessiyalarla birgə həyata keçirdiyimiz fəaliyyətlər vasitəsilə biz xalqlar arasında sülhə və anlaşmaya əsaslanan ümumbəşəri dəyərlərlə birləşmək iradəmizi vurğulamağa çalışırıq. Ölkəmizdə İslam dini dəyərlərinin qorunması siyasi mövcudluq prinsiplərinə və heç bir hakimiyyətin təsir etmədiyi mənəvi mənbələrin qorunmasına əsaslanır”, - deyə müşavir vurğulayıb.

Sonda Birgə Kommunike qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 May 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri