Müctəba Xamenei SÜKUTU POZDU: İLK GÖRÜNTÜLƏR YAYILDI
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
İranın dövlətə məxsus "Mehr" agentliyi ölkənin Ali Rəhbəri Müctəba Xameneinin mart ayında bu vəzifəyə təyin olunmasından sonra ilk görüntülərini dərc edib.
Hurriyyet.Media xəbər verir ki, kadrlarda Xameneinin tələbələr arasında əyləşdiyi və ehtimal ki, dini dərs keçdiyi görünür.
Çəkilişin dəqiq nə vaxt aparıldığı barədə məlumat verilmir.
Onun videoda görünməsi İranın Ali Rəhbərinin səhhəti ilə bağlı yayılan müxtəlif xəbərlər fonunda baş verib.
Qeyd edək ki, Müctəba Xamenei mart ayının əvvəlində, hərbi əməliyyatların ilk günlərində atası Əli Xameneinin ABŞ və İsrailin zərbəsi nəticəsində həlak olmasından sonra İranın Ali Rəhbəri postuna gəlib.
İqamətgaha endirilən hava zərbəsi nəticəsində Müctəba Xamenei də xəsarət alıb. Bu hadisədən sonra o, ictimaiyyət arasında görünməyib.
Baxış sayı:109
Bu xəbər 21 Avqust 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















