Icma.az
close
up
RU
Müdafiə Nazirliyi: Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir KONKRET

Müdafiə Nazirliyi: Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir KONKRET

Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu – baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri