Müdafiə Nazirliyinin istehkamçılarına ANAMA tərəfindən təlimlər keçirilib
Icma.az, Azvision portalına istinadən məlumat yayır.
Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, üç həftədən artıq davam edən nəzəri və praktiki təlimin əsas məqsədi təlimə cəlb edilmiş istehkamçılara humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi üzrə bilik və bacarıqları öyrətməkdir.
Təlim Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən şəhərciyində həyata keçirilib. Şəxsi heyətə humanitar minatəmizləmə əməliyyatlarında tətbiq edilən minaaxtarma cihazları, alət və avadanlıqların istifadə qaydaları, humanitar minatəmizləmə və döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, sahənin qurulması, texniki təhlükəsizlik qaydaları, ərazinin vizual və yeraltı yoxlanılması, işarələmə vasitələrindən istifadə edilməsi, aşkar edilən sursatların qiymətləndirilməsi kimi biliklər paylaşılıb.
Təlimi müvəffəqiyyətlə tamamlayan müdavimlərə ANAMA tərəfindən müvafiq şəhadətnamələr təqdim olunub.
AzVision.az Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Təlim Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən şəhərciyində həyata keçirilib. Şəxsi heyətə humanitar minatəmizləmə əməliyyatlarında tətbiq edilən minaaxtarma cihazları, alət və avadanlıqların istifadə qaydaları, humanitar minatəmizləmə və döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, sahənin qurulması, texniki təhlükəsizlik qaydaları, ərazinin vizual və yeraltı yoxlanılması, işarələmə vasitələrindən istifadə edilməsi, aşkar edilən sursatların qiymətləndirilməsi kimi biliklər paylaşılıb.
Təlimi müvəffəqiyyətlə tamamlayan müdavimlərə ANAMA tərəfindən müvafiq şəhadətnamələr təqdim olunub.
AzVision.az Qalereya
Baxış sayı:62
Bu xəbər 04 Mart 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















