Icma.az
close
up
RU
Müdafiə Nazirliyinin xidmət rəisinin 6 milyonluq maxinasıyası Məhkəmə

Müdafiə Nazirliyinin xidmət rəisinin 6 milyonluq maxinasıyası Məhkəmə

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Redaktor.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Namiq Mirzəyev Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən hərbi hissələrdə maliyyə xidmət rəisi və digər vəzifələrdə çalışarkən hərbi qulluqçulara, eləcə də hərbi hissədə müxtəlif təyinatlarla ayrılmış pulları mənimsəyib.

O, hərbi hissənin maliyyə sənədlərinə yalan məlumatlar daxil edərək, Goranboy və Kəlbəcərdə yerləşən hərbi hissələrdə işlədiyi hərbi hissələrdə xüsusilə külli miqdarda pul vəsaitini mənimsəməkdə təqsirləndirilib.

Namiq Mirzəyev sözügedən ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki: "İstintaq materiallarında qeyd edilən məbləğlər yoxlama aparan şəxslərin müəyyən etdiyi məbləğlərlə hesablanıb. Birinci hərbi hissədə göstərilən məbləğlə razıyam, lakin ikinci hərbi hissədə mənimsənildiyi iddia edilən məbləğlə qismən razıyam".

Dövlət ittihamçısı təqsirləndirilən şəxsdən bu qədər məbləği hara xərclədiyini soruşub, eləcə də o bildirib ki, dövlətə dəymiş ziyanın ödənilməsinə yönəltmək üçün təqsirləndirilən şəxsin hər hansı bir mülkü yoxdur.

Təqsirləndirilən Namiq Mirzəyev cavabında deyib ki, o, ittihamda göstərilən məbləğin razılaşdığı hissəsini şəxsi ehtiyacları üçün xərcləyib. Bu pula hər hansı bir mülk almayıb.

İttihamda qeyd edilən məbləğləri topladıqda Namiq Mirzəyevin mənimsəməkdə təqsirləndirildiyi məbləğ 6 milyon manatdan çox edir. O, prosesdə bildirib ki, bu məbləğin cəmi 43 min 800 manatını dövlət büdcəsinə qaytarıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, səhhətində problem olduğu üçün əməliyyat olunmalıdır. Müttəhim ödənilən məbləğin az olmasını həbsdə olmağı və səhhəti ilə əlaqəndirib. O deyib ki, qalan məbləği də dövlət büdcəsinə qaytarmağa çalışır. Proses şahidlərin ifadələri ilə yekunlaşıb. Bildirilib ki, növbəti iclasa daha 4 şahid də çağırılacaq. Məhkəmənin növbəti iclası avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, DTX-nin həyata keçirdiyi əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində 2023-2024-cü illərdə xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsədiyi məlum olub.

N.Mirzəyev Müdafiə Nazirliyindəki mənimsəməyə görə həbs edilmiş Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində DTX-də başlanılmış cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see317

Frenki de Yonqun yeni agenti Deku ilə görüşüb

20 Avqust 2025 17:20see139

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see134

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see130

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see128

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see128

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see123

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see123

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see123

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see122

Moto sürən ata və oğlu ağır yol qəzasında öldü VİDEO

19 Avqust 2025 23:07see122

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see122

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see122

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see122

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see117

Rəqsanə İsmayılovanın vəkilindən müğənnini dələduzluqda ittiham edən şəxsin videomüraciətinə MÜNASİBƏT

20 Avqust 2025 19:40see116

Edin Cekodan Türkiyə futbolu və azarkeşləri barədə maraqlı sözlər

20 Avqust 2025 18:20see116

Sabiq icra başçısının polkovnik oğlu vəfat etdi

20 Avqust 2025 16:24see115

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see114

Qələbəni “Qarabağ”lı azarkeşlərlə birgə qeyd etdilər Budapeştdən video

20 Avqust 2025 01:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri