Bu il qızılın qiyməti bu qədər arta bilər AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“Qızıl ötən il təxminən 65 faiz dəyər qazanıb və bu, təsadüfi proses deyil. Bu artımın arxasında əsasən iki mühüm səbəb dayanır”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.
O deyib ki, birinci səbəb dünyada mövcud olan qeyri-müəyyənliklərdir:
“Müharibələr, siyasi gərginliklər, iqtisadi risklər və bazarlardakı qeyri-stabil vəziyyət investorları narahat edir. Belə dövrlərdə insanlar pullarını daha təhlükəsiz hesab edilən aktivlərə yönəldirlər. Qızıl isə ənənəvi olaraq risklərdən qorunma vasitəsi sayılır. Bu il qızıl qiymətlərinin ötən il olduğu kimi kəskin artacağı gözlənilmir. Lakin qiymətlərin yenə də yüksək səviyyədə qalacağı ehtimal olunur. Mütəxəssislər il ərzində 5–10 faiz civarında artımın mümkün olduğunu bildirirlər. Bu isə qızılın hələ də etibarlı yatırım aləti olaraq qaldığını göstərir”.
O bildirib ki, ikinci əsas səbəb dolların ucuzlaşması ilə bağlıdır:
“ABŞ Mərkəzi Bankı – FED son iclaslarda faiz dərəcələrini aşağı salmağa başlayıb. Faizlərin endirilməsi dolların dəyərini zəiflədir. Dollar ucuzlaşdıqca qızıl daha cəlbedici olur və ona tələbat artır. Nəticədə qızılın qiyməti yüksəlir. Bir sözlə, qızıl ucuz dollar fonunda gündən-günə dəyər qazanır. Daxili bazarda isə qızılın qiyməti dünya bazarındakı dəyişikliklərə uyğun müəyyənləşir. Yəni qlobal bazarda qiymət artdıqda, bu artım yerli bazarda da hiss olunur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Bu halda qızılın qiyməti düşəcək AÇIQLAMA
16 Dekabr 2025 11:54
Bu məhsulların da qiyməti arta bilər AÇIQLAMA
28 Yanvar 2025 16:26
Suyun qiyməti arta bilər? AÇIQLAMA
16 Mart 2025 17:03
Siqaretin qiyməti bu qədər arta bilər
09 Dekabr 2025 21:44
Hansı məhsulların qiyməti arta bilər? AÇIQLAMA
12 Aprel 2025 22:39
Baxış sayı:105
Bu xəbər 09 Yanvar 2026 19:55 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları