Icma.az
close
up
RU
Müdafiədə bərbad oyun və ya ölməyən ümid...

Müdafiədə bərbad oyun və ya ölməyən ümid...

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Rəşad Qasımov

"Lion"la görüş ərəfəsində Qurban Qurbanov komandası barədə inamlı danışaraq, oyuna yaxşı hazırlaşdıqlarını bildirmişdi. Əslində baş məşqçi də, futbolçular da başa düşürdülər ki, bu oyunun pley-offa yüksəlmək mənasında əhəmiyyəti böyükdü. Məhz bu üzdən "süvarilər"in meydana yalnız qələbə üçün çıxacağı başadüşülən idi. Baş məşqçinin ilk dəqiqələrdən meydana buraxdı heyətdən də bunu görmək mümkün idi.

Yağışlı payız günündə keçirilən görüşə "Qarabağ" heç də pis başlamadı. Adlı-sanlı rəqibindən çəkinməyən ağdamlılar qorxmadan irəli gedir, ilk dəqiqələrdən fransızlara "dişini" göstrəməyə çalışırdı. Qonaqlar da Bakıya qələbə üçün gəldiyini nümayiş etdirirdi ki, bu da azarkeşlərin 90 dəqiqə boyunca şən, açıq futbol izləyəcəyindən xəbər verirdi. 

Vaxt ötdükcə təmsilçimizin müdafiəsində boşluqların olduğu üzə çıxmağa başladı. Kevin Medinanın inamlı oyunu olmasaydı, bəlkə də qonaqlar hesabı daha tez açmağa müvəffəq olacaqdı. Nə qədər absurd səslənsə də, qapısında 4 qol görən komandanın ən yaxşısı məhz Medina idi. "Kolumbiya tankı" "Lion"un hər hücumunda demək olar ki, yaxşı mənada diqqət mərkəzində idi. Təəssüf ki, eyni sözləri digər müdafiəçilər barədə söyləmək qeyri-mümkündü. Ümumiyyətlə, cari avrokubok mövsümündə "Qarabağ"ın müdafiəsi bərbad təsir bağışlayır desək, yanılmarıq. Ağdamlılar Avropa Liqasında keçirdiyi 5 oyunda qapısında 13 qol görüb. Mikautadzenin ilk qolunda "Qarabağ"ın müdafiəçilərinin rəqibin yeganə hücumçusunu niyə boş buraxdığı hələ də qaranlıq qalır. Belə səhvlərin 90 dəqiqə boyunca sıralandığını da təəssüflə vurğulamaq lazımdı. Korentena Tolissonun qolla nəticələnən uzaqdan zərbəsi ustalığın adına yazıla bilər, bəs 3-cü və 4-cü qollara nə deyəsən?

Müdafiənin xaotik oyunu fonunda hücum xətti bir qədər yaxşı təsir bağışlasa da, irəlidə yer alan oyunçuların da yüksək səviyyədə oyun nümayiş etdirdiyini demək olmaz. İstər Juninyo, istər Kaşuk, istər Zubir, istərsə də Benzia "Lion"un qapısı önündə əlverişli imkanlar, real qol şansları yaxalasalar da, bundan istifadə edə bilmədilər. Bəlkə də deyəcəksiz ki, bəxt amili də meydan sahiblərinin məğlubiyyətində rol oynadı, zərbələr tirdən və dirəkdən döndü. Bu yerdə rəhmətlik Valeri Lobonovskinin sözlərini xatırlmaq lazımdı: "Tirə və dirəyə mükafat düşmür". Və bu sözlərə "tarixdə parlaq oyun yox, nəticə qalır" deyimini də əlavə etsək, nə demək istədiyimi anlayarsız. 

"Qarabağ"ın dünənki oyununda daha bir neqativ məqam kimi komandanın məğlubiyyətlə tez barışmasını göstərmək olar. İkinci qoldan sonra ağdamlılar sanki geridönüş edə biləklərinə özləri belə inanmadılar. Halbuki Qurban Qurbanovun "süvarilər"i əvvəlki avrokubok mövsümlərində xarakteri olan komanda kimi ad çıxarmışdı.

"Lion"la oyun dünəndə qaldı. "Qarabağ" artıq sabah barədə düşünməlidi. Təmsilçimizi qarşıda hələ 3 oyun gözləyir. Ağdamlılar toparlanıb 3 qarşılamanı qələbə ilə başa vura bilsə, keçid oyunlarına vəsiqə qazana bilər. Buna sadəcə, inanmaq və əvvəlki görüşlərdə buraxılan səhvlərdən dərs çıxarmaq lazımdı. Bir sözlə, hələ ümid var...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sport24.az
archiveBu xəbər 29 Noyabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri