Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Müdafiəyə milyardlar xərcləyən ərəb ölkələri Ukraynaya müraciət edib

Müdafiəyə milyardlar xərcləyən ərəb ölkələri Ukraynaya müraciət edib

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Müharibənin gedişində İranın dron hücumlarına məruz qalan Körfəz ölkələri dronlardan qorunmaq üçün Ukraynaya müraciət etdilər. Hətta ABŞ  belə bir təkliflə Ukraynaya müraciət edib".

"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, uzun illər öz hava məkanını qorumaq üçün milyonlarla, hətta milyardlarla dollar investisiya yatıran ərəb ölkələri bir anda çətin vəziyyətlə üzləşdilər:

"Məlum oldu ki, bahalı və klassik hava hücumundan müdafiə texnologiyaları bəzi hallarda qarşıya qoyulan vəzifələri tam yerinə yetirə bilmir. Həm də  on min dollarlıq dronu məhv etmək üçün milyonlarla dollarlıq Patriotları xərcləmək lazım gəlirdi. Ukrayna buna hazırdı?Birmənalı olaraq bəli. Ukrayna anti-dron ekosistemini qura bilib. Uzun müddət Rusiya tərəfindən minlərlə "Shahed" hücumuna məruz qalan Ukrayna məcbur oldu ki, bahalı raketlərlə deyil, daha ucuz və kütləvi texnologiyalarla cavab versin. Bunun üçün Ukrayna xeyli öncədən, startaplara, biznes sektora,  təhsil və elm sektoruna müraciət etmişdi. Onlar üçün münbit şərait yaratmışdı. Elmi tədqiqat institutları və universitetlər bu prosesə aktiv şəkildə cəlb olunub. Hazırda Ukraynada Defence Tech sahəsində 2000-dən çox startap fəaliyyət göstərir. Artıq bu sahədə böyük və dinamik bir Defence Tech ekosistemi yaranıb. Yeni hərbi texnologiyalar qısa müddətdə hazırlanır və real döyüş şəraitində sınaqdan keçirilir".

Ekspert qeyd edib ki, Ukrayna yalnız ölkə daxilində deyil, Böyük Britaniya, Almaniya və digər Avropa ölkələrində də öz hərbi texnologiyalarının istehsalını təşkil etməyə başlayıb: "Hazırda dünyanın müxtəlif ölkələrindən dron və hərbi texnologiya şirkətləri ərazisində müharibə gedən Ukraynada ofislər açır, məhsullarını real döyüş şəraitində test edir və inkişaf etdirirlər. Hətta belə bir fikir də formalaşıb ki, əgər hansısa hərbi texnologiya startapının Ukraynada ofisi yoxdursa, demək olar ki, o hələ real bazara daxil olmayıb. Son illərdə isə Ukrayna rəhbərliyi bu hərbi texnologiyaların yerli tələbatdan xeyli artıq olmasını nəzərə alaraq eksportuna icazə verib. Ukrayna uzun müzakirələrdən sonra ötən ilin sonundan etibarən hərbi texnologiyaların ixracı ilə bağlı yeni qanunvericilik qəbul edib. Bir neçə gün əvvəl Kiyev Aviasiya İnstitutunun tələbələrilə görüşdə Prezident Volodimir Zelenski dron ixracından ildə 2 milyard dollar gəlir əldə etməyi hədəflədiklərini açıqlayıb. Yəni görünən odur ki, dünənədək "Shahed" dronları ilə vuruşan Ukrayna bu gün həmin dronlara qarşı hərbi texnologiya və təcrübə ixrac edən mərkəzə çevrilib".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Mart 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri