Icma.az
close
up
RU
Müddət uzanır: Rusiya və Qazaxıstan razılığa gəlib?

Müddət uzanır: Rusiya və Qazaxıstan razılığa gəlib?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Rusiya-Azərbaycan gərginliyinə səbəb olan məlum təyyarə qəzası ilə bağlı yekun hesabat bu ilin dekabrın sonuna qədər hazır olacağına dair məlumatlar yayılır. Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastaevin son açıqlamasında aydın oldu ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyə etdiyi standartlara, tələblərə uyğun olaraq araşdırma bir il davam etməlidir.

Yekun hesabatın bu qədər ertələnməsinə nə səbəb olub?

Əli Mustafayev

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Azərbaycan-Rusiya münasibətlərində hazırda soyuqluq var:

“Bunun əsas səbəbi isə Rusiyanın təzyiqləri, Azərbaycana qarşı haqsız mövqeyi, AZAL-a məxsus təyyarənin vurulmasından sonra üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi, miqrantlara qarşı olan haqsızlıqlar və sairdir. Bütün bunların hamısı Rusiyanın Cənubi Qafqaz, Azərbaycanla bağlı siyasətinə mənfi təsir edir. Bu gün Rusiya nə qədər böyük dövlət olsa da qonşu ölkələrlə münasibətlərinin pozulması, kəskinləşməsi onun üçün çox zərərlidir. Kreml dünyanın əhəmiyyətli bir hissəsindən təcrid olunduğu zamanda Azərbaycan kimi bir ölkəni itirməkdə maraqlı deyil. Rusiya günahını boynuna alıb kompensasiya ödəmək istəmir. Ona görə də güzəştlərə getməmək üçün ən optimal variant hazırkı araşdırma prosesini uzatmaqdır”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya məlum təyyarə qəzasını, səbəbləri unutdurmağa çalışır:

“Hesabatın ləngidilməsinin səbəbi bu ola bilər. Rusiya vaxt qazanmağa çalışır. Qazaxıstanla da müəyyən mənada razılığa gəlindiyi istisna edilmir. Qanunvericiliyə əsasən hadisə ilə bağlı hesabat bir ərzində verilməlidir. Rusiya həm etdiyi əməllərin bədəlini ödəmək, həm də Azərbaycanla münasibətlərini korlamaq istəmir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri