Müdir işçilərinə BMW hədiyyə etdi Səbəbi təəccübləndirdi
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının elektrik skuteri ilə işə gedərkən soyuq havada üşüdüklərini görüb. Buna görə də işçilərinə belə bir sürpriz edib.
Avtomobil hədiyyə edilən əməkdaşlardan biri Li soyadlı qadındır. O bildirib ki, BMW-ni əldə etmək üçün bir yuan belə ödəməyib.
Üstəlik, şirkət rəhbəri avtomobilin qarşılığında ondan heç bir müqavilə imzalamağı və ya əlavə öhdəlik götürməyi tələb etməyib.
20 ildir restoran biznesi ilə məşğul olan Ma Yanli bu qərarını belə izah edib:
"Mən karyeramda uğur qazanmışam. Lakin şirkətimin inkişafı bütün əməkdaşlarımın birgə zəhmətinin nəticəsidir. Buna görə də işçilərimin şirkətin uğurlarından faydalanmasını təmin etməliyəm".
Məlumata görə, bu, iş qadınının əməkdaşlarına etdiyi ilk bahalı hədiyyə deyil. O, ənənəvi Çin bayramlarında da işçilərinə gündəlik tələbat malları və pul mükafatları təqdim edir.
Ma Yanlinin bu addımı işçilərinə verdiyi dəyər və onların rifahına göstərdiyi diqqətlə əlaqələndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 08 Oktyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















