Icma.az
close
up
RU
“Müdir mənə nə deyibsə, onu etmişəm...”

“Müdir mənə nə deyibsə, onu etmişəm...”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Talassemiyalı uşaqların müalicəsi üçün verilmiş pulları ələ keçirməkdə ittiham olunan şirkət rəhbəri Nuridə Seyidova və işçiləri Aynur Bayramova ilə Aysel Məmmədovanın məhkəməsi  davam edir.

​​​​​​"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Nuridənin sürücüsü işləmiş Füzuli Rəhimov şahid qismində ifadə verib.

Rəhimov deyir ki, aylıq 700 manat maaş alıb, bir neçə dəfə Nuridənin tapşırığı ilə bankda xarici valyuta dəyişib. 

Prosesin davamında iş üzrə əsas şahidlərdən biri - Nuridə Seyidovanın köməkçisi işləmiş Toğrul Kərimov da ifadə verib. Toğrul əsasən şirkətin mühasibatlıq işləri işə məşğul olub. Əvvəl dindirilən zərərçəkmişlərdən də bir neçəsi pulları şirkətdə Toğrul vasitəsilə Nuridəyə çatdırdıqlarını demişdi.

Şahid həmin pulların hamısını Nuridəyə təhvil verdiyini, özünün mənfəət güdmədiyini bildirib: “Nuridə mənə aylıq 400 manat maaş verib. Aysellə Aynur da orada həkim işləyiblər. Onlar xəstələri qəbul ediblər. Aldıqları pulları mənə versələr də, mən hamısını Nuridəyə çatdırmışam. Müdir mənə nə deyibsə, onu etmişəm. Deyib ki, filankəs pul göndərib, get onu çıxar, gətir. Pulları da çekləri ilə birlikdə Nuridəyə vermişəm. Amma belə pulların gətirilməsi halları çox olub”.

İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilənlər gördükləri işlərin və qazandıqları pulların hesabatını verməyiblər. Bununla da onlar vergi verməkdən yayınıblar.

Məhkəməyə sədrlik edən hakim Azad Məcidov şahiddən bu məsələyə aydınlıq gətirməsini tələb edib: “Alınan pullardan dövlətə 1 manat da vergi verilməyib. Burada yüz minlərlə məbləğdən söhbət gedir. Mən müstəntiq olsaydım, səni məsuliyyətə cəlb edərdim. Ona görə ki, pulları sən almısan, həm də dollar şəklində... Bu, özü də qanunsuzdur, çünki Azərbaycanda pul vahidi manatdır və onunla iş görülməlidir. Biləsən ki, bunların hamısı cinayət məsuliyyəti yaradır”.

Nuridə isə alınan pulların hamısını klinikalara köçürdüklərini bildirib. Qeyd edib ki, Mərkəzi Gömrük Hospitalına, Mərkəzi Klinika və xarici klinikalara köçürmələr barədə əlində qəbzlər var.

Növbəti iclas aprelin 2-si keçiriləcək.

Qeyd edək ki, iş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib. Onlardan çoxu talassemiyalı uşaqların valideynləridir.

​​​​​​"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Mart 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see296

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see258

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see256

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see250

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see247

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see232

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see217

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see212

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see173

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri