Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Müdrik insanın köçü

Müdrik insanın köçü

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Adil MİNBAŞI

Bu dünyada şərəfli əməyi ilə zirvədən-zirvəyə yüksələn İkram Heydər oğlu Kərimov saf-xeyirxah əməlləri ilə bu yüksəklikdən Haqq dünyasına da üzüağ, alnıaçıq köçdü. Onun yoxluğu təkcə ailə üzvləri, qohumları üçün deyil, dostları, onu yaxından tanıyan insanlar üçün də uzun illər unudulmayacaq ağır itki olaraq qalacaq.

Mən İkram Kərimov haqqında,  onun Siyəzən və Xaçmaz rayonlarınada apardığı istintaq işləri barədə hələ tələbə olduğum illərdə eşitmişdim. O vaxtlar Xaçmaz rayonunun prokuroru olan qohumum Əyyub Fətəliyev istirahət və bayram günlərində Bakıya gələrkən həmkarları və dostları ilə onun evində toplaşardılar. Sohbət cinayət işlərindən, istintaqdan düşərkən rəhmətlik Əyyub müəllim tez-tez İkram Kərimovun adını çəkər, onun haqqında xoş sözlər deyərdi: "Onun aça bilməyəcəyi cinayət yoxdur" deməsi məndə böyük maraq doğurmuşdu.  Sonralar mənim hakim işlədiyim rayonlarda dəfələrlə görmüşdüm ki, prokurorlar ağır cinayət işinin istintaqı zamanı müstəntiqləri məsləhət üçün İkram Kərimovun yanına göndərərdilər. Mən birinci seçki müddətində hakim işləyərkən İkram müəllim Bakı Şəhər məhkəməsinəsinə sədr gəldi. Təbii ki, Ədliyə Nazirliyinin tədbirlərində, kollegiya iclaslarında hər ikimiz iştrak edirdik. Amma onunla tanış olmaq istəyimə baxmayaraq, yaşca və imicinə görə məndən yüsəkdə olan şəxsə yaxınlaşıb "Sizinlə tanış olmaq istəyirəm" deməyi etik qaydalara zidd hesab edirdim. Bu mənada mənim İkram müəllimlə tanışlığım qiyabi xarakter daşıyırdı.

Sonradan səmimi dostluğa çevrilən ilk tanışlığım 1989-cu ildə oldu. Mən Azərbaycan hüquqşünaslar İttifaqına birinci müavin seçilərkən Bakı Şəhər məhkəməsinin sədri İkram Kərimov da İdarə Heyətinə üzv seçilmişdi. Onun hər bir tədbirdə iştrakı ağıllı və müdrik məsləhətləri ilə  müzakirə olunan problemin həllinə mütləq müsbət bir  təkan verirdi. Onun zəkasına heyran qalırdım. Hamımız onu savadlı hüquqşünas, güclü istintaqçı və ədalətli hakim kimi tanıyır, belə də qəbul edirdik. Amma mən müşahidə edirdim ki, bütün məsələlərin həllində onun qəbul etdiyi ən düzgün qərarları verməsi təkcə yuxarıda qeyd etdiyim keyfiyyətlərlə tamamlanmır. Bunların arxasında daha fərqli, daha güclü bir amil dayanır - MÜDRİKLİK. 

Fikrimi misallarla izah etməyə çalışacağam: Onun rəhbərlik etdiyi böyük kollektivlərdə çox fərqli xarakterli, fərqli əxlaqlı, hətta tamamilə neqativ qiymətləndiriləcək insanlar da olurdu. İkram müəllim onları fərdi və psixoloji yanaşmalarla elə ustalıqla idarə edir və yönəldirdi ki, hər iş nizam-intizamla onun istədiyi istiqamətdə gedir və müsbət nəticə alınırdı. İkram müəllimin rəhbərlik etdiyi kollektivdə kimsə işdən çıxırdısa, o, mütləq yüksək vəzifəyə getməsi ilə əlaqədar işdən çıxırdı.

Cəmiyyətdə sevilən hörmətli və ləyaqətli bir şəxsin mülki və ya cinayət işinə Bakı Şəhər Məhkəməsində baxılırdısa, İkram müəllim bu işin gedişatını elə qururdu ki, sonunda nəticə həmin şəxsin xeyrinə həll olunurdu və hər şey qanun çərçivəsində baş verirdi.

İkram müəllim həm də çox cəsarətli hüquqşünas idi. Onun iş təcrübəsində bu fikrimi təsdiqləyəcək çox misallar gətirmək olar, amma mən bir misalla kifayətlənəcəyəm. Moskvada, SSRİ Prokurluğunun Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərinə qarşı apardığı cinayət işinin məhkəmə baxışı zamanı bütün təzyiqlərə və gözlənilən təhlükələrə baxmadan İkram müəllimin rəhbərlik etdiyi Bakı Şəhər Məhkəməsində onların hamısının haqqında bəraət hökmü çıxarılmışdı. Yeri gəlmişkən, qeyd edim ki, həmin dövr bu kateqoriyadan olan cinayət işlərinə Moskvada və ya digər fərqli respublikalarda baxılırdı. Bu təcrübənin qanuna zidd olduğunu, həmin cinayət işlərinin məhkəmə baxışının "cinayətin işlənmiş" hesab edildiyi respublikada baxılmalı olmasını da SSRİ Prokurorluğu qarşısında İkram Kərimov qaldırmış və qeyd etdiyim cinayət işinin Azərbaycan məhkəməsində baxılmasına nail olmuşdu.

İkram müəllim yüksək peşəkarlığı ilə bərabər, eyni səviyyədə yüksək əxlaqa və mənəvi dəyərlərə sahib insan idi. Qətiyyən maddiyyata bağlı insan deyildi. Əsassız ittihama görə birinin cinayət işinə baxılarkən ona bərəat verilirdisə və ya digər cinayət işində kiməsə həbslə əlaqədar olmayan cəza verilməsi imkanı varsa, onu həbsə almırdısa, bu yaxşılığına görə heç vaxt təmanna ummazdı. Hətta etdiyi yaxşılığı mütavazi tərzdə elə kiçiltməyə çalışırdı ki, qarşısındakı adam özündə bir minnət və borcluluq hissi keçirməsin - sanki hər şey özü-özlüyündə belə də olmalıymış!

İkram Kərimov tanıdığı insanlarla münasibətdə sadiqqədəm idi və bu münasibəti həmişə qoruyub saxlayardı. İnsanlara sevgi və hörmətlə yanaşırdı. Hətta tanımadığı şəxs ona yaxınlaşıb hər-hansı bir ehtiyacı olduğunu söyləyərdisə, imkanı daxilində mütləq köməklik göstərməyə çalışırdı. Dostluqda çox sədaqətli və etibarlı idi. Dostların problemlərini öz problemi kimi qəbul edər, bütün gücü ilə onun həllinə çalışırdı. İşdən çıxmış və ya vəzifədən uzaqlaşmış dostlara isə daha həssas və qayğı ilə yanaşardı...

İkram Kərimiovun müsbət keyfiyyətlərini saymaqla bitməz. Onun xatirələri ilə bağlı yazdığı "Zirvədən-zirvəyə" dördcildliyinin hər cildinin hazırlanmasında iştrak etdiyim üçün bilirəm ki, belə bir kitabın hazırlanmasından xəbər tutanlar redaksiya qrupuna İkram müəllim etdiyi yaxşılıqlardan, insani keyfiyyətlərdən, yüksək peşəkarlığından bəhs edən yüzlərlə minnətdarlıq məktubları göndərmişdilər. Kitabın birinci cildi nəşr olunduqdan sonra isə bu məktubların sayı-hesabı bitmirdi. Əgər bu məktubların hamısı kitaba daxil edilsəydi, ən azı 10 cildi aşan külliyyat ortaya çıxardı. Ona görə də bu məktubların çox az bir hissəsi dördcildliyə daxil edildi.

İkram Kərimov öz övladlarına, nəvə-nəticələrinə mal-pul, sərvət  qoyub getmədi, çünki buna sahib deyildi, amma onlara həmişə qürur duya biləcəkləri ŞƏRƏFLİ AD qoyub getdi.

Bu qədər yüksək mənəvi dəyərlərin bir fərddə birləşməsi hər kəsə nəsib olmur. Mən bələ insanları Allahın sevdiyi bəndə adlandırıram.

...Dünyadan köçməsindən iki gün əvvəl idi, telefonla danışdıq. Xəstə olduğumu, həkimlərə və dava-dərmana laqeyd münasibətimi bildiyindən mənə həkimə getməyimi, yazılan dərmanları mütləq qəbul etməyimi bərk-bərk tapşırdı: "İsmayıllıdayam, 2-3 günə qayıdacağam. Bakıya gələn kimi görüşək". "İnşallah" deyib sağollaşdıq. Sən demə, bizim bu dünyada görüş limitimiz artıq bitbmiş. Biz isə bundan xəbərsizmişik.

Olsun! Görüşənə qədər, əziz dost!  Ruhun şad, məkanın Cənnət olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri