Icma.az
close
up
RU
Müəllim olmaq çətinləşə bilər: Qəbul planı azaldılacaq? PROQNOZ

Müəllim olmaq çətinləşə bilər: Qəbul planı azaldılacaq? PROQNOZ

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycanda hər il pedaqoji ixtisaslar üzrə minlərlə məzun ali təhsil müəssisələrini bitirsə də, müəllim vakansiyalarının sayı bu göstəricidən xeyli aşağı olur. Bu da əmək bazarında müəllim hazırlığı ilə real tələbat arasında balansın necə qurulmalı olduğu məsələsini gündəmə gətirir.
Növbəti illərdə müəllim sayı vakansiyalara uyğun olsun deyə, pedaqoji ixtisaslar üzrə qəbul planı nə qədər azaldılmalıdır?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu, həqiqətən də qlobal problemdir:
"Hazırda kapitalist iqtisadi sistemi ilə idarə olunan ölkələrin əksəriyyətində ali təhsil müəssisələrinin məzun sayı əmək bazarının tələbatına tam uyğunlaşdırılmır.
 

Məsələn, əmək bazarında 1000 müəllimə ehtiyac varsa, bu o demək deyil ki, ali təhsil müəssisələri də məhz 1000 müəllim məzun etməlidir. Bu yanaşma daha çox sosialist cəmiyyətlərinə xas planlı iqtisadiyyatın xüsusiyyəti idi.


Kapitalist sistemdə isə vəziyyət fərqlidir. Beynəlxalq təcrübə göstərir ki, əmək bazarında 1000 müəllimə ehtiyac olduğu halda, ali təhsil müəssisələri 5000 müəllim də məzun edə bilər. Burada əsas prinsip rəqabətdir. Pedaqoji ixtisası bitirən məzunlar müəllimlərin işə qəbulu imtahanlarında iştirak edir və ən yüksək nəticə göstərənlər əmək bazarına daxil olurlar. Bu yanaşma yalnız müəllimlik ixtisasına deyil, digər peşələrə də aiddir və kapitalist iqtisadi modelin əsas xüsusiyyətlərindən biridir.
Məsələn, mühasibatlıq sahəsində ölkədə 5000 vakansiya varsa, ali təhsil müəssisələri 15 min məzun hazırlaya bilər. Sonradan müxtəlif müsabiqə və seçim mexanizmləri vasitəsilə həmin 15 min nəfər arasından ən hazırlıqlı 5000 nəfər seçilir. Əslində, Azərbaycanda da bu model müəyyən mənada tətbiq olunur.
Lakin hesab edirəm ki, xüsusilə pedaqoji ixtisaslar üzrə qəbul planı digər ixtisaslarla müqayisədə azaldılmalıdır. Mən bunu əmək bazarındakı tələbatla deyil, daha keyfiyyətli və yüksək nəticə göstərən abituriyentlərin bu sahəyə cəlb olunması baxımından vacib hesab edirəm.
 

Bu gün bəzi ali təhsil müəssisələrində, istər region universitetlərində, istərsə də Bakıdakı bəzi universitetlərdə pedaqoji ixtisaslar üzrə keçid balları təxminən 250-300 bal səviyyəsindədir.


Bu isə o deməkdir ki, nisbətən aşağı nəticə göstərən abituriyentlər də müəllimlik ixtisasına qəbul ola bilirlər. Əgər pedaqoji ixtisaslar üzrə qəbul yerlərinin sayı azaldılsa, təbii olaraq rəqabət artacaq və keçid balları yüksələcək. Nəticədə 250-300 bal toplayan abituriyentlər deyil, 500 və daha yüksək bal toplamış, akademik hazırlığı daha güclü olan gənclər bu ixtisaslara qəbul olunacaqlar. Kəmiyyət azaldıqca keyfiyyətin artacağına inanıram.
Bunun nəticəsini isə qısa müddətdə deyil, 5-10 il sonra görmək mümkün olacaq.
Çünki həmin məzunlar artıq ümumi orta təhsil məktəblərində çalışan müəllimlər olacaqlar və bu da məktəblərdə tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək.
Yəni burada iki mühüm məqsəd var. Bir tərəfdən əmək bazarında seçim və rəqabət mexanizmi işləyəcək, digər tərəfdən isə pedaqoji ixtisaslara daha yüksək bal toplayan, daha hazırlıqlı gənclər qəbul olunacaqlar.
 

Düşünürəm ki, bütün özəl universitetlərdə pedaqoji ixtisasların tədris olunmasına ehtiyac yoxdur. Burada istisna kimi Xəzər Universitetini qeyd edə bilərəm. Bu universitet uzun illər ərzində pedaqoji kadr hazırlığında özünü müəyyən mənada doğruldub. Lakin bəzi digər özəl universitetlərdə pedaqoji ixtisasların açılmasının tərəfdarı deyiləm.


Eyni zamanda, bəzi region universitetlərində də pedaqoji ixtisaslar üzrə qəbul planının azaldılmasını məqsədəuyğun hesab edirəm.
Məsələn, 30 qəbul yeri əvəzinə 10 və ya 15 yer ayrılması daha səmərəli ola bilər. Bu halda rəqabət artacaq, qəbul olunan tələbələrin akademik səviyyəsi yüksələcək və nəticə etibarilə gələcəkdə ümumi orta təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlığı da artacaq. Hesab edirəm ki, bu yanaşma uzunmüddətli perspektivdə ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verə bilər".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 İyul 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri