Icma.az
close
up
RU
Müəllimə düşən iş yükü həddindən artıqdır, tələblər artırsa, imkanlar da artırılsın Əməkdar müəllim

Müəllimə düşən iş yükü həddindən artıqdır, tələblər artırsa, imkanlar da artırılsın Əməkdar müəllim

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Elm və təhsil nazirinin çıxışında vurğuladığı “keyfiyyətli təhsil müəllimin peşəkarlığından asılıdır” fikri əsasən doğrudur. Beynəlxalq hesabatlar da göstərir ki, məktəb daxilində şagird nəticələrinə ən güclü təsir edən amil məhz müəllimin hazırlığı və dərs prosesindəki peşəkarlığıdır. Eyni zamanda, ailənin təhsilə münasibəti və uşağa verdiyi dəstək də böyük rol oynayır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva elm və təhsil naziri Emin Əmrullayevin Milli Məclisdə çıxışı zamanı söylədiyi "keyfiyyətli təhsil birbaşa müəllimlərin peşəkarlığından asılıdır" fikrinə münasibət olaraq bildirdi.

"Nazirin ibtidai təhsili prioritet elan etməsi də səbəbsiz deyil. Çünki uşaq ibtidai mərhələdə oxu, yazı və riyazi savadı tam mənimsəmirsə, sonrakı siniflərdə uğur əldə etmə şansı ciddi şəkildə azalır.

Bu gün ibtidai sinfi bitirəndən sonra təhsildə davamlılıq problemi yaşayan şagirdlərin 40-50 faizə çatması artıq təhsil sisteminin böhran yaşadığının göstəricisidir. Planlanır ki, müəllimlər üçün yüksək təhsil standartları müəyyən edilsin. Sual yaranır ki, yüksək müəllim standartları nələri əhatə edəcək? Burada əsas məsələ müəllimin həm metodik bacarıqlarının, həm psixoloji yanaşmasının, həm də sinif idarəçiliyinin daha yüksək səviyyədə tələb olunmasıdır. Müasir müəllim sadəcə dərs keçən deyil, uşağın inkişafını izləyən, fərdi yanaşma quran, motivasiya yaradan və valideynlə əməkdaşlıq edən peşəkar mütəxəssis olmalıdır. Amma bu standartların tətbiqi avtomatik şəkildə nəticə yaratmayacaq. Hazırkı reallıqda müəllim hazırlığı istiqamətində boşluqlar var, bəzi məktəblərdə siniflər böyükdür, resurslar məhduddur və müəllimə düşən iş yükü həddindən artıqdır. Tələblər artırsa, imkanlar da artırılmalıdır, yoxsa standartlar kağız üzərində qalacaq. Müəllim çatışmazlığı riski məsələsinə gəlincə, bəli, sərt standartlar tətbiq olunarsa, müəyyən dövrdə çatışmazlıq yarana bilər. Çünki gənclər üçün müəllimlik hələ də kifayət qədər cəlbedici peşə deyil. Bu problemi həll etməyin yolu sərt filtr yox, güclü dəstəkdir: daha yaxşı hazırlıq, karyera imkanları və motivasiya mexanizmləri. Məncə, istiqamət doğrudur. Müəllim üçün standartlar yüksəlməlidir. Amma bu proses müəllimi sıxışdırmağa yox, onun peşəkarlığını gücləndirməyə xidmət etməlidir. Əks halda, tələblər artacaq, amma keyfiyyət yox", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Noyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri