Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimi qoruyaq

Müəllimi qoruyaq

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kamalə ABİYEVA

Müəllimlərin məzuniyyəti başlayır. Müəllim zəhməti, həm də onları yaralayan xəbərlərlə dolu bir dərs ili də bitdi. Bu arada bir neçə müəllimin ağrılı söhbətlərini eşitdim. "Axı, yaxşı, vicdanlı müəllimlər qat-qat çoxdur, niyə ancaq neqativ hallardan bu qədər yazırlar?" - dedilər. Düşündüm ki, bu münasibətdən şagird, valideyn, müəllim, cəmiyyət olaraq nə qazanırıq, nə itiririk görəsən? Qazandığımız və ya itirdiklərimizin hamısı gərəkdirmi bizə? Düşünsək, hadisələrə münasibətimizə diqqət edərik. Axı istənilən adamın həyatında zəhməti olan müəllimdən danışırıq.

Mən də təhsillə bağlı tənqidi yazılar yazmışam, amma işlədiyim müddətdə işində heç bir nöqsanı olmayan müəllim kimi.

Ömrümün 45 ilidir həm də o müəllim. Zəif müəllim də görmüşəm, savadı yetərincə olmayan da, əsl müəllim də. İnanın, o zəif hesab etdiyiniz müəllimlər də zəhmət çəkirlər, uşaqları öyrətməyə çalışırlar. Amma öyrədə bilməyənlər, sadəcə dərsi yola verənlər də var. Müəllim olmaq təkcə savadla bağlı məsələ deyil.

Əvvəl təkmilləşmə kursları vardı. Bu kurslarda müəllimlər təcrübələrini bölüşür, çətin gələn mövzuları, məsələləri birlikdə müzakirə edirdilər. Bunu müəllimlərə daha çox köməyi olurdu.

İndi imtahan keçirilir. Buna etiraz edənlərdən olsam da, imtahan qismən də olsa, zəif müəllimləri üzə çıxarır. Elə müəllimlər var ki, 5-10 il və daha çox dərs deməsinə baxmayaraq, inkişaf eləmir. Fənnini öyrənmir, öyrənə bilmir. Amma yüksək bal toplayıb sinfi idarə edə bilməyən, ya o bala uyğun savadı şagirdlərə ötürə bilməyən müəllimlər də var. Makarenko deyirdi ki, nə qədər universitet oxuyursan, oxu, yaxşı müəllim olmaq üçün təcrübə lazımdır.

Müəllimliyi işləyə-işləyə öyrənirsən, amma sevsən. 

Təhsildən çoxumuz narazıyıq. Niyə? Ona görə ki, səhvlərimiz oldu.

Məsələ bundadır ki, sovet təhsil sistemini dağıtdıq. Yerində bilmədiyimiz bir sistem qurmağa başladıq. Halbuki dünya üçün Sovetlər Birliyinin 20, 30, 40 ildə qazandığı uğurlara necə nail olması maraqlı idi. Savadsız 15 respublikada məktəblər açmaq, pulsuz təhsil sistemi yaratmaq, alimlər, həkimlər, rəssamlar, bəstəkarlar yetişdirmək asan məsələ deyildi. Onda da dərsin mərhələləri vardı, gözəl də dərs alınırdı. Şagirdin gündəlik fəaliyyəti, hətta intizamı qiymətləndirilirdi. İndi bunlar önəmli deyil. Yalnız test, yəni KSQ, BSQ balları nəzərə alınır. Səbəbini kimsə izah edə bilmir. Test üsulunun daha çox müsbət nəticə verdiyini demək çətindir. Oxumayanların sayı artır. Uşaqların nitqi, yazısı əsas deyil. Müəllimlərin çabası, hədsiz zəhməti olmasa, cümlə qura, yaza bilməyənlərin sayı çoxalar. Amma biz müəllimlərin zəhmətini bir kənara qoyub neqativ halları qabardırıq. Bu hallar məktəb daxilində həll oluna bilər. Müzakirəyə çıxarıb müəllimləri kütləvi şəkildə təhqir etməyə nə gərək var? Sadəcə məktəbə vicdanlı, savadlı, xalqını sevən direktor lazımdır. Təhsil Nazirliyinin ən birinci vəzifəsi o direktorları tapmaqdır. Öz işini bilən, vicdanlı rəhbər özünə layiqli müavinləri seçə bilər. Yaxşı direktor savadsız müəllimi istəməz rəhbərlik etdiyi məktəbdə. Və yaxşı direktor pis müəllimini tanıyır. Çox təəssüf ki, Təhsil Nazirliyi bu işin öhdəsindən gələ bilmir.

Müəllim olmaq məqsədi olmayan, bunun nə qədər önəmli olduğunu bilməyən müəllim olmasa, yaxşıdır. Qəbul imtahanlarında bunu tənzimləmək lazımdır. Yoxsa abituriyent, məsələn, 4-cü qrupa imtahan verir, həkim olmaq istəyir, ən sonda biologiya, kimya ixtisasını seçir. Təbii ki, həkim olmaq istəyib balı çatmadığı üçün müəllim olanların hamısı bu peşəni sevməyəcək. İmkanım olsa, bütün abituriyentlərə deyərdim ki,  müəllim olmağın məsuliyyətini dərk etmirsinizsə, bu ixtisası seçməyin. Əgər sevərək ixtisas seçirsinizsə, "müqəddəs" dediyimiz peşənin müqəddəsliyini qoruyun.

Ümumiyyətlə, əziz müəllimlər, sizə olan haqsızlığa susmayın. Çətin tərbiyə olunan uşaqların tərbiyə üsulları da var. Məktəbdə direktor müavini-təşkilatçı var. Bir neçə müəllim narazıdırsa, uşağa xəbərdarlıq edilir, aktlaşdırılır, pedaqoji şurada valideynlərin iştirakı ilə müzakirə də edilə bilər. Hər məktəbin yerləşdiyi əraziyə baxan polislər var, uşaqların hüquqlarını qoruduqları kimi, çətin tərbiyə olunanlarla da müəyyən profilaktik işlər aparmalıdırlar. Bunu mən uydurmuram, qanunlarımız var. Rayon icra hakimiyyətlərində xüsusi şöbə var və s. Amma ən önəmlisi uşaqların sevgisini qazanmaqdır. Müəllimin ən böyük uğuru, dayağı, müdafiəçisi şagirdlərin hörmət və sevgisidir.

"Müəllim uşağıma söz dedi, vurdu" deyə hay-küy salan, "Mənim uşağımı vursa, gedib belə edərəm, elə edərəm" deyib həşir qoparan valideynlər! İnanın, şagirdini, hətta intizamsızlıq etsə belə, söyən-döyən müəllim yox dərəcəsindədir. Tutaq ki, 1, 2, lap 5 faiz hər hansı səbəbdən bunu edir. 95 faizi düşünün. Çıxışlarımdan birində demişdim: "Bəzən müəllimin bir şilləsi uşağı həyatın sərt şillələrindən qoruyur". Bunu da düşünün. Sizin sözkeçirməz uşaqlarınıza məktəb, müəllim qədər kimsə güzəştə getmir həyatda. Siz bütün dedi-qodularınızla, yersiz tənqid, təhqirinizlə o saf dünyanı dağıdırsınız. Nəticə göz qabağındadır: uşaqlar müəllimləri sevmirlər, onları əsəbləşdirib videoya çəkir, paylaşırlar. Bilirsinizmi, necə çətin uşaqlar, valideynlər var? Yox, bilmirsiniz!

Yaşadığım ərazidə məktəblilərlə tez-tez rastlaşıram müxtəlif saatlarda. Bəzən dərs vaxtı olur, ikibir, üçbir çiyinlərində çantaları gəzirlər əllərində telefonları ilə. Bəzən parklarda, besetkalarda siqaret çəkir, qucaqlaşır və s.  Məktəblilər bir-birinə cəza verir, bulinq edir, bıçaqlayır, döyürlər... Bunlara görə siz günahkarsız. O yaşda uşaqların sevdiyi yer məktəb olmalıdır. Sevdikləri müəllimlər olmalıdır. Zövq aldıqları dərs prosesi olmalıdır. Dərsdən qaçıb parklarda veyllənmək yox! Bunları düşünün. Sizin müzakirəyə çıxardığınız məktəbi, müəllimi sevərmi övladınız? Siz nə düşünürsünüz, necə düşünürsünüz? Dostuna video çəkməyi tapşırıb, dərsdə müəllimi haldan çıxaran, sonra da paylaşan övladlar nəyinizə gərəkdir? Ümumiyyətlə gərəkdirmi? Bir sözünə, hərəkətinə görə "hansı şagirdsə video çəkər, paylaşar" gərginliyi ilə, məsuliyyətsiz valideynin şikayəti ilə işdən qovulmaq həyəcanıyla dərs keçən  müəllim necə şəxsiyyət yetişdirər? Uşaqları necə sevər? Onlara nə öyrədər? Hansı cəmiyyəti yaradar? Qorxaq, yaltaq, həmişə narahat...

Bir də "jurnalist"lər, belə xəbərləri bəh-bəhlə paylaşan saytlar var. Bilmirəm bu xəbərləri yazan, paylaşanlar peşəkar jurnalistlərdirmi? Verdiyi xəbərin, yazdığı yazının məsuliyyətini dərk edənlər yox, məktəbdə problemi olanlardır. Yaxşı oxuyan, məsuliyyətli, intizamlı uşaqların problemi olmur. Belə şagirdləri əzizləyir müəllimlər. Gizlicə çəkilmiş bir video paylaşılan kimi məktəbə hücum çəkən, özünü qeyri-adi bir iş görürmüş kimi aparanlar güman ki, sorunlu şagirdlər olub. Guya müəyyən səbəblərdən tərif, tənqid yazan jurnalistlər yoxdurmu? Nəyinsə xətrinə kimisə göylərə qaldıran ədəbiyyat adamları yoxdurmu? Bəlkə bunlardan yazasınız? Məsələn, nədən adları ən neqativ, ən xoşagəlməz hadisələrdə hallanan adamları təhsil eksperti kimi təqdim edirsiniz? Səbəbi nədir? Belə "təhsil ekspertləri"ni də bir araşdırın. Müəllimləri müzakirə obyektinə çevirməyin. Təhsilə ürəyiniz yanırsa, məktəbə gedin, valideynlərlə, şagirdlərlə, müəllimlərlə danışın, video çəkmədən, səs yazmadan. Demirəm ki, neqativ halları ört-basdır edin, amma ehtiyatlı olun. Tənqidlərə, təhqirlərə baxmayaraq, vicdanla işləyən, qarmaqarışıq təhsil üsulları içində şagirdləri üçün zəhmət çəkən müəllimlər ordusunu düşünün. Şikayətçi valideyni də araşdırın. Görün necə övlad böyüdüb. 

Son günlər bir video da paylaşıldı: valideynlər müəlliməyə bəzək əşyası alıblar. Müəllimənin çıxışına baxdım. Səsindən, üzünün ifadəsindən sarsıldım. Dəfələrlə "yaxşı eləmisən" dedim öz-özümə. Dərs ilinin sonunda valideynlərin müəllimə hədiyyə alması niyə qəbahətdir? Az qala cinayətdir ki?  Doğrudanmı bunu paylaşan, müəllimi haldan çıxarıb gizlicə videoya çəkən, səs yazan uşaq və ya valideyni daha yaxşıdır? Müəllimə hədiyyə alanlar pisdir?

Unutmayın, yalanın qarşısında sədd olmur. Həqiqət özünə yol açmalı olur. Bu, bütün zamanlarda belə olub. Bütün ölkələrdə belədir. Sadəcə həqiqətin qabağını kəsənlər çoxaldıqca bədbəxt-nifrət dolu cəmiyyət yaranır. Sizə elə gəlmirmi, bunun qarşısını almaq üçün ilk növbədə müəllimi qorumalıyıq?

Mənə elə gəlir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 01 İyul 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see617

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see319

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see228

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see216

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri