Müəllimin bu hərəkəti etiraz doğurdu FOTO
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
İstanbulun Üsküdar səmtindəki məktəblərin birində çəkilən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sinif otağında qeydə alınan videoda müəllimin fərqli corablar geyindiyi ayaqlarını şagirdlərə doğru uzatması birmənalı qarşılanmayıb.
Görüntülərin 21 Mart Beynəlxalq Daun Sindromu Günü münasibətilə keçirilən tədbir zamanı çəkildiyi bildirilir. Həmin günün rəmzi olan fərqli corablar geyinmək ənənəsi ilə cəmiyyətdə fərqliliklərin gözəlliyinə diqqət çəkmək məqsədi güdülüb. Lakin müəllimin sinifdəki davranışı və bu mesajı çatdırma forması izləyicilər tərəfindən tənqid edilib.
Sosial media istifadəçiləri müəllim masasında əyləşərək ayaqlarını şagirdlərə tərəf sallamağın pedaqoji etikaya sığmadığını vurğulayıblar. Bir çox insan məqsədin xeyirli olmasına baxmayaraq, təqdimatın yanlış olduğunu və təhsil işçilərinin davranışlarında daha diqqətli davranmalı olduqlarını qeyd edib. Hadisə ilə bağlı hələlik rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Görüntülərin 21 Mart Beynəlxalq Daun Sindromu Günü münasibətilə keçirilən tədbir zamanı çəkildiyi bildirilir. Həmin günün rəmzi olan fərqli corablar geyinmək ənənəsi ilə cəmiyyətdə fərqliliklərin gözəlliyinə diqqət çəkmək məqsədi güdülüb. Lakin müəllimin sinifdəki davranışı və bu mesajı çatdırma forması izləyicilər tərəfindən tənqid edilib.
Sosial media istifadəçiləri müəllim masasında əyləşərək ayaqlarını şagirdlərə tərəf sallamağın pedaqoji etikaya sığmadığını vurğulayıblar. Bir çox insan məqsədin xeyirli olmasına baxmayaraq, təqdimatın yanlış olduğunu və təhsil işçilərinin davranışlarında daha diqqətli davranmalı olduqlarını qeyd edib. Hadisə ilə bağlı hələlik rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.
İsmayıl
Demokrat.az
Baxış sayı:197
Bu xəbər 23 Mart 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















