Icma.az
close
up
RU
Müəllimin ştat vahidi müzakirəsi: Azərbaycan təhsili buna hazırdırmı?

Müəllimin ştat vahidi müzakirəsi: Azərbaycan təhsili buna hazırdırmı?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan “Diqqət mərkəzi” proqramında deyib.

O bildirib ki, məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır:

“Hazırda “tam ştat müəllim” anlayışı yalnız 30–36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30–36 saatlıq iş modeli kimi görürük. Bu model müəllimə hansı imkanları yaradır? Müəllim yalnız 18–24 saat dərs deməklə kifayətlənməməlidir. Bu dərs yükündən əlavə o, şagirdlər, məktəb və təhsilin keyfiyyəti üçün əlavə fəaliyyət göstərə bilər”.

Nazir hesab edir ki, müəllimin məktəbdə daha çox vaxt keçirməsi və gördüyü əlavə işlərin ödənməsi Azərbaycan təhsilinə yalnız müsbət təsir göstərəcək.

Bəs təhsil ekspertləri necə düşünür? Müəllimlərin məktəbdə daha çox qalması təhsilin keyfiyyətinə, eləcə də onların şəxsi vaxtına və psixoloji yükünə necə təsir göstərə bilər?

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı təhsil mütəxəssisi Elşən Qafarov Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, hazırda müzakirə olunan mövzu ilə bağlı bir neçə ciddi sual ortaya çıxır:

“Bu suallardan biri də budur: doğrudanmı Azərbaycan müəllimi ştat vahidinə keçməlidir? Bunun Azərbaycan təhsilinə nə kimi təsirləri olacaq?

Əslində, bəli, Azərbaycan müəllimi ştat vahidi sisteminə keçməlidir. Çünki dünyanın əksər ölkələrində təhsil sistemi məhz ştat vahidinə əsaslanır. Keçmiş postsovet məkanında da 5–6 ölkədən başqa hamısı müəllimləri ştat üzrə çalışdırır. Müəllimin ştat vahidinə keçməsi nə deməkdir? Bu o deməkdir ki, müəllim məktəbi öz iş yeri kimi görəcək, sadəcə dərsini deyib getməyəcək. Yəni o, məktəbin daimi əməkdaşı kimi fəaliyyət göstərəcək.

Amma sual budur: Biz bu gün buna hazırıqmı? Xeyr, hazır deyilik.

Bu gün bunu etmək istəyirikmi? Xeyr, istəyən yoxdur. Məsələnin hüquqi bazası varmı? Yenə də xeyr. Belə olan halda sual yaranır: Bəs nə üçün bu təklif ortaya atılıb?

Ümumiyyətlə, elm və təhsil naziri tez-tez bu cür təkliflər ortaya atır, bu təkliflər bir müddət müzakirə olunur, amma sonra yaddan çıxır.

Məsələn, 2023-cü ildə ortaya atılmışdı ki, guya Azərbaycan məktəb modeli dəyişir, məktəblər publik hüquqi şəxsə çevrilir və proses başlanır. Hamı maraqla soruşurdu:

“Publik hüquqi şəxs olan ümumtəhsil məktəbi nədir? Bu model nə deməkdir?”

Çünki inkişaf etmiş ölkələrin əksəriyyətində məktəblər publik hüquqi şəxslər kimi fəaliyyət göstərir.

Tələsik şəkildə 16 məktəb publik hüquqi şəxs elan olundu, direktorlar ərizə yazdırılaraq həmin məktəblərə təyin edildi. Nəticə nə oldu? Heç nə. O məktəblər 1 santimetr belə irəli getmədi.

Sonra dedilər ki, “metodik işi yenidən qururuq”. Təhsil şöbələrinin tərkibində olan metodkabinetlər ləğv edildi, metodistlər ləğv olundu, onların funksiyaları direktor müavinlərinə və məktəb rəhbərliyinə verildi. “Müasir metodist” anlayışı elan edildi. 2025-ci ilin dövlət büdcəsindən “müasir metodist layihəsi” üçün 7 milyon yarım manat vəsait ayrıldı. Təsəvvür edin, ibtidai sinif müəllimi üzrə metodist gedib riyaziyyat müəlliminə tövsiyə verməyə çalışır. Əvvəlki sistemdə isə hər 300 müəllimə bir metodist düşürdü.

Az sonra “müasir metodist layihəsi” də diqqətdən düşdü. Halbuki milyonlarla vəsait xərclənmişdi. Sonra STM (strateji təhsilverən mərkəz) sistemi gündəmə gəldi. Bu sahədən də böyük pullar qazanıldı, amma nəticə yenə yoxdur.

Keçən il isə nazir bildirdi ki, sertifikasiya artıq 3 ildən bir deyil, 2 ildən bir olacaq və sualların çoxu metodikadan olacaq. O mövzu bir ay müzakirə edildi və sonra tamamilə gündəmdən düşdü.

Nazir qeyd edir ki, müəllimin əməkhaqqı iki dəfə artırılacaq və 1050 manat alan müəllim 2100 manat maaş ala biləcək. Bu, növbəti yanlış bəyanatdır. Əməkhaqqını yalnız Prezident artıra bilər, mexanizmi isə Nazirlər Kabineti təsdiqləyir. Bu təklif hələ hökumətə belə təqdim edilməyib. Bəs onda niyə belə bəyanatlar verilir?

Beləliklə, nəticə olaraq, bu məsələnin hüquqi əsası yoxdur, Nazirlər Kabinetində müzakirə olunmayıb, Prezidentə təqdim olunmayıb, mexanizm yoxdur, ölkə buna hazır deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri