Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən ilin əvvəlinə aid son məlumata görə, Azərbaycanda ümumi təhsil müəssisələrində ümumilikdə 145 min 16 müəllim fəaliyyət göstərib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin 79,3%-i və ya 114 min 998 nəfəri ali, 20,5%-i və ya 29 min 728 nəfəri isə orta ixtisas təhsilinə malik olub.
Müqayisə üçün bildirək ki, 15 il əvvəl – 2010-cu ildə ümumi təhsil müəssisələrində 170 min 911 müəllim fəaliyyət göstərib. Onların 137 min 583 nəfəri ali, 33 min 328 nəfəri isə orta ixtisas təhsilinə malik olub.
Qeyd edək ki, orta ixtisas təhsilinə malik müəllimlər ən çox ingilis dili və informatika fənlərini tədris ediblər. İngilis dili müəllimlərinin 22,8%-nin, informatika müəllimlərinin isə 15,5%-nin ali təhsili olmayıb.
Onu da bildirək ki, tam orta məktəblərdə direktor vəzifəsini icra edən şəxslərdən 3-nün, direktor müavinlərindən isə 99-nun ali təhsili olmayıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Orta məktəblərdə dərs deyən müəllimlərin sayı açıqlandı
15 Sentyabr 2026 15:43
Orta məktəblərdə dərs saatı DƏYİŞİR
26 İyul 2026 00:06
Ali və orta ixtisas təhsili alanların DİQQƏTİNƏ
20 İyul 2026 14:28
Orta məktəblərdə dərsliklər YIĞILIR
10 İyun 2026 14:51
“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO
21 Noyabr 2025 00:55
Baxış sayı:115
Bu xəbər 01 İyun 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















