Icma.az
close
up
RU
Müəllimlər məktəbə atılan dronla bağlı TƏFFƏRÜATLARI DANIŞDI

Müəllimlər məktəbə atılan dronla bağlı TƏFFƏRÜATLARI DANIŞDI

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ötən gün İran İslam Respublikası ərazisindən Naxçıvana həyata keçirilən dron hücumları nəticəsində Muxtar Respublikanın Şəkərabad kəndində məktəb binasının yaxınlığında güclü partlayış oldu. Hadisə zamanı məktəbin müəllim və şagirdləri ciddi panika və həyəcan yaşadılar.

Bakıvaxtı.az xəbər verir ki, bu gün bir qrup jurnalist sözügedən məktəbdə olub və hadisə şahidləri olan müəllimlərlə söhbət aparıb.

Məktəbin riyaziyyat müəlliməsi Leyla Həsənova bildirib ki, hadisə martın 5-də təxminən saat 11:30 radələrində baş verib:

"Həmin vaxt dərslər normal qaydada davam edirdi. Anidən güclü partlayış səsi eşidildi. Hava limanı bizə yaxın olduğu üçün partlayışın aeroportun ərazisində baş verdiyini gördük. Dərhal uşaqları məktəbin həyətinə çıxardıq. Təxminən 7–8 dəqiqə sonra, uşaqların təxliyəsini tam başa çatdırmamışdıq ki, ikinci dəfə məktəbin yaxınlığına zərbə endirildi. Yaşadığımız stress və qorxuya baxmayaraq, şagirdlərin təhlükəsizliyini tam təmin etdik. Hazırda hər şey qaydasındadır. Bu gün də tədris prosesi normal şəkildə davam edir".

Məktəbin ingilis dili müəlliməsi Aytəkin Babayeva deyib ki, partlayış baş verən an nə baş verdiyini anlamaq çətin olub.

"İlk baxışdan heç nə anlamasaq da, sonradan aeroportdan alov və tüstü qalxdığını gördük. Daha sonra aeroport binasına zərbə endirildiyini bildik. Az sonra şagirdlərin təxliyəsi zamanı baş verən ikinci partlayış panikanın daha da artmasına səbəb oldu. Buna baxmayaraq, müəllimlər vəziyyəti nəzarətdə saxlamağa çalışdılar. Daha sonra uşaqlar valideynlərinə təhvil verildi. Hazırda şagirdlərə lazımi psixoloji dəstək göstərilir", – deyə o bildirib.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri