Şəmkirdəki qəzanın TƏFFƏRÜATLARI
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının bəzi detalları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, qəza vəfat edən şəxslər rayonun Mahmudlu kəndindən Dəllər Cəyir kəndinə toy məclisinə gedən zaman baş verib.
Belə ki, qəzada ölənlər “VAZ 2106” markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Əlizamin Aslanovun bacısı oğlunun bu gün keçirilməsi planlaşdırılan kiçik toy mərasimindən öncə təşkil olunan “ciyər axşamı” mərasiminə gedirlərmiş.
Nəticədə Əlizamin Aslanovla yanaşı, İlahə Məmmədova (1988-ci il), Elvin Məmmədov (2009-cu il), Hicran Həmzəyeva (1992-ci il) və Zəhra Vəliyeva (2018-ci il) vəfat edib.
“VAZ 2106”nın sürücüsünün qardaşı Polad Aslanov “APA TV”yə açıqlamasında bildirib ki, həmin şəxslər “ciyər axşamı”na gələndə “KİA” ilə vurulublar: “Yüksək sürətlə gəlirmiş. Xəstəxanada gedib “KİA”nın sürücüsünü tapdım. Dedi ki, günah məndədir, onların səhvi yox idi. “Bərk sürürdüm, saxlaya bilmədim” dedi”.
Qeyd edək ki, qəzada 7 nəfər xəsarət alıb. Vəfat edən sürücü Əlizamin Aslanovun 5 yaşlı oğlu Qoşqar Aslanovun vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Avqust 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















