Icma.az
close
up
RU
Müəllimlər üçün standartlar əvvəlkilərdən daha yüksək olmalıdır Emin Əmrullayev

Müəllimlər üçün standartlar əvvəlkilərdən daha yüksək olmalıdır Emin Əmrullayev

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

“Keyfiyyətli təhsil üçün müəllimlərimizdən daha yüksək standartlar tələb etməliyik”.

Redaktor.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, keyfiyyətli təhsil müəllimlərin peşəkarlıq səviyyəsindən birbaşa asılıdır:

“Biz keyfiyyətli təhsil istəyiriksə, müəllimlərimizdən də daha yüksək standartlar tələb etməliyik. Təhsil sisteminin keyfiyyəti onun müəlliminin keyfiyyətindən yuxarı ola bilməz. Bu baxımdan müəllimlər üçün müəyyən etdiyimiz standartlar əvvəlkilərlə müqayisədə daha yüksək səviyyədə olmalıdır. Əlbəttə, bu, müəyyən çətinliklər yarada bilər, amma təhsilin inkişafı naminə bu yoldan çəkinməməliyik”.

Emin Əmrullayev vurğulayıb ki, qarşıdakı illərdə xüsusilə ibtidai təhsildə keyfiyyət göstəricilərinin artırılması əsas hədəflərdəndir:

“Təcrübə göstərir ki, Azərbaycan təhsil sisteminin ən həssas və eyni zamanda ən mühüm hissəsi ibtidai təhsildir. İbtidai təhsildə problemləri həll etmədən orta və ali təhsildə dayanıqlı nəticələr əldə etmək mümkün deyil. Təqribən 40–50 faiz şagird ibtidai mərhələdən sonra təhsildə davamlılıq baxımından çətinliklərlə üzləşir. Buna görə də əsas məqsədimiz ibtidai təhsilin keyfiyyətini yüksəltməkdir”.

Nazirin sözlərinə görə, təhsildə keyfiyyətin formalaşmasına iki əsas amil təsir göstərir – müəllimin peşəkarlığı və ailə mühitinin rolu:

“Uşağın təhsilə münasibətinin formalaşmasında ailə və ev mühiti az rol oynamır. Valideynin təhsilə yanaşması, uşağın öyrənməyə motivasiyası prosesin uğuruna birbaşa təsir edir. Ona görə də biz yalnız məktəb daxilində deyil, ailə mühitində də təhsilə dəyər verən bir mədəniyyəti təşviq etməliyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Noyabr 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri