Icma.az
close
up
RU
Müəllimlərdə tükənmişlik sindromu olur, sinifi idarəetmə problemləri yaranır AÇIQLAMA

Müəllimlərdə tükənmişlik sindromu olur, sinifi idarəetmə problemləri yaranır AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Milli Məclisin komitə sədri Hicran Hüseynova parlamentdə çıxışı zamanı bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalı və uşaq bağçalarında, təhsil müəssisələrində psixoloji xidmət təşkil olunmalıdır.

Redaktor.az-a açıqlama verən "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu qeyd etdi ki, bu istəklər hazırkı təhsil sisteminin ən real və təxirəsalınmaz ehtiyacları ilə üst-üstə düşür.

"Məktəbəqədər təhsil müəssisələrinin sayı niyə artırılmalıdır? Məktəbəqədər təhsil almadan birinci sinifə gələn uşaqlarla bağçaya gedən uşaqlar arasında inkişaf fərqi çox böyük olur. İstər nitq olsun, istər sosiallaşma, diqqət, özünü ifadə, hətta motor bacarıqları baxımından da fərqlər yaranır. Bu fərq təhsilin ilk illərindən başlayaraq yuxarı siniflərə qədər davam edir.

Böyük şəhərlərdə uşaqların bağçaya qəbulu problemə çevrilib, yerlər məhduddur. Xüsusilə işləyən valideynlər üçün dövlət bağçalarının çatışmazlığı daha ciddi sosial yük yaradır. Dünya Bankı və UNESCO-nun araşdırması var idi. O araşdırmalara görə, məktəbəqədər təhsilə yatırılan hər bir manat gələcəkdə altı-yeddi manat iqtisadi qazanc kimi geri qayıdır, çünki çox erkən yaşda təməl bacarıqlar formalaşdırılır".

Müsahibimiz bağçalarda və məktəblərdə psixoloji xidmətin təşkilindən də danışdı:

"Bu məsələ daha da təxirəsalınmaz və vacibdir. Uşaqların emosional və sosial rifahı baxımından çox önəmli hesab olunur. Son illərdə aqressiya halları, diqqət pozuntuları, nitq gecikmələri, məktəb fobiyası, sosial adaptasiya problemləri çox artıb. Yəni həddən artıq artıb və bu artıq həyəcan siqnalı verir. Bunların çoxu erkən yaşda aşkarlanarsa, tam həll oluna bilər. Gecikdikcə isə illərlə davam edən çətinliyə çevrilir.

Məktəb daxilində psixoloji xidmət yalnız uşağa göstərilməməlidir, müəllimlərə və valideynlərə də göstərilməlidir. Müəllimlərdə tükənmişlik sindromu olur, sinifi idarəetmə problemləri yaranır. Valideynlərə isə tərbiyə modelləri barədə psixoloji dəstək göstərilməlidir. Dünyada qəbul olunmuş standartlara görə, məktəblərdə daimi psixoloqun olması riskli davranışları erkən aşkar edir, müdaxilə planı hazırlayır və məktəbin ümumi psixoloji mühitini izləyir".

Rizvan Fikrətoğlunun sözlərinə görə, Azərbaycanda bir çox məktəbdə psixoloq ya yoxdur, ya da formal şəkildə var; yəni psixoloq var, fəaliyyəti yoxdur.

"Deputat Hicran Hüseynovanın səsləndirdiyi təkliflər reallıqda ölkəmizin təhsil və sosial siyasətində strateji boşluqları dolduran məhz o istiqamətlərdir ki, həm sosial, həm də iqtisadi baxımdan yüksək səmərəlilik verər. Bu iki yanaşma olarsa, uşaqlar daha sağlam inkişaf edər, müəllim və valideynlərin yükü xeyli azalar, məktəb mühitində davranış problemləri əhəmiyyətli dərəcədə azalar və təhsil sistemində bərabər imkanlara doğru real addımlar atılmış olar.

Tutalım siz bir anasınız və uşağınızı bağçaya qoya bilməmisiniz. Görün, siz nə qədər geri düşürsünüz, işdən çıxmalısınız və uşağı özünüz baxmalısınız. Nəzərə alsaq ki, hazırda əməkhaqqı sistemi o qədər mükəmməl deyil, uşağınızı dayə yanına qoysanız, dayənin xərci gəlib sizin əmək haqqınızdan yüksək olacaq və bu sizə sərf etməyəcək. İşdən çıxanda yeni bir iş tapmaq, yeni iş mühitinə adaptasiya - bu kimi problemlərlə qarşılaşacaqsınız. Görün, nə qədər bağça mühiti sizi qabağa atır", - deyə ekspert yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri