Müəllimlərin geyimləri necə olacaq? Bunları geyinmək olar...
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.
Yeniavaz.com xəbər verir ki, sənəddə kişi və qadın təhsilverənlər üçün geyim standartları müəyyənləşdirilib.
Belə ki, kişi təhsilverənlər üçün:
- sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar);
- uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək;
- təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet;
- klassik ayaqqabı.
Qadın təhsilverənlər üçün:
- sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don);
- uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don;
- uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta;
- klassik ayaqqabı nəzərdə tutulub.
Baxış sayı:152
Bu xəbər 07 Oktyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















