Icma.az
close
up
RU
“Müəllimlərin işgüzar görünüşü peşəkar təhsil mühitinin mühüm elementidir”

“Müəllimlərin işgüzar görünüşü peşəkar təhsil mühitinin mühüm elementidir”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təhsil müəssisələri yalnız akademik biliklərin verildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial bacarıqlar qazandığı, kollektiv davranış vərdişlərini mənimsədiyi və gələcək ictimai həyata hazırlaşdığı mühüm sosial institutlardır. Məktəb mühitində formalaşan nizam-intizam, davranış mədəniyyəti, qarşılıqlı hörmət və məsuliyyət hissi şagirdlərin gələcək peşəkar ictimai fəaliyyətində mühüm rol oynayır.

Məhz buna görə təhsil sahəsində həyata keçirilən islahatlar yalnız qanunvericilik bazasının təkmilləşdirilməsinə deyil, eyni zamanda müasir, təhlükəsiz, nizamlı və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına yönəlib. Bu kontekstdə dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı vahid yanaşmanın hüquqi əsaslarının dəqiqləşdirilməsi və təhsil prosesinin bütün iştirakçıları üçün ümumi prinsiplərin müəyyən olunması təhsil idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab edilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklər də məktəbdaxili təşkilati mədəniyyətin möhkəmləndirilməsinə, peşəkar iş mühitinin inkişafına və tədris prosesinin səmərəliliyinin artırılmasına xidmət edir.

“Qafqazinfo” xəbər verir ki, AZƏRTAC qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əsas məqsədləri və gözlənilən nəticələri ilə bağlı təhlil aparıb.

Xüsusilə qeyd olunmalıdır ki, təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi yalnız zahiri görünüş məsələsi kimi qiymətləndirilməməlidir. Bu yanaşma məktəbin idarəetmə fəlsəfəsinin və təşkilati mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Onun əsas məqsədi tədris prosesinə diqqətin daha çox yönəldilməsi, təhsil mühitinə uyğun olmayan və diqqəti yayındıra biləcək vizual elementlərin minimuma endirilməsidir. Bu baxımdan həm təhsilalanların, həm də təhsilverənlərin zahiri görünüşündə müxtəlif subkulturaları və cərəyanları simvolizə edən atributların, eləcə də qeyri-rəsmi və ictimai etik normalara uyğun hesab edilməyən geyim elementlərinin minimuma endirilməsi məktəb mühitinin neytrallığının, nizamlılığının və təlimyönümlü xarakterinin qorunmasına xidmət edir. Beləliklə, məktəb mühitində diqqətin zahiri fərqliliklərə deyil, ilk növbədə, təhsil prosesinə, şəxsi inkişafa və əldə olunan nailiyyətlərə yönəldilməsi vahid yanaşmanın əsas məqsədlərindən biri kimi çıxış edir.

Mövcud məktəbli forması dəyişdirilmir

Ölkəmizdə dövlət ümumi təhsil müəssisələrində məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin prioritetlərindən biridir. Aydın və vahid qaydalar əsasında fəaliyyət göstərən məktəblərdə tədris prosesi daha səmərəli təşkil olunur, müəllim və şagird münasibətləri qarşılıqlı hörmət, məsuliyyət və peşəkarlıq prinsipləri üzərində formalaşır, sağlam və təhlükəsiz təhsil mühitinin inkişafı təmin edilir. Vahid yanaşmanın tətbiqi məktəbdə kollektiv məsuliyyət hissinin möhkəmlənməsinə, ümumi qaydalara hörmət mədəniyyətinin inkişafına və təhsil müəssisəsinin təşkilati kimliyinin güclənməsinə töhfə verir. Həmçinin bu yanaşmanın tətbiqi dünyanın bir çox ölkəsində qəbul edilən təcrübədir və peşəkar atmosferin formalaşdırılmasının mühüm elementlərindən hesab olunur.

Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik isə dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur. Bu dəyişiklik yeni məktəbli formasının tətbiqi və ya mövcud formanın dəyişdirilməsi demək deyil. Əsas məqsəd mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir.

Məktəbli forması uzun illərdir təhsil mühitinin təşkilati mədəniyyətinin ayrılmaz elementlərindən biri kimi tətbiq olunur. O, şagirdlərdə məktəbə aidlik hissinin, kollektiv ruhun, nizam-intizamın və məsuliyyət anlayışının formalaşmasına müsbət təsir göstərir. Bununla yanaşı, vahid məktəbli forması sosial-iqtisadi fərqlərin zahiri görünüş üzərindən ön plana çıxmasının qarşısını almağa, ayrı-seçkilik risklərini minimuma endirməyə və şagirdlərin diqqətinin daha çox təhsil prosesinə, şəxsi inkişafına və akademik nailiyyətlərinə yönəlməsinə əlverişli şərait yaradır. Bu baxımdan məktəbli forması yalnız geyim elementi deyil, həm də bərabər imkanların, məktəb kimliyinin və vahid təhsil mühitinin formalaşdırılmasına xidmət edən mühüm təşkilati vasitələrdən biri kimi qiymətləndirilir.

Müəllimlərin işgüzar görünüşü peşəkar təhsil mühitinin mühüm elementidir

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsasın yaradılması da dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib. Müəllim yalnız bilik və bacarıqları şagirdlərə çatdıran şəxs deyil, eyni zamanda, davranışı, ünsiyyət mədəniyyəti və peşəkar görünüşü ilə onlar üçün nümunə rolunu yerinə yetirir. Bu baxımdan müəllimin işgüzar üslubda olması onun peşəkar statusunu, məsuliyyətini və təhsil müəssisəsinin nümayəndəsi kimi daşıdığı missiyanı daha dolğun şəkildə ifadə edir. Səliqəli, sadə və işgüzar geyim müəllimin pedaqoji fəaliyyətinin səmərəli təşkili baxımından mühüm amillərdən hesab olunur. Belə görünüş dərs prosesində diqqətin əsas məqsəddən yayınmamasına kömək edir, müəllimin sinfi idarəetmə bacarıqlarını və ünsiyyət effektivliyini dəstəkləyir. Eyni zamanda, şagirdlərdə müxtəlif mühitlərə uyğun geyim seçimi, peşəkar davranış mədəniyyəti və etik ünsiyyət normaları ilə bağlı düzgün yanaşmanın formalaşmasına müsbət təsir göstərir. Müəllimin geyimi onun gündəlik fəaliyyətinin xarakterinə uyğun, rahat və praktik olmaqla yanaşı, məktəbin peşəkar mühitini əks etdirən xüsusiyyətlərə malik olmalıdır.

Müəllimlər üçün vahid işgüzar yanaşmanın tətbiqi məktəblərdə korporativ idarəetmə mədəniyyətinin inkişafına da mühüm töhfə verir. Peşəkar görünüş müəllim kollektivində komanda ruhunun, qarşılıqlı həmrəyliyin və ortaq təşkilati dəyərlərin güclənməsinə xidmət edir. Şagirdlər üçün məktəbli forması məktəb kimliyinin və aidlik hissinin ifadəsi olduğu kimi, müəllimlər üçün də işgüzar geyim təhsil müəssisəsinin korporativ mədəniyyətinin, peşəkar davranış standartlarının və institusional dəyərlərinin mühüm tərkib hissəsi kimi çıxış edir. Bu yanaşma məktəbin ictimai nüfuzunun möhkəmlənməsinə, valideynlərin təhsil müəssisəsinə etimadının daha da artmasına və ümumilikdə sağlam, nizamlı və peşəkar təhsil mühitinin formalaşmasına xidmət edir.

Vahid təhsil mühitinin mühüm tərkib hissəsi – valideyn-məktəb əməkdaşlığı

Valideynlərin bu prosesdə iştirakı və dəstəyi xüsusi əhəmiyyət daşıyır. Məktəb ilə ailə arasında qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan münasibətlər təhsil müəssisələrində tətbiq olunan vahid yanaşmaların uğurla həyata keçirilməsinin əsas şərtlərindən biridir. Valideynlərin məktəbdə formalaşdırılan qayda və prinsipləri anlayışla qarşılaması, onları dəstəkləməsi uşaqların məktəb mühitinə daha asan uyğunlaşmasına, kollektiv məsuliyyət hissinin inkişafına və ümumi qaydalara hörmət mədəniyyətinin formalaşmasına mühüm töhfə verir. Uşaqların hərtərəfli inkişafı yalnız təhsil müəssisələrinin deyil, ailənin də ortaq məsuliyyətidir. Məktəb və valideyn arasında səmərəli əməkdaşlıq sağlam, təhlükəsiz və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının əsas amillərindən biri hesab olunur.

Beləliklə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər yalnız geyim məsələsinin tənzimlənməsini hədəfləmir. Onların əsas məqsədi dövlət ümumi təhsil müəssisələrində vahid idarəetmə yanaşmasının möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi, məktəbdaxili nizam-intizamın daha da gücləndirilməsi, peşəkar iş mühitinin formalaşdırılması və təhsil prosesinin bütün iştirakçıları üçün daha səmərəli şəraitin yaradılmasıdır. Eyni zamanda, bu yanaşma uşaqların maraqlarının qorunmasına, məktəb–ailə əməkdaşlığının genişləndirilməsinə, qarşılıqlı məsuliyyət və hörmət mədəniyyətinin təşviqinə, eləcə də müasir, təhlükəsiz və keyfiyyətli təhsil mühitinin davamlı inkişafına xidmət edir. Bu baxımdan nəzərdə tutulan dəyişikliklər təhsil sistemində vahid yanaşmanın gücləndirilməsinə yönəlmiş kompleks institusional addım kimi qiymətləndirilə bilər.

AZƏRTAC

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 İyun 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri