Icma.az
close
up
RU
Müəllimlərin maaş artımı ilə bağlı MÜƏMMA

Müəllimlərin maaş artımı ilə bağlı MÜƏMMA

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2022–2025-ci illər üzrə təşkil olunmuş sertifikasiya imtahanlarında 80 mindən çox müəllim iştirak edib. 

Sertifikasiya nəticəsində 70 mindən çox müəllimin əmək haqqı artıb. 2026-cı ilin sonunadək bütün müəllimlər bu prosesdən keçmiş olacaqlar. Proses nəticəsində 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib. Onu da qeyd edək ki, müəllimlərə sertifikasiya imtahanından topladıqları bala əsasən 10% və 35% maaş əlavəsi tətbiq edilir. 

Belə ki, 30-50 bal arasında topladıqda 10% əlavə, 51 bal və yuxarı topladıqda isə 35% əlavə verilir. Maraqlıdır, müəllim ilk dəfə sertifikasiyadan uğur qazandıqdan sonra 10 - 35 faiz artım olduğu halda 5 ildən sonra növbəti sertifikasiya ilə bağlı yenidən maaşında artım olacaqmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, müəllimlərin sertifikasiyadan keçdikdən sonra maaşın 10–35 faiz arasında artırılması Azərbaycan təhsil sistemində son illərin ən vacib struktur islahatlarından biridir: 

“Bu model təkcə maaş artımı deyil, həm də keyfiyyətə əsaslanan peşəkar stimullaşdırma mexanizmini formalaşdırır. Təhlil göstərir ki, sertifikasiya prosesi müəllim fəaliyyətinin nəticəyə əsaslanan qiymətləndirilməsini təmin edir və bu, həm təhsil keyfiyyətinin yüksəlməsi, həm də müəllim nüfuzunun bərpası baxımından strateji əhəmiyyət daşıyır. 

Lakin bu sistemin uzunmüddətli davamlılığı, 5 ildən sonra tətbiq ediləcək yeni mərhələlərin ədalətli və sabit şəkildə tənzimlənməsi hələ də əsas müzakirə mövzularından biridir. “Təhsil haqqında” Qanunun 18-ci maddəsinə əsasən, müəllimlər təhsil prosesinin keyfiyyətinə görə fərqləndirilməli, onların əməkhaqları peşəkar səviyyə və nəticələrə uyğun müəyyən edilməlidir. 

Həmçinin “Ümumi təhsil müəssisələrinin müəllimlərinin sertifikatlaşdırılması Qaydaları” (Nazirlər Kabinetinin 2023-cü il qərarı) göstərir ki, sertifikasiyanın məqsədi müəllimlərin bilik və bacarıqlarını müasir tələblərə uyğun qiymətləndirmək və nəticələrə əsasən diferensial əməkhaqqı tətbiq etməkdir. 

Bu qaydalarda qeyd edilir ki, sertifikasiyadan keçən müəllimlər beş il müddətinə etibarlı hesab olunur və həmin dövrdə onların əməkhaqqına 10–35 faiz arasında artım tətbiq edilir. Bu, o deməkdir ki, artım birdəfəlik deyil, beş illik dövr üçün qüvvədə qalır. Beş il tamam olduqdan sonra müəllim yenidən sertifikasiyadan keçməlidir. 

Əgər nəticəsi əvvəlkindən yüksək olarsa, əməkhaqqı daha çox faizlə yenidən hesablanacaq, yaxud nəticə aşağı olarsa, artım dərəcəsi azaldıla və ya əvvəlki səviyyəyə qaytarıla bilər. Yəni artım kümülatv xarakter daşımır, əvvəlkinin üzərinə əlavə olunmur,  yenidən qiymətləndirmə nəticəsinə uyğun olaraq yenilənir. 

Bu model müəllimləri davamlı inkişafda olmağa, peşəkar səviyyələrini qorumağa və yüksəltməyə sövq edir. Statistik göstəricilər göstərir ki, 2024-cü ilin sonuna qədər 55 mindən çox müəllim sertifikasiyadan keçib və onların 83 faizi uğurlu nəticə göstərib. Bu, həm müəllimlərin motivasiyasının artdığını, həm də sistemin qəbul olunduğunu göstərir. 

Sertifikasiya nəticəsində tədris keyfiyyətində müşahidə olunan artım məktəb rəhbərləri və valideynlər tərəfindən də qeyd olunur. Məsələn, 2023–2024-cü tədris ilində sertifikasiyadan keçmiş müəllimlərin işlədiyi məktəblərdə şagirdlərin illik qiymətləndirmə nəticələrinin orta göstəricisi 6,7 faiz yüksəlib”. 

Ekspertin sözlərinə görə, bu model yalnız Azərbaycana xas deyil. Estoniya, Finlandiya, Cənubi Koreya və Sinqapur kimi yüksək təhsil keyfiyyətinə malik ölkələrdə də müəllimlərin peşəkar fəaliyyətinin mərhələli qiymətləndirilməsi aparılır:

“Məsələn, Sinqapurda müəllimlər “Professional Growth Track” sistemi üzrə hər 5 ildən bir yenidən dəyərləndirilir və nəticələrə əsasən əməkhaqları və vəzifə pillələri yenilənir. 

Finlandiyada müəllimlərin qiymətləndirilməsi birbaşa məktəb rəhbərlərinin və regional təhsil şuralarının nəzarəti altında aparılır, lakin əsas prinsip eynidir, yüksək nəticə göstərən müəllim daha çox motivasiya və maddi təşviq alır. Bu modelin müsbət tərəfi odur ki, sistemdə formal bərabərlik prinsipi deyil, real fərqlilik və keyfiyyət üstünlüyü formalaşır. 

Yaxşı nəticə göstərən müəllim yalnız maaş artımı deyil, həm də peşəkar nüfuz qazanır. Bu, illərdir davam edən “bütün müəllimlər eyni maaş alır” yanaşmasını dəyişərək ədalətli və motivasiyaedici bir mexanizm yaradır. Bundan əlavə, sertifikasiyanın təkrar keçirilməsi müəllimləri yalnız bir dəfə deyil, mütəmadi inkişafda saxlayır, bu da ömürboyu öyrənmə mədəniyyətinin yaranmasına səbəb olur”. 

Ekspertin fikrincə, burada mənfi tərəflər də var: 

“Əgər bu sistemdə maliyyə resursları genişlənməzsə və artım mexanizmi yalnız məhdud faiz diapazonunda qalarsa, müəllimlər arasında sosial gərginlik yarana bilər. Məsələn, eyni ixtisasa malik, oxşar təcrübəsi olan iki müəllimin 30-35 faiz fərqli maaş alması uzunmüddətli perspektivdə kollektivdə balanssızlıq yarada bilər. 

Bundan başqa, sertifikasiya imtahanlarının keçirilməsi mexanizmi də daim yenilənməli, təkcə testlə deyil, real dərs prosesinin müşahidəsi və pedaqoji bacarıqların qiymətləndirilməsi kimi göstəricilərlə zənginləşdirilməlidir. 

Elm və Təhsil Nazirliyinin bu sahədə atdığı addımlar ümumilikdə təhsil sisteminin müasirləşməsinə ciddi təkan verir. Nazirliyin sertifikasiya mexanizmini mərhələli şəkildə həyata keçirməsi, nəticələrə əsasən maliyyələşdirmə sisteminə keçidi və müəllim fəaliyyətinə fərdiləşdirilmiş yanaşma tətbiqi dövlət təhsil siyasətində keyfiyyətə keçidin nümunəsidir. 

Nazirliyin bu təşəbbüsü beynəlxalq təhsil göstəricilərinə uyğunluq baxımından da müsbət addımdır, çünki OECD-nin “Education at a Glance” hesabatına görə, müəllimlərin maaş artımı ilə peşəkar inkişaf göstəriciləri arasında birbaşa korrelyasiya var. Müqayisəli təhlil göstərir ki, Azərbaycanda tətbiq edilən 5 illik dövri yeniləmə sistemi Estoniya və Polşa modellərinə çox yaxındır. Bu ölkələrdə də müəllimlər sertifikasiyadan sonra sabit artım alır, lakin növbəti qiymətləndirmə nəticəsində bu artım yenilənir. 

Bu, həm davamlılıq, həm də məsuliyyət yaradır. Azərbaycan modeli bu baxımdan düzgün istiqamətdə qurulub, sadəcə gələcəkdə daha çevik və çoxşaxəli qiymətləndirmə meyarları əlavə edilməlidir. Hesab edirəm ki, sertifikasiya müəllimlərin peşəkar statusunu yüksəldən, cəmiyyətdə təhsilə münasibəti dəyişdirən və sistemdə şəffaflıq yaradan mühüm islahatdır. Beş ildən sonra təkrar imtahan zamanı maaş artımı əvvəlkinin üzərinə əlavə olunmur, lakin yeni nəticəyə əsasən yenilənir. 

Bu, həm ədalətli, həm də motivasiyaedici mexanizmdir. Əgər gələcəkdə bu proses daha çox praktik qiymətləndirmə və sosial dəstək mexanizmləri ilə tamamlanarsa, Azərbaycan təhsili keyfiyyət və ədalət baxımından regionda ən qabaqcıl modellərdən birinə çevriləcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər təkcə struktur dəyişiklik deyil, həm də müəllim peşəsinin nüfuzunun bərpası istiqamətində uzunmüddətli strategiyanın uğurlu tətbiqidir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: müəllim maaş Kamran Əsədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see274

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see193

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see192

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see191

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see183

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see182

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see181

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see180

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see180

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see180

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see179

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see179

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see176

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see175

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see174

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see172

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see171

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see171

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri