Icma.az
close
up
RU
Müəllimlərin trendlərə qoşulması: Təhsil mühiti əyləncə platformasına çevrilir?

Müəllimlərin trendlərə qoşulması: Təhsil mühiti əyləncə platformasına çevrilir?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Son günlər gənclər arasında yayılan trendlərə müəllimlərin də qoşulması və sinif otaqlarında bu məzmunların çəkilməsi cəmiyyətdə bəzən heç də xoş qarşılanmır. Müəllimlərin dərs zamanı şagirdlərlə birlikdə trend videolar çəkməsi və ya sosial şəbəkələrdə canlı yayımlar açması bəzən təhsil prosesinin mahiyyətindən uzaqlaşdığına işarə edir. Şagirdlərin müəllimlərinə şokolad təqdim etməsi və ya müxtəlif zarafatların sinif mühitində səhnələşdirilməsi əyləncəli görünsə də, təhsil prosesinin peşəkarlığını sual altına qoyur. Müasirlik və texnologiyanın inkişafı təhsildə innovativ yanaşmalar tələb edir, lakin bu, dərs prosesini sosial şəbəkələr üçün materiala çevirmək demək deyil. Müəllimlərin cəmiyyətdə nüfuzu, onların davranışlarına və fəaliyyətlərinə əsaslanır. Sinifdə çəkilişlərin reklam məqsədilə edilməsi və ya şagirdlərin diqqətinin dərs prosesindən yayındırılması, təhsil mühitindəki ciddi yanaşmanı kölgə altına ala bilər. Bu tendensiyalar, "Müasirlik bunu tələb edir" sualını gündəmə gətirsə də, əsas məqsəd tədrisin keyfiyyətini artırmaq və şagirdlərin biliklərini inkişaf etdirmək olmalıdır. Bəs müəllimlərin bu cür trendlərə qoşulması onların peşəkarlığını azaldırmı, yoxsa müasir dövrlə ayaqlaşmaq cəhdi olaraq qəbul edilməlidir? 

Mövzu barədə Moderator.az-a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, son dövrlər təhsil müəssisələrində həm təhsilverənlərin, həm də təhsilalanların sosial şəbəkə trendlərinə qoşulması cəmiyyətdə narahatlıq doğuran mövzulardan birinə çevrilib:

“Əlbəttə ki, təhsil prosesi ilk növbədə proqramda nəzərdə tutulan dərslərin yüksək səviyyədə tədrisi, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi və onların intellektual inkişafına yönəlik fəaliyyətlərlə xarakterizə olunmalıdır. Lakin təhsil mühitinin bəzən əyləncə və ya reklam platformasına çevrilməsi tədrisin mahiyyətini kölgədə qoyur və etik qaydalardan kənar hallara yol açır. Sinif otaqlarında mobil telefondan istifadənin yalnız zəruri hallarda olması vacibdir. Bunun əksi, yəni müəllim və şagirdlərin görüntülərini çəkməsi və yayması, bir çox hallarda həm valideynlərin narazılığına, həm də şagirdlərin öz hüquqlarının pozulmasına səbəb ola bilər. Belə hallar təhsilin ciddi yanaşmadan uzaqlaşdığını və onun əsas məqsədindən yayınaraq əyləncə obyektinə çevrildiyini göstərir. Bu, həm təhsilverənin peşəkarlığını zədələyir, həm də təhsilalanların tədrisə olan münasibətini mənfi təsirləndirir. Elm və Təhsil Nazirliyinin mobil telefonların istifadəsinə dair pilot layihələr həyata keçirməsi, bəzi məktəblərdə bu istiqamətdə məhdudiyyətlər tətbiq etməsi müsbət addımlardır. Gələcəkdə həm şagirdlər, həm də müəllimlər üçün mobil telefon istifadəsinin məhdudlaşdırılması ilə bağlı daha dəqiq qaydaların hazırlanması zəruridir. Çünki təhsilverən şəxsin əsas məqsədi şagirdlərə bilik və dəyər qazandırmaqdır, əks halda diqqətlərin özünə çəkmək və ya şəxsi reklam üçün bu sahəni istifadə etmək pedaqoji etikadan kənara çıxır. Bu problemlərin həlli üçün həm təhsilverənlərin etik davranış qaydalarına ciddi riayət etməsi, həm də məktəblərdə texnologiyadan istifadənin konkret tənzimlənməsi vacibdir”.

Təhsil eksperti vurğulayıb ki, təhsil mühiti əyləncə deyil, elmi və mənəvi inkişaf məkanıdır:

“ Konkret olaraq görüntü əyləncə xatirinə hər hansı bir videonun çəkilib paylaşılması doğru deyil. Bir növ diqqətləri üzərinə çəkmək və yaxud da öz auditoriyanı genişləndirmək, öz piyarını öz reklamını aparmaq məqsədilə çəkilirsə bunlar əlbəttə ki, doğru deyil. Müəllimlərin dərsdən kənar fəaliyyətlərdə sosial şəbəkələrdən istifadə etməsi, müxtəlif tədbirlərə qatılaraq paylaşım etməsi, əlbəttə ki, şəxsi seçimdir və buna heç kimin qarışmağa haqqı yoxdur. Bu, həm də onların şagirdlərlə daha fərqli mühitlərdə əlaqə qurmasına və şagirdlərə daha maraqlı təcrübələr yaşatmasına şərait yaradır. Müasirlik baxımından bu cür fəaliyyətlər normal və hətta təqdirəlayiqdir. Amma məsələnin başqa bir tərəfi var: bu fəaliyyətlər dərs mühitinə daxil olursa və tədrisin keyfiyyətinə maneçilik törədirsə, artıq problemli hal alır. Sinif otağı təhsil üçün nəzərdə tutulmuş bir məkandır. Müəllimlərin sosial şəbəkə fəaliyyətləri dərsin gedişatını pozursa və ya şagirdlərin diqqətini yayındırırsa, bu, artıq pedaqoji etikadan kənara çıxır və tədris mühitinə mənfi təsir göstərir”

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri