Icma.az
close
up
RU
Məktəblər publik hüquqi şəxslərə çevrilir: Müəllimlərin maaşı ARTACAQ

Məktəblər publik hüquqi şəxslərə çevrilir: Müəllimlərin maaşı ARTACAQ

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanda məktəblərin publik hüquqi şəxə çevrilməsi prosesinə başlanılacaq. Məsələ ilə bağlı açıqlamanı bu gün elm və təhsil naziri Emin Əmrullayev verib.

O deyib ki, hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir: "Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir. Ona görə də hazırda gördüyümüz sadəcə transformasiya olaraq bu prosesi həyata keçirməkdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik".

Qeyd edək ki, prosesin başlanğıcı ötən ilin iyun ayında qoyulub. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.

Nümunəvi Nizamnaməyə əsasən, ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxs hesab olunacaq.

Məktəblərin publik hüquqi şəxsə çevrilməsi onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə gətirib çıxaracaq.

Modern.az-a məktəblərin publik hüquqi şəxsə çevrilməsinin təsirlərindən danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi pilot layihə şəklində həyata keçiriləcək, bir neçə məktəb publik hüquqi şəxsə çevrildikdən sonra bütün məktəblərdə bu istiqamətdə addımlar atılacaq:

“Əgər proses düzgün həyata keçirilərsə, dəqiq mexanizm və şəffaflıq olarsa, məktəblərin hüquqi status daşıması müəllimlərin maaşının artırılmasını da təsir edəcək. Həmçinin bu məktəblərin infrastrukturunun yenilənməsi, məktəblərin vaxtlı-vaxtında təmirinə də müsbət təsir göstərə bilər. Ancaq burada normal sistem qurulmasa, şəffaflıq olmasa əksinə bu proses məktəbdə çalışanlar üçün problem yarada bilər. Prosesin mənfi tərəfi maliyyə məsələlərinin idarəsi, valideynlərin prosesdə iştirakı və digər bütün məsələlər ola bilər ki, bunlara yalnız bir neçə məktəbin publik-hüquqi şəxsə çevrilməsindən sonra hadisələri nəzərdən keçirib, dəqiq münasibət bildirə bilərik”. 

Onu da qeyd edək ki, publik hüquqi şəxs dövlətin və ya bələdiyyənin yaratdığı, ictimai maraqlara xidmət edən, amma digər dövlət orqanlarından fərqlənən qurumdur. Bu tip qurumlar hüquqi şəxs statusuna malikdir, yəni öz adından müqavilə bağlaya, məhkəməyə müraciət edə bilir, həm də müəyyən hallarda dövlətin bəzi səlahiyyətlərini icra edə bilər. Əsas fərq ondadır ki, publik hüquqi şəxslər sərt qaydalardan bir qədər azaddırlar.

Dövlətin bu qurumları yaratmaqda məqsədi müəyyən sahələri daha çevik və effektiv idarəetmə sisteminə salmaqdır. Klassik dövlət qurumlarından fərqli olaraq, publik hüquqi şəxslər daha az inzibati prosedura tabedirlər və bu da onlara tez qərar vermək, daha müasir üsullarla işləmək imkanı yaradır. Məsələn, Dövlət İmtahan Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki bəzi agentliklər bu tip qurumlara aid edilir. Onlar həm cəmiyyət üçün mühüm xidmətlər göstərir, həm də büdcədən və əlavə gəlir mənbələrindən maliyyələşə bilirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri