Icma.az
close
up
RU
“Bu səbəbdən Ermənistan sülh məsələsində ardıcıllıq və prinsipiallıq göstərə bilmir...”

“Bu səbəbdən Ermənistan sülh məsələsində ardıcıllıq və prinsipiallıq göstərə bilmir...”

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Bakının mövqeyi qəti və aydındır. Ermənistan Konstitusiyasına dəyişikliklər edilməli və orada təsbit olunan  Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır...”

Artıq İlham Əliyevin Astanadakı çıxışında qeyd etdiyi kimi, Ermənistana Qazaxıstandan daşınan taxıl Azərbaycanm ərazisindən keçirilə biləcək. Bununla bağlı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, “artıq sülh bərqərar oldu”. Son məlumatlara görə, artıq Paşinyan da Tiflisdə davam edən İpək Yolu konfransındakı çıxışında İlham Əliyevin jestinə cavab olaraq “Biz bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə Ermənistan ərazisindən tranzitini təmin etməyə hazırıq"  deyə bəyan edib. Ermənistan XİN rəhbəri A.Mirzoyan isə bir neçə gün öncə Almaniya mediasına açıqlamalarından birində bildirib ki, sülh sazişi ilə bağlı danışıqlarda Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi barədə şərt qoyulmur. Görəsən, belə bir durumda Azərbaycan-Ermənistan yekun Sülh Sazişinin imzalanması yaxın müddətdə mümkün ola bilərmi? Gerçəklikdə hansı obyektiv və subyektiv amillər Sülh sazişini ləngidə bilər?

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov aşağıdakı fikirləri ifadə edib:

“Azərbaycanın davranışları və atdığı addımlar sülh gündəliyinə sadiqliyinin əyani isbatıdır. Bakı Ermənistandan fərqli olaraq atdığı imzasına və verdiyi sözünə əməl edir. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana nəqli iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Bakının daha bir xoşməramıdır.  İrəvan da bunun qarşılığını verməli və sülh sazişinin imzalanması prosesini sürətləndirməlidir. Qeyd etdiyiniz kimi, son məlumatlara görə, artıq Paşinyan Tiflisdə davam edən İpək Yolu konfransındakı çıxışında İlham Əliyevin jestinə cavab olaraq “Biz bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə Ermənistan ərazisindən tranzitini təmin etməyə hazırıq"  deyə bəyan edibsə, bunun özü də müsbət haldır...

Avqustun 8-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə paraflanan sülh sazişi Ermənistan və Azərbaycan arasında normallaşma və münasibətlərin nizamlanmasına geniş imkanlar açdı. Həmçinin bu sənədin beynəlxalq təminat altına alınması demək oldu.

Bununla belə, Ermənistan tərəfi hələ də daxili və xarici basqılar altında olduğundan ardıcıllıq və prinsipiallıq göstərə bilmir. Bəzən əldə olunmuş razılaşmalara uyğun olmayan fikir və bəyanatlar səsləndirirlər. Bakının mövqeyi qəti və aydındır. Ermənistan Konstitusiyasına dəyişikliklər edilməli və orada təsbit olunan  Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Digər məsələlər isə texniki məsələlərdir ki, bunları danışıqlar yolu ilə həll etmək çətin olmaz. Yekun Sülh Sazişinin də imzalanması məhz Ermənistanın ucbatından yubanır. Yəni ölkə rəhbərliyi Konstitusiya dəyişikliyinə getməkdən yayınır. Hesab edirəm ki, bu problem də aradan qaldırılacaq. Rəsmi İrəvan Bakının irəli sürdüyü təklif və şərtlərin hamısını indiyədək qəbul edib. Baxmayaraq ki, bu da müəyyən zaman,  vaxt aparıb. Paşinyan iqtidarı müqavimət göstərməyə çalışıb. Erməni cəmiyyətinə aydın şəkildə izah olunmalıdır ki, Azərbaycanın irəli sürdüyü şərt beynəlxalq hüquqa və prinsiplərə söykənir. Bir dövlətə qarşı ərazi iddiaları Konstitusiyada qalarkən həmin ölkə ilə sülh sazişinin bağlanması mümkün ola bilməz. Odur ki, düzəlişlər qaçınılmazdır. Zənnimcə, ən geci  Ermənistanda gələn il keçiriləcək parlament seçkilərindən sonra Konstitusiya dəyişikliklərinə gediləcək və yekun sülh sazişinə olan son və əsas maneə də aradan qaldırılacaq.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri