Icma.az
close
up
RU
Müəllimlərlə bağlı sərt açıqlama: “Bir əldə iki qarpız tutmaq olmaz”

Müəllimlərlə bağlı sərt açıqlama: “Bir əldə iki qarpız tutmaq olmaz”

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təhsil eksperti Elçin Əfəndi müəllimlərin dərs saatlarının bölüşdürülməsi ilə bağlı mövcud vəziyyəti tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Elçin Əfəndi bildirib ki, bəzi müəllimlər həm dövlət təhsil müəssisəsində az dərs saatı almaq, həm də paralel olaraq digər fəaliyyətlərini davam etdirmək istəyirlər. Onun sözlərinə görə, bu yanaşma nəticədə həm tədris prosesinə, həm də şagirdlərin təhsil hüququna mənfi təsir göstərə bilər. pizza sifarişi

“Çox qəribə təzadla üz-üzə qalmışıq. Gəlir ki, mənə dərs saatını az verin. İzah olunur ki, vakansiyaya çıxarılan dərs saatına əsasən, bir müəllimə ehtiyac var. Əgər sizə mövcud dərs saatının bir hissəsini verəriksə, o zaman alternativ vakansiya elan etməliyik ki, bu da az dərs saatı olduğu üçün tutulmur. Nəticədə şagirdlərin təhsil almaq hüququ pozulur, tədris prosesi pozulur və s. Siz də bir müddət sonra verilən dərs saatına görə şikayət edirsiniz ki, əmək haqqı azdır”, - deyə ekspert qeyd edib.

Ekspert son dövrlər bu tendensiyanın artdığını vurğulayıb: “Bir əldə iki qarpız tutmağa cəhd edənlərin sayı hər il artır. Buna bir əncam çəkilməlidir. Ya məktəb, ya evin, ya icarəyə götürdüyün obyekt, ya da çalışdığın özəl təhsil müəssisəsi”.

Elçin Əfəndi hesab edir ki, müəllimin şəxsi marağını şagirdlərin təhsil hüququndan üstün tutması və digər həmkarının daha az gəlir əldə etməsinə səbəb olacaq qərar verməsi pedaqoji baxımdan doğru deyil.

“4 saat, 6 saat dərs istəməklə öz mənafeyini düşünmək, uşaqların təhsil hüququnu görməzdən gəlmək, digər həmkarının az qazancına rəvac verəcək qərar almaq nə etikdir, nə də pedaqoqa yaraşan haldır”, - deyə o bildirib.

Ekspert əlavə edib ki, dövlət təhsil müəssisəsindəki gəlir müəllimi qane etmirsə və o, şəxsi təhsil xidmətindən daha çox gəlir əldə edirsə, fəaliyyətini həmin istiqamətdə davam etdirə bilər.

“Kiminsə özünə məxsus fəaliyyətinə məhdudiyyət tətbiq olunmur. Fikrimcə, 3 nəfərin hər birinin istəyinə görə 6 saat dərs verməkdənsə, 1 nəfərə 18 saat dərs vermək ən məntiqli və doğru qərardır”, - deyə Elçin Əfəndi vurğulayıb.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Oktyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri