Icma.az
close
up
RU
Müəllimlərlə bağlı yeni risk: həyəcan təbili çalındı “İşdən uzaqlaşdırıla bilərlər...”

Müəllimlərlə bağlı yeni risk: həyəcan təbili çalındı “İşdən uzaqlaşdırıla bilərlər...”

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə 34 saylı məktəbin 5-ci sinif şagirdini döydüyü iddia edilən müəlliminin işdən çıxarılması müzakirələrə səbəb olub. Şagirdlər ingilis dilini tədris edən Cavid Rzayevin yenidən qaytarılmasını tələb ediblər. Digər tərəfdən, belə hadisələrin kişi müəllimlərinin sayına təsir edəcəyi iddia olunur.

Qeyd edək ki, ötən gün Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllimin şagirdi döyməsi ilə bağlı xəbərlər yayılıb. İddia əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi araşdırma aparıb. Nəticədə ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bu hal kişi müəllimlərin sayını azalda bilərmi?

Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, Gəncədəki hadisənin yayılmasına və ajiotaja ehtiyac yox idi:

“Məsələ sakitcə həll edilməli idi. Çünki bu, digər müəllimlərin də nüfuzuna xələl gətirir. Bir çox şagirdlər düşünəcəklər ki, istədiklərini edə və müəllimin müdaxiləsi halında onu işdən uzaqlaşdıra bilərlər. Azərbaycan təhsil sistemində cəmi 20 faiz kişi müəllim fəaliyyət göstərir, qalanı qadınlardır. Onsuz da kişilərin bu sahədə “kökü kəsilir”, barı olan-qalanı qoruyub saxlayaq. Vəziyyət acınacaqlıdır, əvvəlki dövrlərdə kişi müəllimlər çoxluq təşkil edirdi. İqtisadi-sosial səbəblərdən onlar təhsil sistemindən uzaqlaşandan sonra görürük ki, cəmiyyətdə nərmənazik oğlanlar böyüyür və sair. Yəni qəribə bir durum yaranıb”.

Elçin Əfəndi

Ekspert bildirib ki, kişi müəllimlərin üzərində basqı var:

“Əvvəllər şagirdlər kişi müəllimləri görən kimi özlərini yığışdırırdılar, onların əzmi var idi. Qadın müəllimlər uşaqlara bir növ analıq instinkti ilə yanaşırlar. Belə olanda problemli vəziyyət bir müddətlik aradan qaldırılır, amma sonra daha pis formada baş verir. Kişi müəllimlərə bu qədər təzyiq göstərilməsi isə növbəti mərhələdə pedaqoji təhsil almaq istəyənlərin qarşısını alır. Onlar prosesə daxil olmaqdan imtina edə bilərlər”.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri